Dokken

Dokken1977-ci ildə Amerikada qurulmuş hard rok qrupudur.

Dokken
Əsas məlumatlar
Üslub hard-rok
həvi-metal
Fəaliyyət illəri 19781988
1993—h.h.
Ölkə ABŞ ABŞ
Şəhər Los-Anceles
Dil ingiliscə
Leybl Elektra Records
CMC International
Frontiers Records
Heyət Don Dokken
Con Levin
Barri Sparks
Mik Braun
www.dokken.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrup 1977-ci ildə köhnə Xciter üzvləri Corc Lynch, Mick Brown və Don Dokken-ın bir araya gəlməsi ilə yarandı. Bas gitara üçün müvəqqəti olaraq Peter Baltes alındı ​​və ilk EP olan «Back In The Streets» Carrerre Recordsdan çıxarıldı. Lynch'dən əvvəlki lead gitarist Greg Leon daha sonradan Randy Rhoads-ın yerinə Quiet Riot-a qatılacaqdı.

1978-ci ildə müvəqqəti bassçı Peter Baltes-ın yerinə yenə bir keçici gitarist olan Juan Croucier alındı. Bu heyət ilə «Hard Rok Woman» və «Paris Is Burning» single-larını çıxaran qrup 1981-ci ildə Avropada «Breaking The Chains» albomunu çıxardı. Bu albom 1983-cü il 18 sentyabrda Amerika daxilində remaster-ləndi və satışa çıxarıldı. Qrup ilk etapda Avropada çox sevildi ancaq Amerikada hələ siyahılara girə bilmədi.

1982-ci ildə müvəqqəti bas gitarist Juan Croucier-in yerinə ilk dəfə qalıcı olaraq Jeff Pilson alındı. Croucier da Ratt qrupuna daxil oldu. 1984-cü il qrupun Amerikada uğur qazandığı il oldu. Bu ildə çıxarılan «Tooth And Nail» albomu bir milyondan çox satarkən siyahılarda «Just Got Luck» 27-ci sıraya, «Alone Again» və «Into The Fire» 1-ci sıraya qədər çıxmağı bacardılar. Albom da ümumi sıralamada 13-cü sıraya qədər yüksəldi. Bu uğurların dərhal ardından 9 noyabr 1985-ci ildə «Under The Lock And Key» satışa çıxarıldı. Bu albom da bir milyondan çox satarkən «The Hunter» 25, «In My Dreams» 24-cü sıraya qədər çıxdı.

Bunların və Scorpions ilə birlikdə keçirilən müvəffəqiyyətli bir turun ardından qrup «Dream Warriors» üçün studiyaya daxil oldu. «Dream Warriors» "A Nightmare On Elm Street" adlı film üçün hazırlanacaq olan bir mahnı idi və single olaraq 10 fevral 1987-ci ildə «Dream Warriors/Back For The Attack» adı ilə satışa çıxarıldı. Qrup 1987-ci il 27 noyabr tarixində 4-cü studiya albomu, «Back For The Attack» pərəstişkarları ilə paylaşdı. Bu albom ən məşhur Dokken albomu oldu və albom siyahılarında 8-ci sıraya qədər çıxmağı bacardı. Ayrıca «Burning Like A Flame» və «Heaven Sent» kimi hitlər də çıxardı. Albomda «Dream Warriors»-un remaster-lənmiş bir versiyası da var idi. «Dream Warriors»-a çəkilən klipdə qrup üzvləri və film xarakterləri birlikdə səhnə almışdı. Ayrıca bu video üçün Lynch-ə heykəltaraş Steve Fiorilla tərəfindən xüsusi gitara hazırlanmışdır.

