Dorin Reçan

Dorin Reçan (rum. Dorin Recean; 17 mart 1974, Dondüşan[d], Moldova SSR) — Moldova akademiki və siyasətçi. O, 2012-ci ilin iyulundan 2015-ci ilin fevralına qədər Moldovanın daxili işlər naziri vəzifəsində çalışmışdır. Reçan 2023-cü ilin fevralında Moldovanın Baş naziri vəzifəsinə təyin edilmişdir.

Dorin Reçan
rum. Dorin Recean
Moldovanın daxili işlər naziri[d]
24 iyul 2012 – 18 fevral 2015
ƏvvəlkiAleksey Roibu[d]
SonrakıOleq Balan[d]
Moldovanın Baş naziri[d]
Vəzifədədir
16 fevral 2023-cü ildən
ƏvvəlkiNataliya Qavrilitsa[d]
Şəxsi məlumatlar
Doğum tarixi 17 mart 1974(1974-03-17) (50 yaş)
Doğum yeri
Təhsili
  • Moldova İqtisadi Araşdırmalar Akademiyası[d],
  • Nyuport Beynəlxalq Universiteti[d]
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d], hüquqşünas
Dini şərqi ortodoks xristianlıq

Təltifləri "Əmək şöhrəti" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dorin Reçan 17 mart 1974-cü ildə Dondüşan şəhərində anadan olmuşdur.[1] 1996-cı ildə Moldova İqtisadi Araşdırmalar Akademiyasını beynəlxalq biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. Daha sonra 2000-ci ildə Nyuport Beynəlxalq Universitetinin Belçika filialında biznesin idarə edilməsi üzrə magistr dərəcəsi almışdır.[2] Reçan Moldovanın Aİ-yə üzvlüyünü və Qərblə daha sıx əlaqələri dəstəkləyir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Dorin Reçan evlidir və iki övladı var.[2]

  1. "Deputy Minister". Ministry of Information Technology and Communications. 13 aprel 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2013.
  2. 1 2 "Dorin Recean, Minister of Internal Affairs". Government of the Republic of Moldova. 22 noyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]