Dryopteris

Ayıdöşəyi (lat. Dryopteris) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinə aid bitki cinsi.

Ayıdöşəyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qıjının bir çox növlərindən gülçülükdə istifadə olunur. Erkək qıjı (Dryopteris filix-mas)- açıq sahələrdə yaxşı bitir, Vel (Pteridium aquilinum) bizim planetin ən qədim bitkilərindəndir, Braun cərgəvari (Polystichum braunii) yabanı halda Rusiyanın orta zolağında bitir. Pəncəşəkilli baldırıqara (Adiantum pedatum), skolopendra-şəkilli çalovcuq (Phyllitis scolopendrium) qıraqları dalğavari yarpaqlı bitkidir. Qıjının zəif inkişaf etmiş kök sistemindən ağacların gövdələrinin dekorasiyasında istifadə edilir. Qıjı sporlarla çoxalır. Sporları il ərzində torflu dibçəklərə əkmək olar. Dibçəkləri şüşə ilə örtmək lazımdır. Qıjını kökümsov gövdənin bölünməsi ilə də çoxaltmaq mümkündür. Azərbaycanda erkək qıjı və venera saçlı baldırıqaradan gülçülükdə uğurla istifadə olunur.