"Dubrovka" və ya "Nord-Ost" faciəsi — 850 nəfərin əsir götürülməsi, 170 nəfərin ölümü ilə nəticələnən 2002-ci il 23-26 oktyabr tarixində Dubrovkada Moskva Teatr mərkəzində baş vermiş terror aktı. Onlar İkinci Çeçen Müharibəsində. Movsar Barayevin başçılığı ilə döyüşçülər odlu silahla, hərbi döyüş sursatı və partlayıcı qurğularla əhaliyə hücum etmiş, İkinci Çeçen müharibəsinin bitməsini və Çeçenistandan Rusiya qüvvələrinin çıxarılmasını tələb etmişdilər. Onlar əvvəlcə tamaşaçıları və teatrın qulluqçularını girov götürmüşdü. Əməliyyat nəticəsində təkcə 130 mülki vətəndaş həlak olmuşdu.[1]
Dubrovka" və ya "Nord-Ost" faciəsi | |
---|---|
Hücum yeri |
Moskva 55°43′34″ şm. e. 37°40′24″ ş. u.HGYO |
Hücum hədəfi | Çeçenistandan Rusiya qoşunlarının çıxarılması |
Vaxt |
23-26 oktyabr, 2002 |
Hücum üsulu | İnsanları əsir alma |
Həlak olanlar | 170-ə qədər insan |
Terrorçu sayı | 40-50 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
2002-ci ildə Çeçenistan Respublikasından minik avtomobillərinin yük yerlərində Moskvaya partlayıcı maddə və silah aparılırdı. Ardınca bir ay ərzində xırda döyüşçü qruplar Moskvaya gedir, şəhərin rayonlarında gizlənirdi. Terror qrupunun ümumi tərkibi təxminən 40 nəfərdən ibarət idi və onların yarısını qadınlar təşkil edirdi.
Terror üçün çox adamın olduğu zallar və teatrlar seçilmişdi: Moskva dövlət teatrı, Dubrovkada Teatr Mərkəzi və Moskva sarayı. Nəticə etibarilə, tamaşaçı zalının böyüklüyünə görə Dubrovka seçilmişdi. Terrorun rəhbərlərindən biri Yasir Vitaliyeva cinayət ortağı ilə birlikdə videokamera ilə zalda gəzişirdi. Onun vəzifəsi mühafizə sistemini araşdırmaq, daxili hərəkət yerlərini aşkarlmaq və binaya yaxınlaşanları saymaq idi.
Hadisədən əvvəl prezident Vladimir Putinə xəbər verilir. Dərhal teatrın ətrafında gücləndirilmiş polis dəstələri cəlb olunur. Buna baxmayaraq, teatr binası Movsar Barayevin başçılığı ilə çeçen döyüşçülər tərəfindən tutulur. Terrorçular girovlar arasında olan xarici vətəndaşları azad etməyə söz verirlər. Və beləliklə, pasportların yoxlanılması başlanır.
Podpolkovnik K.İ.Vasilev hərbi formada xidməti sənədlə mühasirəni yarır və içəri daxil olur. Terrorçular inana bilmir ki, o şəxsən özü gəlib. Podpolkovnik özünü uşaqlara görə girov kimi təklif edir. Lakin bu, nə onu, nə də uşaqları xilas etmir. 2002-ci il 26 oktyabrda teatr mərkəzinə hücumdan sonra altı güllə yarası almış podpolkovnikin cəsədi zirzəmidə tapılır.
Terror zamanı qrim otağında gizlənən aktyorlardan 5-i qaçmağa nail olur. Binaya hərbi texnika gətirilən zaman isə montaj otağında gizlənən daha 7 musiqiçi qaçır.
