Dojlar sarayı (it. Palazzo Ducale) — Venesiyada İtaliya XIV–XV əsr qotik memarlığına aid, memar Kalendario Filippo tərəfindən 1309–1424 cü illərdə inşa edilmiş tikili. Bu bina ilk növbədə Dojlar respublikasının iqamətgahı olmuşdur. Sarayda ali şura və senat, eyni zamanda ali məhkəmə və polis xəfiyyəsi fəaliyyət göstərmişdir. Birinci mərtəbəsində vəkillər, dəftərxana, notar kontorları, senzur xidməti və dəniz idarəsi yerləşmişdir. Binanın üst qatındakı mərkəzdə yerləşmiş eyvan tribun kürsüsü funksiyası daşıyır.Sarayın hər iki tərəfi Venesiya laqununa və Müqəddəs Mark meydanına baxır.
Dojlar sarayı | |
---|---|
it. Palazzo Ducale | |
45°26′01″ şm. e. 12°20′25″ ş. u.HGYO | |
Ölkə | İtaliya |
Şəhər | Venesiya |
Yerləşir | Müqəddəs Mark meydanı |
Aidiyyatı |
Venesiya respublikası Fondazione Musei Civici di Venezia |
Memar | Kalendario Filippo |
Tikilmə tarixi | 1309-1424 |
Üslubu | Qotik memarlıq |
Sahəsi | |
Vəziyyəti | yaxşı |
Rəsmi sayt |
palazzoducale.visitmuve.it palazzoducale.visitmuve.it/… |
Tipi | Mədəni |
Kriteriya | i |
Təyin edilib | 1987 |
İstinad nöm. | 394 |
Dövlət | İtaliya |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Saray güman ki, 1309–1424-cü illər arasında Filippo Kalendario tərəfindən dizayn edildi. Saray olduqca kiçik bir qala üzərində tikilmişdir.
Saray 1574-ci ildə baş vemiş yanğın nəticəsində böyük zərər görmüşdür. Saray daha sonra bərpa edimiş və Venesiya dövlətinin əsas siyası binası olmuşdur.