Oleq Məhərləmov (Tam adı: Oleq Ələmdar oğlu Məhərləmov; d. 1967, Rusiya, Krasnodar v. - ö. 26 oktyabr 2002, Moskva) — Dubrovka faciəsi zamanı əsirlərə kömək edən, ölümündən sonra Şücaətə görə medalı ilə təltif olunan azərbaycanlı həkim.[1]
Oleq Məhərləmov | |
---|---|
Oleq Ələmdar oğlu Məhərləmov | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya, Krasnodar vilayəti |
Vəfat tarixi | |
Vəfat yeri | Moskva |
Vəfat səbəbi | zəhərlənmə |
Vətəndaşlığı | Rusiya |
Həyat yoldaşı | Oleq Məhərləmov |
Atası | Ələmdar Məhərləmov |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | həkim |
Elmi dərəcəsi |
|
Mükafatları | Şücaətə görə medalı |
1967-ci ildə Rusiyanın Krasnodar vilayətində anadan olan Oleq Ələmdar oğlu Məhərləmov erkən yaşlarında anasını itirmişdir. Oleq Məhərləmov 1972-1982-ci illərdə Krasnodardakı 4 nömrəli məktəbdə təhsil almışdır. Kuban Tibb İnstitutunu bitirmiş Məhərləmov tibb elmləri namizədi idi. Krasnodardakı 2 nömrəli şəhər xəstəxanasında Endoskopik ginekologiya şöbəsinin ordinatoru işləyirdi.
Milliyəti rus olan İnna Məhərləmova iə ailə quran Oleq Məhərləmovun 1989-cu ildə qızı, 1998-ci ildə isə oğlu dünyaya gəlmişdi.
23 yaşlı çeçen Movsar Barayevin başçılıq etdiyi 40 nəfərdən ibarət silahlı dəstə (döyüşçülərdən bəziləri çeçen qızları idi) Dubrovka teatrını 800-dən artıq tamaşaçı ilə birlikdə ələ keçirərək, komleksə bütün perimetri boyunca partlayıcı maddələr yerləşdirmişdi. Həmin vaxt girov düşənlər teatra Nord-Ost musiqi proqramına baxmağa gələn tamaşaçılar idi. Qəfildən 8 artistin olduğu səhnəyə qalxan terrorçular teatrı ələ keçirdiklərini və artistlər də daxil olmaqla binadakı bütün şəxslərin girov olduqlarını elan etdilər. Girovlar arasında Krasnodar Diaqnostika Mərkəzinin Endoskopik ginekologiya şöbəsinin milliyətcə rus müdiri Vladislav Ponomaryov və həmin şöbənin həkimi Oleq Məhərləmov da var idi. Sonralar Vladislav Ponomaryov hadisəni belə xatırlayır:
“Girov götürüldüyümüzü anladıqdan bir az keçəndən sonra tamaşaçıların bir-birinin ardınca huşlarını itirdiyini, kimdəsə ürək tutması, başqasında epilepsiya, bir başqasında isə sakit isterika olduğunu müşahidə etdik. Mən və Oleq terroçulardan xahiş etdik ki, insanlara kömək etməyə icazə versinlər. Zalın digər başında Aleksandr adlı daha bir həkim də bizə yardım edirdi.
Çeçen silahlıları əvvəlcə bizimlə kobud davranırdılar. Lakin biz çalışdırdıq sübut edək ki, xəstə insanlara yardım etmək lazımdır. Əgər xəstələrdən kiməsə pis olurdusa, o, oturacaqdan əlini qaldırırdı və biz ona yaxınlaşırdıq” |
Məhz Vladislav Ponomaryov və Oleq Məhərləmov terrorçuların açdığı atəşdən sonra zalı qaçaraq tərk etmək istəyən qadın və kişi girova ilk tibbi yardımı göstərmişdilər. Onların yaralılara yaxınlaşdığını görən terrorçular avtomatı başlarına tuşlasalar da, həkimlik borcuna sadiq olan Vladislav Ponomaryov və Oleq Məhərləmov çətinliklə də olsa, silahlıları yaralılara yardım göstərməyə razı sala bilmişdilər. Daha sonra yaralılar binadan çıxarılan zaman Məhərləmov və Ponomaryov onları xərəklə Dubrovkanın giriş qapısında təhvil verərək geri qayıtmışdılar.[2]
Oktyabrın 26-sı səhər 5 radələrində Rusiya xüsusi təyinatlılarının zəhərli qazdan istifadə edərək həyata keçirdiyi xüsusi əməliyyat Movsar Barayev başda olmaqla, bütün 40 terrorçunun məhvinə və girov götürülən daha 130 tamaşaçının ölümünə yol açmışdı. Həlak olan tamaşaçılar arasında əslən azərbaycanlı həkim Oleq Məhərləmov da var idi. Hətta girovluq müddətində də “Hippokrat andı”na sadiq qalan Oleq Məhərləmov zəhərli qazın təsirindən huşunu itirmiş və bir daha özünə gələ bilməmişdi. Terrorçular məhv ediləndən sonra O.Məhərləmovu Moskvanın 13 nömrəli xəstəxanasına gətirmişdilər. Azərbaycanlı həkimin həyat yoldaşı İnna Məhərləmova ərinin cəsədini orada tanımışdı.
Nord-Ost hadisələri zamanı terrorçuların icazəsi ilə teatrdakı girovlara tibbi vasitələr aparan Roşal tamaşa zalındakı vəziyyəti öz gözləri ilə görmüşdü. Rusiyanın məşhur uşaq cərrahı və ictimai xadimi Leonid Roşal 2002-ci il dekabrın 27-də çıxan “Tibb” qəzetinin 104-cü sayında teatrda girov götürülən tamaşaçılar arasındakı həmkarlarından danışmışdı. Bu zaman o, Oleq Məhərləmovu da xatırlamışdı: