Drioplar (q.yun. Δρυόπες) — yunan mifologiyasında və arxaik tarixində tayfa.[1] Driopların ilk padşahı Driop olmuşdur. Bundan başqa, onların padşahları arasında Melaney, Laoqor, Feodamant və Filantın olduğu məlumdur.
Rəvayətə görə, Herakl onları məğlub edib bu qələbəni Apollonun şərəfinə olduğuna elan etmişdir.[2] Bundan sonra o, Apollonun kahinini Asinaya aparmışdır.[3] Çox sonra onlar arqivlər tərəfindən qovulmuş və Lakedemona köçmüşdülər.[4]