Donka Uşlinova (bolq. Донка Ушлинова; 21 dekabr 1885 və ya 1880 – 26 iyun 1937 və ya 1937, Varna) ― Makedoniyadakı bolqar azadlıq hərəkatının iştirakçısı, inqilabçı.[1] O, Makedoniya inqilabi təşkilatının üzvü olub.[2] Uşlinova İlinden üsyanı, Balkan müharibələri və Birinci Dünya müharibəsində iştirak edib.[3] O daha sonra Bolqarıstan ordusunda unter-zabit olub.[1][2][4][3]
Donka Uşlinova | |
---|---|
Doğum tarixi | 21 dekabr 1885 və ya 1880 |
Vəfat tarixi | 26 iyun 1937 və ya 1937 |
Vəfat yeri | |
Fəaliyyəti | zabit, inqilabçı |
Vikianbarda əlaqəli mediafayllar |
Donka Uşlinova 21 dekabr 1880-ci ildə Bitola rayonunun Smilevo kəndində anadan olub və uşaqlığını burada keçirib.[2] O 15 yaşında ikən qonşuluqdakı Lera kəndindən Stavri Xristovla ailə həyatı qurmuşdur.[2][4] 1902-ci ilin avqustunda, əri Konstantinopolda işləyərkən ərinin qardaşı Apostol və arvadı Srebranın köməyi ilə Uşlinova ona sataşan bir türkü öldürüb.[4] Onlar türklərin qisasından qurtulmaq üçün yaxınlıqdakı dağa qaçmazdan əvvəl ölünü yerli qəbiristanlıqda basdırıblar.[2][4]
Apostol, Srebra və Uşlinova yolda Resen inqilabi bölgəsinin rəhbəri hersoq Slaveyko Arsovun dəstəsi ilə qarşılaşmış, dəstə onlara uniforma vermişdir.[4] Bununla da Uşlinova və Srebra Slaveyko Arsovun başçılıq etdiyi Makedoniya inqilabi təşkilatına qoşulan və Makedoniyada Osmanlı İmperiyasına qarşı vuruşan ilk qadınlar olublar.[2][4]
Uşlinova 1903-cü ildə İlinden üsyanı zamanı Bitola inqilab iairəsində baş verən bir neçə döyüşdə iştirak etdi.[1][3] 1904-cü ildə hersoq Slaveyko Arsovun öldürülməsindən sonra Uşlinova, Srebra və Apostol hersoq Georgi Suqarevin dəstəsinə qoşuldular.[2] Üsyanın yatırılmasından sonra Uşlinova Srebra və Apostol ilə birlikdə Bolqarıstanın Sofiya şəhərinə qayıtdı.[4] Daha sonra Uşlinova təkbaşına Varnaya köçmüş və orada əri Stavri ilə görüşmüşdür.[2][4]
Uşlinova və Stavri Makedoniya-Odrina milislərinin könüllüləri olmuş və Balkan müharibələrində vuruşmuşdurlar.[1][3][4]
Birinci Dünya müharibəsi zamanı Uşlinova və Stavri yenidən könüllü olmuş, ikinci Makedoniya Piyada Alayına qoşulmuşdurlar.[1][3] Onlar Yarebiçna, Doyran, Kruşa və Planinada gedən döyüşlərdə iştirak ediblər.[2][4]
Uşlinova döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə yefreytor rütbəsi almış, Bolqarıstanın III və IV dərəcəli "İgidliyə görə" ordenləri ilə təltif edilmişdir.[2][4] O daha sonralar II dərəcəli "İgidliyə görə" ordeni ilə, 1917-ci ildə kiçik çavuş rütbəsinə yüksəldikdən sonra isə şəxsən Ali Baş Komandan Nikola Jekov tərəfindən I dərəcəli "İgidliyə görə" ordeni ilə də təltif edilib.[2][4] Uşlinova və əri tərxis olunduqdan sonra Bolqarıstan dövlətindən 10 000 leva maddi yardım alıblar.[2][4] Uşlinova Varnanın ehtiyatda olan zabitlər cəmiyyətinin, Dostluq Birliyinin üzvü idi.[2][4]
Bolqarıstandakı bir zirvə Uşlinovanın şərəfinə adlandırılmışdır.[2][4]
Uşlinova 27 iyun 1937-ci ildə Bolqarıstanın Varna şəhərində vəfat etmişdir.[2][4]