1988-ci ildə Yaponiya konsertlərindəki qeydlərdən ibarət olan «Beast From The East» albomundan sonra Don Dokkən və Corc Lynch arasındakı anlaşılmazlıqlar səbəbi ilə qrup dağıldı. Bu boşluqda Don Dokkən solo proyekti çərçivəsində 1990-cı ildə «Up From The Ashes» albomunu çıxardı. Corc Lynch və Mick Brown isə Lynch Mob adlı bir qrup yaradıb iki albom çıxardılar, "Wicked Sensetion" (1990) və "Lynch Mob" (1992). Jeff Pilson isə öz layihələri daxilində «War And Peace» adlı albomunu satışa çıxardı. Corc Lynch bu vaxt Lynch Mob-dan kənar öz solo proyekti olaraq "Sacred Groove" albomunu çıxardı. Bu albomun xüsusiyyəti Don və George-nin birlikdə «We Dont Own This World» mahnısını yazması idi. Ancaq albomda Don yer ala bilmədi, onun yerinə Matthew və Gunnar Nelson daxil oldu.

Bu vaxt 1993-cü ildə qrup Dokken olaraq yenidən bir araya gəldi ancaq 1995-ci il tarixli «Dysfunctional» albomuna qədər heç bir iş görmədilər. «Dysfunctional» albomu Columbia Recordsdan çıxarkən 1996-cı ildə canlı akustik performans albomu «One Live Night» və 1997-ci il tarixli "Shadowlife" albomu CMC-dən çıxdı. 1998-ci ildə Corc Lynch qrupdan ayrıldı və Lynch Mob-u yenidən qurdu. Onun yerinə Winger qrupunun gitaristi Reb Beach qrupa daxil oldu. Qrup bu heyət ilə 1999-cu ildə «Erase The Slate», 2000-ci ildə isə «Live From The Sun» albomlarını çıxardı. 2001-ci ildə Beach yerini köhnə Europe gitaristi John Norum-a buraxdı. Bu vaxt müvəffəqiyyətli bas gitarist Jeff Pilson da Barry Sparks ilə yer dəyişdi. 2002-ci ildə «Long Way Home» albomunu çıxaran qrup Metal Edge Rockfest 2002-də iştirak etdi. 2004-cü ilə artıq John Norum Europe qrupuna qayıtdı, yerinə köhnə Doron gitaristi Jon Levin alındı. Bu heyət ilə «Hell To Pay» albomu çıxarıldı.

Studiya albomları

[redaktə | mənbəni redaktə et]
  • 1983 - Breaking the Chains
  • 1984 - Tooth and Nail
  • 1985 - Under Lock and Key
  • 1987 - Back for the Attack
  • 1995 - Dysfunctional
  • 1997 - Shadowlife
  • 1999 - Erase the Slate
  • 2002 - Long Way Home
  • 2004 - Hell to Pay
  • 2008 - Lightning Strikes Again
  • 2012 - Broken Bones
  • 2023 - Heaven Comes Down

Konsert albomları (live)

[redaktə | mənbəni redaktə et]
  • 1988 - Beast from the East
  • 1996 - One Live Night
  • 2000 - Live from the Sun
  • 2003 - Japan Live '95
  • 2007 - From Conception: Live 1981

Toplu albomları (yığma)

[redaktə | mənbəni redaktə et]
  • 1994 - The Best of Dokken
  • 1999 - The Very Best of Dokken
  • 2002 - Then and Now
  • 2002 - Alone Again and Other Hits
  • 2004 - Change the World: An Introduction
  • 2006 - The Definitive Rock Collection
  • 2010 - Greatest Hits
  • 1979 - "Hard Rock Woman"
  • 1983 - "Breaking the Chains"
  • 1984 - "Into the Fire"
  • 1985 - "Alone Again"
  • 1985 - "Just Got Lucky"
  • 1985 - "The Hunter"
  • 1986 - "In My Dreams"
  • 1986 - "It's Not Love"
  • 1987 - "Dream Warriors"
  • 1987 - "Burning Like a Flame"
  • 1988 - "Heaven Sent"
  • 1988 - "Prisoner"
  • 1988 - "Walk Away"
  • 1995 - "Too High to Fly"
  • 2004 - "Escape"
  • 2004 - "Better off Before"
  • 2008 - "Standing on the Outside"
  • 2010 - "Almost Over"