Ətirli drasena (lat. Dracaena fragrans) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü.
Ətirli drasena | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Ətirli drasena |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Afrikanın tropiklərində yayılıb.
Hündürlüyü 150-250 sm-dir. Düz gövdəli bitki olub, qalın, oduncaqlaşmış, əsasən budaqlanan və yarpaqlarla sıx örtülmüş çoxillik bitkidir. Yarpağının uzunluğu 50 sm, eni 5 sm, kənarları ağ zolaqlıdır. Salxımşəkilli qoltuq çiçək qruplarına yığılmışdır; üstdən tünd-qırmızı, içərisi ağdır, xoşagəlməz qoxusu vardır. Meyvəsi narıncı giləmeyvədir. Uc qələmləri və uzunluğu təxminən 10 sm olan gövdənin hissələri ilə çoxaldılır.
Parlaq, düz günəş şüalarından qorunmalıdır. Rütubətsevəndir. Çimli, çürüntülü, torflu, qumlu torpaq qarışığında yaxşı bitir. Unlu qurd və kök böcəyi xəstəliklərinə yoluxur.
Mərdəkan dendrarisində 2003-cü ildə introduksiya olunmuşdur. Respublikanın bir çox rayonlarında mədəni şəraitdə becərilir.
Şəhər yaşıllaşdırmasında, bəzək memarlığında geniş istifadə edilir.