"Dollhouse" — ABŞ müğənnisi Melani Martinesin debüt sinqlı. Mahnının prodüserliyini Kinetics & One Love duosu etmişdir. Bu mahnı 9 fevral 2014-cü ildə buraxılmışdır. Melaninin həmin ilin may ayında buraxılan eyniadlı debüt mini albomundan ilk sinql olaraq buraxılmışdır. "Dollhouse" üstəlik müğənninin 2015-ci ildə çıxan debüt studiya albomu olan "Cry Baby"-də də yer almışdır.
"Dollhouse" | |||||||
---|---|---|---|---|---|---|---|
Melani Martines tərəfindən "Dollhouse" mini-albomunda və "Cry Baby" albomunda ifa olunmuş sinql | |||||||
Yayımlanma tarixi | 9 fevral 2014 | ||||||
Yazılma tarixi | sentyabr 2013 | ||||||
Janr | alternativ pop | ||||||
Müddət | 3:52 | ||||||
Prodüser | Kinetics & One Love | ||||||
Sözlərin müəllifi | Melani Martines | ||||||
Leybl | Atlantic Records | ||||||
Melani Martines sinqllarının xronologiyası | |||||||
|
|||||||
Audio nümunəsi | |||||||
|
Bundan əlavə, mahnı ABC Family telekanalının efirində yayımlanan "Pretty Little Liars" teleserialının önizləməsində səsləndirilib.[1]
"Dollhouse" disfunksional bir ailədəki münasibətləri təsvir edən mahnıdır.[2] Bu, "Cry Baby" albomunun trek siyahısında ikinci mahnıdır. Həmçinin, albomdan üçüncü trek olan "Sippy Cup" ilə oxşar hekayəni bölüşür. Sözügedən mahnıların hər ikisi bir-birinə bağlıdır və ailə həyatının qaranlıq tərəflərini əks etdirir. "Sippy Cup" mahnısı ərini və onun məşuqəsini öldürmək qərarına gələn və eyni zamanda öz yeganə övladı olan qızına aman verən ana haqqındadır.
Melani Martines qeyd edir ki, bu mahnı əslində problemləri ola-ola özlərini kənarda mükəmməlmiş kimi göstərən ailələrdən bəhs edir. O, həmçinin əlavə etmişdir ki, bu mahnının başqa bir mənası da var. Müğənni bildirir ki, məşhurlar tez-tez mükəmməl bir həyata sahib olmuş kimi görünürlər, lakin pərdə arxasında bu belə deyil, hər şey göründüyü qədər mükəmməl deyil, hər kəsin problemləri və şəxsi çətinlikləri var.[3]
Musiqi videosunun rejissorluğu Nathan Skial və Tom McNamara tərəfindən edilmişdir. Bu musiqi videosu 9 fevral 2014-cü ildə Melani Martinesin rəsmi YouTube kanalına yerləşdirilib.[4] Videonın başlanğıcında döşəmədə əyləşib kukla evinin qarşısında gəlincikləri ilə oynayan balaca qız uşağı göstərilir. Bu uşaq gəlinciklərini oynatdıqdan sonra onları kukla evinə qoyub çıxıb gedən zaman, mahnı çalmağa başlayır. Az sonra kamera kukla evinin içərisində yaşayan kuklalardan biri olan Cry Baby-ni yaxından çəkir. Cry Baby, problemli ailəsindən söz açır. O, atasının anasına xəyanət etdiyindən və qardaşının isə marixuana çəkdiyinindən danışır — anası isə əlində içki şüşəsi ilə divanda huşsuz vəziyyətdədir.
Bu seqmentin ardınca ailənin nə olursa olsun yalandan özünü başqa insanlara ideal ailə kimi təqdim etdiyi təsvir olunur. Daha sonra bu ailənin divanda birlikdə əyləşib televizor izlədiyi göstərilir. Cry Baby həmin vaxt izah edir ki, anası özünü başqalarının yanında mükəmməl aparsa də, əslində pərdə arxasında elə deyil. Əri onu başqa bir qadınla aldatarkən, o, emosinal ağrılarını sakitləşdirmək üçün içkiyə üz tutub. Bir az keçəndən sonra, kuklaların sahibi olan balaca qız uşağı səs küyün haradan gəldiyilə maraqlanaraq kukla evinə doğru addımlayır. Həmin moment Cry Baby ona boylanır və gülümsəyir, ardınca da öz dərdini bölüşməyə başlayır. O, bu qıza ailəsinin göründüyü qədər mükəmməl olmadığından danışır. Azacıq sonra, o, bu qızı kuklaya döndərir. Aradan çox keçməmiş Cry Baby-nin ailə üzvləri bu qızın üzərinə gedirərək onu küncə qısırlar. Elə həmin an balaca qız yenidən insana çevrililir və qaçıb canını qurtarır, kukla evinin qapıları isə bağlanır.
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Dollhouse" | 3:51 |
Ümumi müddət: | 3:51 |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Dollhouse" (Kiely Rich Remix) | 6:20 |
2. | "Dollhouse" (One Love Remix) | 4:27 |
3. | "Dollhouse" (Jai Wolf Remix) | 4:08 |
4. | "Dollhouse" (Treasure Fingers H.O.U.S.E Remix) | 4:46 |
Ümumi müddət: | 19:41 |
Region | Sertifikatlar | Satışlar |
---|---|---|
Canada (Music Canada)[5] | Platinum | 10.000^ |
United Kingdom (BPI)[6] | Silver | 200.000 |
United States (RIAA)[7] | 2× Platinum | 2.000.000^ |
xqeyri-müəyyən rəqəmlər yalnız sertifikatlaşdırmaya əsaslanır |
Region | İl | Format(lar) | Leybl | Ref. |
---|---|---|---|---|
ABŞ | 10 fevral 2014 | Rəqəmsal yükləmə | Özü yayımlayıb | |
Kanada | 24 iyul 2014 | Remixes EP | Atlantic Records | |
ABŞ |