Dragonplay

Black Isle Studios (əvvəlki adı: Dragonplay) — videooyun istehsalçısı və yayımçısı "Interplay Entertainment" şirkətinin rol videooyunları üzrə şöbəsi. Studiya digər istehsalçılardan da bir neçə oyun satışa çıxarmışdır

Black Isle Studios
Loqonun şəkli
Studiyanın 1998-ci ildən bəri istifadə olunan loqosu
Ümumi məlumatlar
Tipi özəl şirkət[d]
Sənaye videooyun sənayesi[d]
Məhsulu proqram təminatı[1]
Təsis tarixi 1996
Bağlanma tarixi 8 dekabr 2003
Əvvəlki adı Dragonplay
Baş qərargahın yeri
Struktur
Ana şirkət Interplay Entertainment
Rəhbərlik
Təsisçi
blackisle.com

"Black Isle Studios" studiyasının baş qərargahı ABŞ-nin Kaliforniya ştatının İrvin şəhərində yerləşir.[2] Şöbə 1996-cı ildə "Dragonplay" adı ilə qurulmuş, sonradan 1998-ci ildə "Black Isle Studios" adını almışdır.[3] Studiyanın adı qurucu Ferqus Urkhartın əslən olduğu Şotlandiyanın Blek-Ayl yarımadasından gəlir.[4] Studiya "Fallout" seriyasındakı ilk iki videooyun üzərində işləməklə yanaşı, "Planescape: Torment" ilə də tanınır. Studiya "Icewind Dale" və sadəcə yayım sahəsində iştirak etdiyi "Baldur's Gate" rol videooyun seriyası ilə də uğur qazanmışdır. 1999-cu ildə "IGN" saytını "RPG Vault" layihəsi studiyanı "İlin istehsalçısı" mükafatına layiq görmüşdür.[5] Bir müddət sonra "Interplay" şirkəti maddi çətinliklərlə üzləşmiş, nəticədə isə "Black Isle Studios" 2003-cü ilin sonunda bağlanmışdır.[6]

"Interplay" eyni ad altında yeni rol videooyunları satışa çıxarmaq məqsədilə studiyanı 2012-ci ilin avqustunda yenidən açmışdır.[7] "Black Isle Studios" 2021-ci ilin may ayında "Baldur's Gate: Dark Alliance" videooyununun remaster edilmiş versiyasını satışa çıxarmışdır.[8]

İstehsal olunan

[redaktə | mənbəni redaktə et]

Kompilyasiyalar

[redaktə | mənbəni redaktə et]
  • Black Isle Compilation (2002)
  • Black Isle Compilation Part Two (2004)

Ləğv edilmiş

[redaktə | mənbəni redaktə et]
  1. National Software Reference Library.
  2. "Black Isle Studios". IGN. May 25, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 25, 2006.
  3. Cheong, Ian. "Game Info". Lionheart Chronicles. GameSpy. May 7, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 25, 2006.
  4. Keefer, John. "Black Isle Studios: We are not BioWare". GameSpy. January 2001. 2004-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-06-25.
  5. 1999 Vault Network Awards
  6. Thorsen, Tor. "Interplay shuts down Black Isle Studios". GameSpot. 2003-12-08. 2006-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2006.
  7. Sarkar, Samit. "Black Isle Studios is back in name only". Polygon. 8 August 2012. 22 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2018.
  8. "Arxivlənmiş surət". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.