Droqobıçina (muzey)

Droqobıçina muzeyi» (ukr. Музей «Дрогобиччина» və ya Droqobıç diyarşunaslıq muzeyi) — Ukraynanın Lvov vilayətinin Droqobıç şəhərindəki tarix-diyarşunaslıq muzeyi.

Droqobıçina
Əsası qoyulub may 1940
Ölkə
Yerləşir Droqobı
Direktor Qladun Alla Vladimirovna
Telefon +38(03244)2-20-35
49°22′ şm. e. 23°27′ ş. u.
Droqobıçina xəritədə
Droqobıçina
Droqobıçina
drog-museum.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

1940-cı ilin mayında Droqobiç vilayətinin regional tarix-diyarşünaslıq muzeyi kimi qurulmuşdur. Əvvəlcə 1894-cü ildə tikilmiş (hal-hazırda muzeyin tarixi şöbəsi yerləşir) qəza (rayon) sovetinin evi muzeyə verilmişdir.

1941-ci ilin mayında təbiət və incəsənət şöbələrinin ekspozisiyaları ilk ziyarətçilərini qəbul edir.

1959-cu ilin mayında Droqobiç rayonunun ərazisinin Lvov vilayətinə verilməsi ilə muzey regional diyarşünaslıq muzeyi kimi fəaliyyətini davam etdirir[1].

Muzeyin fondları Qraf Lyantskoronskinin kolleksiyalarına, Xirov Yezuit Məktəbinə, eləcə də Sambirdəki keçmiş muzeyin kolleksiyasının bir hissəsinə əsaslanırdı.

İndi "Droqobıçin" muzeyində altı şöbə var, ekspozisiyalar beş binada yerləşən 28 zalda yerləşdirilib.

Eksponatların sayı durmadan artır və əsas fondu əlli minə yaxın eksponatdan ibarətdir: qiymətli rəngkarlıq, qrafika, heykəltəraşlıq, tətbiqi sənət əsərləri, arxeoloji və etnoqrafik materiallar, sənədlər, fotoşəkillər, Droqobiç sənətkarlarının məhsulları, alətlər, məişət əşyaları. Eksponatlar arasında 17-ci əsrə aid nadir divar rəsmləri, orta əsr ikonaları, ilk çaplarara aid kitablar, 15-17-ci əsrlərə aid italyan mayolikasının kolleksiyası və 16-19-cu əsrlərə aid Çin çinisi, portret nümunələri və s. var[2].

2001-ci ildə sənət muzeyinin kolleksiyası Droqobıçda doğulub yaşayan yazıçı və rəssam Bruno Şulsun rəsmləri (divar şəkilləri) ilə tamamlanır.

2005-ci ildə muzey İncəsənət Sarayının yerləşdiyi şəhərin ən gözəl memarlıq tikililərindən birinə köçür. Burada tammiqyaslı rəsm sərgiləri keçirilir, daimi ekspozisiyalar açıqdır.

Muzeydə maraqlı taxta memarlıq abidələri şöbəsi vardır: Ucaltma kilsəsi (1613) və Ukraynanın ən qədim kilsələrindən biri olan Müqəddəs Yura kilsəsi. Hansı ki, 2013-cü ildə "Polşa və Ukraynada Karpat bölgəsinin taxta kilsələri" obyektinin bir hissəsi olaraq UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Дрогобицький краєзнавчий музей: Путівник/Л.М.Васильків, Н.Г.Єрмакова, Л.Б.Єрмоліна та ін.; Упоряд. В.Й.Козак; Худож. Л.Прийма. - Львів: Каменяр, 1987. - 64 с.
  2. "Дрогобычский краеведческий музей на Дрымба". 2014-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-19.

Mənbə[redaktə | mənbəni redaktə et]