Teatr mərkəzinin binası tamamilə mühasirəyə alınır. Hökumət nümayəndələri binanı tutmuş terrorçularla əlaqə saxlamağa çalışır. Terrorçular əcnəbi, qadın və müsəlmanlar arasından 15 uşaq və bir o qədər adamı sərbəst buraxır. Danışıqlar zamanı terrorçular Çeçenistanda hərbi əməliyyatların dayandırılmasını və qoşunların çıxarılmasını tələb edir. Az sonra Çeçenistan Respublikasından Dövlət dumasının Deputatı Aslambek Aslaxanov Dubrovkada Teatr mərkəzinin binasında girovları saxlayan terrorçuların əsas rəhbəri ilə danışır, lakin heç bir nəticəyə gəlmədən əlaqə kəsilir. 26 yaşlı Olqa Romanova teatrın mərkəzi binasına girərək Barayevlə danışıqlara başlayır. Az sonra o da dəhlizə aparılır və üç avtomat gülləsi ilə öldürülür. Bir müddət sonra terrorçular daha 41 nəfəri azad edir.
Müğənni İosif Kobzon, Dövlət Dumasının o zamankı vitse-spikeri İrina Xakamada, deputat Qriqori Yavlinski, jurnalist Anna Politkovskaya, İnquşetiyanın o zamankı prezidenti Ruslan Auşev, Rusiya Federasiya Şurasının Çeçenistandan seçilən üzvü Aslanbek Aslanbekov, ölkənin baş uşaq həkimi Leonid Roşal və Rusiya Sənaye-Ticarət Palatasının sədri Yevgeni Primakov terrorçularla danışıqlar aparmaq üçün Nord-Ost teatrına daxil olmuşdular. Onlar ümumilikdə 75 nəfər girovun, əsasən də azyaşlı uşaqların azad olunmasına və girovlara tibbi yardım göstərilməsinə nail olmuşdular.
Terrorçular danışıqlar üçün aralarında rusiyalı olmamaq şərti ilə “Qırmızı Xaç” nümayəndələrinin gəlişini tələb edirlər. Yavaş-yavaş adamlar binadan çıxarılır. Daha iki qız pəncərədən küçəyə çıxmağa çalışır, terrorçular arxadan onlara avtomatdan atəş açır. Lakin qızlar sadəcə yaralanmaqla hadisədən sağ çıxa bilir.
Həmin gün gecə saatlarında hadisə yerinə gigiyenik vasitələr aparan iki nəfər və “Milli Televiziya Yayımı” müxbirlərindən biri binaya daxil olur. Onlar binada təxminən 40 dəqiqə qalır və altı girovla söhbət etməyə müvəffəq olurlar. Terrorçular daha 4 Azərbaycan vətəndaşını azad edir.
Girovlardan biri isterikaya düşür və yanındakı partlayıcı qurğunu terrorçuya atır. Döyüşçülər ona avtomatdan atəş açsa da, səhvən digər iki girovu yaralayırlar. Yaralıların xəstəxanaya aparılmasına icazə verilsə də, onlardan biri həlak olur.
Teatrın əsas girişini işıqlandıran projektorlar söndürülür. Terrorçular xəbərdarlıq etmişdi ki, həmin işıqlar sönsə, girovları güllələməyə başlayacaqlar. Binanın ətrafından ventilyasiya vasitəsilə binaya yuxu gətirən qaz yaymağa başlayırlar. Girovlar isə bu haqda məlumatlandırılır. Onlar vəziyyətdən istifadə edərək uğurla binadan çıxa bilir. Bundan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları binaya girir. FHN və təcili tibbi yardım maşınları binaya yaxınlaşır.[2]
Beləliklə, FHN əməkdaşları və həkimlər girovları çıxarmağa başlayır. Bina tamamilə boşaldıldıqdan sonra V.Putinin köməkçisi Sergey Yastrjembskiy girovların rəsmən azad olduğunu və əməliyyatın tamamlandığını bildirir.
Terror nəticəsində 750-dən çox girov azad edilib, yüzdən çox mülki və qeyri-mülki vətəndaş həlak olub.
2002-ci ildən etibarən 28 oktyabr Rusiyada matəm günü kimi elan olunur.