Dostlar (film, 1934)

Kinopovest uşaqların sosialist mülkiyyətinə ehtiyatlı münasibəti haqqındadır. Müəlliflər üçün əsas mövzu kəndə traktorun ilk dəfə gətirilməsi olmuşdur. Pioner Muxtar yoldaşları ilə birgə traktorun mexanizmini, onu işlətmək, saz saxlamaq qaydalarını öyrənir, eyni zamanda həmkəndlilərini kənddə baş verə biləcək hər hansı təhlükə barədə xəbərdarlıq edir.

Dostlar
Janr dram
uşaq
Rejissor Ağarza Quliyev
Ssenari müəllifi Leonid Perelman
Baş rollarda Xeyri Əmirzadə — traktorçu
Həqiqət Rzayeva — ana
Əlisəttar Məlikov
Operator İvan Manakov
Rəssam G.Əliyev
İstehsalçı Azdövlətkinosənaye
İlk baxış tarixi 1934
Filmin digər adı Muxtar
Filmin növü qısametrajlı bədii film
Müddət 24 dəq.
Ölkələr SSRİ SSRİ
Dil səssiz
Texniki məlumatlar 2 hissə
660 metr
Rəng ağ-qara

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Leonid Perelman
Quruluşçu rejissor: Ağarza Quliyev
Quruluşçu operator: İvan Manakov
Quruluşçu rəssam: G.Əliyev
İkinci operator: Mirzə Mustafayev
Xeyri Əmirzadə — traktorçu
Həqiqət Rzayeva — ana
Əlisəttar Məlikov
  • Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 120.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32.