Dome Fuci (Antarktika stansiyası)

Yaponiyanın Antarktidada yerləşən stansiyalar

Dome Fuci (yap. ドームふじ, ing. Dome Fuji və ya ing. Dome F) — Antarktidanın Kraliça Mod Torpağı ərazisinin şərqində yerləşən buz silsiləsi üzərində yerləşir. Yaponiyaya məxsus qütb stansiyası 77°30′ c. e. 37°30′ ş. u. koordinatlarda yerləşir.

Dəniz səviyyəsindən hündürlüyü 3810 metr təşkil edir. Bu stansiya Şərqi-Antarktika buz silsiləsinin üzərində yerləşən hündürlüyü yüksək olan ikinci stansiyadır.

Stansiyanın yerləşdiyi ərazinin yüksəkliyi səbəbindən dünyanın ən soyuq bölgələrindən biridir. Yayda stansiyanın yerləşdiyi ərazidə yayda −30°S, qışda isə hətta −80°S qədər enir. Orta illik temperatur 54,3°S olur, bu göstərisi 3° Vostok stansiyasından isti göstəricidir. Əlçatmazlıq qütbündən isə 3,5° yuxarıdır. İyul ayında orta temperatur −74°S, dekabr və yanvar aylarında isə −35°S təşkil edir. Stansiya soyuq səhra ərazisində yerləşir. İllik yağıntının miqdarı cəmi 25 mm-dir. Yağıntı əsasən kristal buz şəklində düşür

8 dekabr 2013 ildə stansiya tərəfindən bir açıqlama verilmişdir. Bura deyilirdi ki, 3 avqust 2004-cü ildə stansiya Dünyada ən aşağı temperaturu qeydə almışdır. Bura havanın temperaturu −91,2°S təşkil etmişdir. Bu isə ən aşağı temperatur kimi qeydə alınan −89,6°S temperaturdan 2° aşağı olmuşdur[1]. −89,6°S temperaturu Sovet alimləri tərəfindən Vostok stansiyasında 21 iyul 1983 ildə qeydə alınmışdır[2][3]. Bununla belə bu temperaturun qeydiyyatı birbaşa deyil sputnikdən əldə edilmiş məlumatlar əsasında bildirilmişdir. Rusiya Antarktika ekspedisiyasının rəhbərliyi bu temperaturun ən aşağı temperatur kimi, qeydə alınmasını düzgün hesab etməmişlər[4].

Antarktik stansiya (yap. ドームふじ基地 1995-ci ilin yanvarında ""Dome Fuci" müşahidə bazası" kimi (ing. Dome Fuji observation base, yap. ドームふじ観測拠点 təşkil edilmişdir. 1 aprel 2004-cü ildən isə ""Dome Fuci" stansiyası" adlandırılır. Stansiyanın coğrafi koordinatları: 77°19′ c. e. 39°42′ ş. u.. Stansiyadan 1000 km aralıda Yaponiyanın "Şova" qütb stansiyası yerləşir. Ümumilikdə Yaponiyanın Antartidada 5 stsnsiyası fəaliyyət göstərir. Stansiya 3796 metr hündürlükdə yerləşməsi ilə dünyanın bü göstərici baxımından ikinci stansiyasıdır.

Qlyasioloji araşdırmalar

[redaktə | mənbəni redaktə et]

1995-ci ilin avqust ayından başlanan buzun qazilması 1996 ilin avqust ayına qədər davam etmişdir. Burada buzun qalınlığı 2503 m təşkil edir. Dib buzunun yaşı 340 min il qiymətləndirilir[5][6][7]

İkinci dəfə buzun dərininə qazılması 2003-cü ildən başlanılır. Ancaq qazılmalar ancaq yay ayları aparıldığından dibə 2007 ildə çatılır. Bu dəfə dərinlik 3035,22 m təşkil edirdi. Dibdən çıxan buzun yaşı 720 min il olaraq qiymətlədirilir[8]

  1. Будрецкий, А. Б. "Новый абсолютный минимум температуры воздуха". Информационный Бюллетень Советской Антарктической Экспедиции (rus). Ленинград: Гидрометеоиздат (105). 1984. 2009-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
  2. "The Sunday Times. Found: the coldest spot on Earth". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
  3. "НТВ. Antarktidada dünyanın ən aşağı temperaturu qeydə alındı". 2013-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
  4. "Alimlər: Yer kürrəsində yeni rekord minimum temperaturun qeydiyatı olmamışdır". 2013-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
  5. Dome-F Deep Coring Group. "Deep ice-core drilling at Dome Fuji and glaciological studies in east Dronning Maud Land, Antarctica". Annals of Glaciology. 27. 1998: 333–337.
  6. Kawamura, K. "Northern Hemisphere forcing of climatic cycles in Antarctica over the past 360,000 years". Nature. 448 (7156). 2007: 912–916. doi:10.1038/nature06015. PMID 17713531.
  7. Watanabe O, Kamiyama K, Motoyama H, Fujii Y, Shoji H, Satow K. "The paleoclimate record in the ice core at Dome Fuji station, East Antarctica". Annu Glac. 29 (1). 1999: 176–8. doi:10.3189/172756499781821553. 2016-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
  8. Motoyama, H. "The second deep ice coring project at Dome Fuji, Antarctica". Scientific Drilling. 5. 2007: 41–43.