Dorji Banzarov (təx. 1822, Kutetyev ulusu, Selenga çöl duması, Zabaykal vilayəti, indiki Cidin rayonu Buryatiya – 1855, İrkutsk) — ilk buryat alimi.
Dorji Banzarov | |
---|---|
bur. Банзарай Доржи | |
Doğum tarixi | |
Doğum yeri | Zabaykal vilayəti, Rusiya |
Vəfat tarixi | |
Vəfat yeri | İrkutsk, Rusiya |
Vətəndaşlığı | |
Elm sahəsi | şərqşünaslıq |
Vikianbarda əlaqəli mediafayllar |
Dorji Banzarov əslən buryat-kazaklardandır. 1822-ci ildə anadan olmuşdu. Atası təqaüdə çıxmış kazak əllibaşısı Banzar Borxonov idi.1833-cü ildə Ataman-Nikolayev məktəbini bitirmişdi.1835-ci ilin sentyabr ayına kimi hərbi məktəbi tamamlamışdı. Hərbi məktəbi bitirdikdən sonra Kazan gimnaziyasına göndərilmişdi. 25 yanvar 1836-cı ildə gimnaziyanın 1-ci sinifinə qəbul olmuşdu. İyun 1842-ci ildə gimnaziyanı qızıl medalla bitirmişdi.Sentyabr 1842-ci ildə Kazan Universitetinin fəlsəfə fakültəsinə qəbul olmuşdu.Monqolşünaslığın banilərindən biri Osip Kovalevskinin tələbəsi olmuşdu.
Dorji Banzarov iyun 1846-cı ildə universiteti bitirmişdi. Universitetdə monqol, kalmık, mancur, sanskrit və türk dillərini öyrənmişdi. O, eləcə də alman, ingilis, fransız və latın dillərində sərbəst yazıb-oxumağı bacarırdı.
Dorji Banzarov 1846-cı ildə «Ученых записках Казанского университета» dərgisində «Чёрная вера, или Шаманство у монголов» adlı məqaləsi dərc olunmuşdu.