Dubay Beynəlxalq Hava Limanı (ərəb. مطار دبي الدولي) (IATA: DXB, ICAO: OMDB) — Dubaya xidmət edən əsas beynəlxalq hava limanı. Beynəlxalq sərnişin tutumu ilə dünyanın ən işlək hava limanlarından biridir.[1] Sərnişin tutumuna görə dünyada üçüncü,[2] yükdaşımaya görə altıncı,[3] Airbus A380 və Boeing 777 reysləri üçün ən işlək hava limanıdı[4] Uçuş başına düşə ən çox orta sərnişin sayına malikdir.[5] 2017-ci ildə hava limanı 88 milyon sərnişini və 2.65 milyon ton yükü idarə etdi və 409.493 reys həyata keçirdi.[6]
Dubay Beynəlxalq Hava Limanı | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
مطار دبي الدولي | |||||||||||||||
25°15′10″ şm. e. 055°21′52″ ş. u.HGYO |
|||||||||||||||
IATA: DXB – ICAO: OMDB – WMO: 41194 |
|||||||||||||||
Məlumat | |||||||||||||||
Hava limanı tipi | İctimai | ||||||||||||||
Ölkə | |||||||||||||||
Açılış tarixi | 1960 | ||||||||||||||
Sahibkar | Dubay hökuməti | ||||||||||||||
Operator | Dubai Airports Company | ||||||||||||||
Qovşaq | |||||||||||||||
Dəniz səviyyəsindən hündürlüyü |
62 ft / 19 m | ||||||||||||||
Sahəsi |
|
||||||||||||||
Xəritə | |||||||||||||||
|
|||||||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||||||
|
|||||||||||||||
Rəsmi saytı | |||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Hava limanı, Əl-Qarhud mahalında, Dubayın 4,6 km şərqində yerləşir və 1,250 hektar sahəsi var.[7] Terminal 3, dünyanın ən böyük hava limanı terminalı və mərtəbə sahəsinə görə dünyanın ikinci ən böyük binasıdır.[8]
Hava limanı Dubai Airports Company şirkəti tərəfindən idarə olunur və Dubayın beynəlxalq havayollarının, Emirates və flydubai şirkətlərinin əsas bazasıdır. Emiratesin mərkəzi, Yaxın Şərqdəki ən böyük hava qovşağı mərkəzidir; Emirates, bütün sərnişin tutumunun 51 %-ni idarə edir və bu hava limanında bütün təyyarə reyslərinin təxminən 42%-ni təşkil edir.[9][10]