Dollarlaşma (ing. Dollarization) — İqtisadi subyektlərin milli valyuta ilə yanaşı yaxud əvəzinə digər ölkənin valyutasından istifadəsi. [1]
Adı | İzahı |
---|---|
Tam dollarlaşma | Xarici valyutanın qanuni pul vahidi kimi istifadə olunmasıdır. |
Qismən dollarlaşma | Milli valyutanın qanuni pul vahidi olduğu, ancaq əməliyyatlarda xarici valyutadan da istifadə olunması halıdır. |
Real dollarlaşma | Qiymətlərin və əmək haqqlarının rəsmi, yaxud qeyri-rəsmi şəkildə xarici valyutada indekslənməsi kimi izah olunur. |
Pul əvəzetmə | Milli pulun ödəniş vasitəsi kimi funksiyasının xarici valyutaya ötürülməsidir. |
Aktiv dollarlaşması | İqtisadi subyektlərin sərvət saxlamaq üçün yığım vasitəsi olaraq xarici valyutaya üstünlük verməsidir. |
Öhdəlik dollarlaşması | Firmaların, ev təsərrüfatlarının və hökumətin xarici valyuta ilə borc almasıdır. |
Maliyyə dollarlaşması | Aktiv və öhdəlik dollarlaşmasının birlikdə müşahidə olunduğu haldır. |
Dollarizasiyanın əsas səbəbi digər ölkələrin valyutasının milli valyutaya nisbətdə daha stabil olmasıdır. Dollarizasiyanın mənfi cəhəti isə digər ölkənin valyutasını qəbul etməklə ölkənin monetar siyasəti həyata keçirə bilməməsidir.[1]
2020-ci il fevralın 1-nə əsasən fiziki şəxslərin banklarda yerləşdirilən əmanətlərinin 4 388,6 mln. manatı və ya 51,1%-i xarici valyutadadır [3]. O cümlədən, eyni dövrdə ARDNF tərəfindən 543,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb (Satılan miqdar cari ilin yanvar ayı ilə müqayisədə 81%, ötən ilin fevral ayı ilə müqayisədə isə 71,8% çoxdur) [4] . Yığımların bu həddi və nağd dollar alışındakı artım onu deməyə imkan verir ki, respublikada "aktiv dollarlaşması" (İqtisadi subyektlərin yığım vasitəsi kimi xarici valyutadan istifadə etməsi) adlanan proses getməkdədir.[5]
İqtisadçı Nicat Muradzadə, Azərbaycanda dollarlaşma mühitini şərtləndirən spesifik amilləri 3 faktorla xarakterizə edir:
1. İqtisadi institutlara olan inamın dərəcəsi
2. Ekzogen iqtisadi proseslər
3. İqtisadi savadlılığın səviyyəsi [5]