Xüsusi Borcalma Hüququ

Xüsusi Borcalma Hüququ (ing. Special Drawing Rights, SDR, kodu: XDR) — beynəlxalq likvidlik probleminin həlli və milli valyutaların beynəlxalq ehtiyat pul vahidi ilə əvəz olunması məqsədilə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən 1969-cu ildə yaradılmış yeni növ beynəlxalq pul vahidi. Onun yaradılmasında əsas məqsəd Bretton-Vuds valyuta sistemi çərçivəsində ortaya çıxan və valyutaların milliliyi və beynəlxalq xarakteri arasındakı ziddiyyətləri əks etdirən Triffin paradoksunun aşılması idi.

Xüsusi Borcalma Hüququ
Kod və simvol
ISO 4217 kodu XDR
Simvol XDR
Dövriyyə ərazisi
Emitent ölkə
  • dünya üzrə[d]
Tarixi
Dövriyyəyə buraxılma 1969
Sikkə və əskinasların buraxılması və istehsalı
Mərkəzi bank Beynəlxalq Valyuta Fondu

Bu yeni aktiv valyutadan natarazlıqların aradan qaldırılmasında qızıl və dollarla yanaşı istifadə edilirdi. Regional valyuta olan SDR BVF-ə üzv olan ölkələrin tədiyyə balanslarının saldosunu tənzimləmək, rəsmi ehtiyatları tamamlamaq və BVF ilə hesablaşmalar aparmaq üçün milli valyutaların dəyərinin ölçülməsi məqsədilə yaradılmışdır.

1971-ci ildə SDR-in qəti müəyyən edilmiş qızıl məzmunu, dollarda olduğu kimi 0,888671 qram müəyyən edildi, lakin dolların iki dəfə (1971 və 1973-cü illərdə) aparılan devalvasiyasından və 1 iyul 1974-cü ildən üzən valyuta kurslarının tətbiqindən sonra SDR-in dəyəri "valyuta səbəti", yəni aparıcı kapitalist ölkələrinin 16 valyutasının, 1981-ci ilin 1 yanvarından isə 5 valyutasının (ABŞ dolları, AFR markası, fransız frankı, yapon yeni və İngiltərə funt sterlinqi) orta çəki məzənnəsi əsasında müəyyən edilirdi. SDR səbətinə növbəti dəfə baxıldıqda 1 yanvar 1986-cı ildən səbətdə yapon yeninin xüsusi çəkisi artırıldı.

1991–1996-cı illərdə səbətə yenidən baxıldıqda, valyutaların xüsusi çəkiləri əsasən saxlanıldı. Avronun tətbiqi ilə əlaqədar 2001-ci ildə "standart səbət" dəyişdirildi. BVF-in yeni nizamnaməsinə uyğun olaraq, SDR vahidinin dəyəri standart səbətin, yəni müəyyən nisbətdə götürülən aparıcı dünya valyutalarının (ABŞ dolları, avro, yapon yeni və İngiltərə funt sterlinqi) əsasında müəyyən edilir. Hər bir valyutanın nisbi tutumu ölkənin dünya mal xidmətləri ixracatında xüsusi çəkisi və digər ölkələr tərəfindən ehtiyat vəsaitləri keyfiyyətində valyutadan istifadə etmələri kimi göstəricilərdən irəli gələrək müəyyənləşdirilir. Həmin göstəricilər əsasında valyutaların siyahısına, həmçinin onların standart səbətdəki xüsusi çəkisinə hər beş ildən bir yenidən baxılır.

Dövr ABŞ ABŞUSD Almaniya Almaniya DEM Fransa FransaFRF Yaponiya YaponiyaJPY {{ {{{1}}} alias = Böyük Britaniya flag alias = Flag of the United Kingdom.svg flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg flag alias-1651 = Flag of The Commonwealth.svg flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg flag alias-ordu = Flag of the British Army.svg variant = altlink = miqyas =

}} GBP

1981–1985[1] 0,540 (42%) 0,460 (19%) 0,740 (13%) 34,0 (13%) 0,0710 (13%)
1986–1990[1] 0,452 (42%) 0,527 (19%) 1,020 (12%) 33,4 (15%) 0,0893 (12%)
1991–1995[1] 0,572 (40%) 0,453 (21%) 0,800 (11%) 31,8 (17%) 0,0812 (11%)
1996–1998[1] 0,582 (39%) 0,446 (21%) 0,813 (11%) 27,2 (18%) 0,1050 (11%)
Dövr ABŞ ABŞ US$ Avropa İttifaqı Avropa İttifaqı EUR Yaponiya YaponiyaJPY {{ {{{1}}} alias = Böyük Britaniya flag alias = Flag of the United Kingdom.svg flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg flag alias-1651 = Flag of The Commonwealth.svg flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg flag alias-ordu = Flag of the British Army.svg variant = altlink = miqyas =

}} GBP

1999–2000[1] 0,5820 (39%) 0,2280 (21%) 0,1239 (11%) 27,2 (18%) 0,1050 (11%)
= 0,3519 (32%)[2]
2001–2005[1] 0,5770 (44%) 0,4260 (31%) 21,0 (14%) 0,0984 (11%)
2006–2010[1] 0,6320 (44%) 0,4100 (34%) 18,4 (11%) 0,0903 (11%)
2011–2015[1] 0,6600 (41,9%) 0,4230 (37,4%) 12,1000 (9,4%) 0,1110 (11,3%)
Dövr  ABŞUSD  AvropaEUR  ÇXRCNY  YaponiyaJPY  Böyük BritaniyaGBP
2016—2020[3] (41,73 %) (30,93 %) (10,92 %) (8,33 %) (8,09 %)
  1. 1 2 3 4 5 6 7 8 Antweiler, Werner. "Special Drawing Rights: The SDR Fact Sheet". University of British Columbia, Sauder School of Business. 2011. April 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2011.
  2. "IMF Incorporates the euro into the SDR Valuation and Interest Rate Baskets" (Press-reliz). International Monetary Fund. December 31, 1998. October 17, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 14, 2009.
  3. IMF Executive Board. "Press Release: IMF Executive Board Completes the 2015 Review of SDR Valuation". IMF. 2015-12-01. 2016-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-14.