Feodamant

Feodamant, Teodamas, Teyodamant və ya Fiodamant (q.yun. Θειοδάμας) — yunan mifologiyasında personaj. O, driopların padşahı olmuşdur. Həyat yoldaşı Menodika, oğlu isə Hilasdır.[2]

Feodamant
Cinsi kişi[d]
Uşaqları

Feodamant Deyanira ilə birlikdə torpaqlarından keçən Herakla qonaqpərvərlik göstərmək istəməmişdir. O, bundan sonra araba sürərkən Herakl ilə qarşılaşmış, Herakl zorla öküzün iplərini çıxarmış və yemək üçün kəsmişdir.[3] Feodamant ardınca Herakl tərəfindən öldürülmüşdür.[4] Herakl Feodamanta kömək etməyə çalışan driopları da qılıncdan keçirmişdir.[5]

Belə bir versiya var ki, Herakl oğlu Hill ilə oradan keçərkən Feodamantdan yemək istəmişdir. Rədd cavabı aldıqdan sonra o, əkinə yararlı öküzləri kəsmişdir.[6]

  1. Теодамас (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1901. Т. XXXIIа. С. 877.
  2. Гигин. Мифы 14 (с.28)
  3. Псевдо-Аполлодор. Мифологическая библиотека I 9, 19; II 7, 7; Каллимах. Гимны III 161; Каллимах. Фиодамант (из кн.1 «Причин»)
  4. Аполлоний Родосский. Аргонавтика I 1204—1211
  5. Овидий. Ибис 487—488
  6. Анонимный мифограф. // Примечания В. Г. Боруховича в кн. Аполлодор. Мифологическая библиотека. Л., 1972. С.160
  • Теодамас // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.