Bu siyahı ABŞ aktyoru və prodüseri Dueyn Consonun yer alıdığı ekran işlərini və bu barədə məlumatları ehtiva edir.
"The Rock" ləqəbi ilə də tanınan amerikalı aktyor Dueyn Consonun filmlərdə, teleseriallarda və video oyunlarda, bir sözlə mediada uzun müddətli karyerası var. Onun filmləri Şimali Amerikada 3,5 milyard dollardan çox,[1] dünya üzrə isə 12,5 milyard dollardan çox gəlir əldə edərək Consonu bütün zamanların ən uğurlu və ən çox gəlir gətirən ulduzlarından birinə çevirib.[2]
Conson aktyorluq debütünü Mumiya qayıdır (2001) filmi ilə, baş rol debütünü isə Əqrəb kral (2002) filmi ilə etmişdir. Dueyn o vaxtdan bəri Amazon xəzinəsi (2003), Hündür yerimək (2004), Doom (2005), Cənub nağılları (2007), Oyun planı (2007), Ağıllı ol (2008), İfritə dağına yürüş (2009), Diş pərisi (2010), Səyahət 2: Sirli ada (2012), C.İ. Co: Qisas (2013), Qan-tər içində (2013), Herakl (2014), San-Andreas (2015), Mərkəzi kəşfiyyat (2016), Moana (2016), Rempeyc (2018), Göydələn (2018) və Cəngəllik kruizi (2021) kimi bir çox uğurlu filmlərdə rol almışdır. Consonun ən uğurlu kassa rolu Forsaj franşizasında Lyuk Hobbs olmuşdur. O, ilk dəfə Forsaj 5: Rio soyğunu (2011) filmində personaj kimi göründü və film seriyasını tarixdə ən çox gəlir gətirən film françayzlarından birinə çevirməyə kömək etdi.[3] O, "Forsaj seriyası"nın davam filmləri olan Forsaj 6 (2013), Forsaj 7 (2015) və Forsaj 8 (2017) filmlərində rol almışdır. Personajın populyarlığı Forsaj: Hobbs və Şou (2019) adlı spin-off filminə səbəb oldu.[4] Consonun baş rolda yer aldığı digər diqqətəlayiq filmlər seriyası Cumanci françayzıdır, belə ki, o, Cumanci: Cəngəlliyə xoş gəlmisiniz (2017) və davam filmi olan Cumanci: Növbəti mərhələ (2019) uğurlu filmlərində rol almışdır.
Conson 2015-ci ildən başlayaraq HBO-nun Oyunçular serialında da rol aldı. Serial beş mövsüm davam etdi və HBO-nun altı ildə ən çox baxılan komediyası seçildi.[5] Bu yaxınlarda Dueyn Conson məşhur Fortnite Battle Royale video oyununda The Foundation kimi tanınan personajı səsləndirdi və 21 oktyabr 2022-ci ildə yenidən Qara Adam kimi çıxış etdi.
Hələ buraxılmamış filmləri bildirir |
İl | Azərbaycan dilində adı | Orijinal adı | Rol | Qeyd | İst. |
---|---|---|---|---|---|
2001 | Mumiya qayıdır | The Mummy Returns | Əqrəb kral | ||
Şansın iradəsi | Longshot | Muqqer | Cameo | ||
2002 | Əqrəb kral | The Scorpion King | Matayus | Baş rol debütü | |
2003 | Amazon xəzinəsi | The Rundown | Bek | ||
2004 | Hündür gəzmək | Walking Tall | Kris Von | [6] | |
2005 | Rahat ol | Be Cool | Elliot Vilhelm | [7] | |
Doom | Doom | Serc | |||
2006 | Cənub nağılları | Southland Tales | Bokser Santaros / Ceriko Keyn | [8] | |
İkinci şans | Gridiron Gang | San Porter | [9] | ||
2007 | Oyun planı | The Game Plan | Co Kinqman | ||
2008 | Ağıllı ol | Get Smart | Agent 23 | ||
2009 | İfritə dağına yürüş | Race to Witch Mountain | Cek Bruno | [10] | |
Planet 51 | Planet 51 | Çarlz T. Beykr | Səsləndirmə | [11] | |
2010 | Diş pərisi | Tooth Fairy | Derek | [12] | |
Polislər dərin ehtiyatda | The Other Guys | Kristofer Denson | [13] | ||
Güllədən daha sürətli | Faster | Sürücü | |||
2011 | Forsaj 5: Rio soyğunu | Fast Five | Lyuk Hobbs | [14] | |
2012 | Səyahət 2: Sirli ada | Journey 2: The Mysterious Island | Henk | [15] | |
2013 | Satqın | Snitch | Con Metyus | Həmçinin prodüser | [16][17] |
C.İ. Co: Qisas | G.I. Joe: Retaliation | Roadblock | |||
Qan-tər içində | Pain & Gain | Pol Doyl | [18] | ||
Forsaj 6 | Fast & Furious 6 | Lyuk Hobbs | [19] | ||
Empayr-steyt | Empire State | Ceyms Ransom | [13] | ||
2014 | Herakl | Hercules | Herakl | [13] | |
2015 | Forsaj 7 | Furious 7 | Lyuk Hobbs | [20] | |
San-Andreas | San Andreas | Reymond Qeyns | |||
Cem və holoqramlar | Jem and the Holograms | Özü | Arxiv görüntüləri | ||
2016 | Mərkəzi kəşfiyyat | Central Intelligence | Bob Ston | ||
Moana | Moana | Maui | Səsləndirmə | ||
2017 | Forsaj 8 | The Fate of the Furious | Lyuk Hobbs | ||
Malibu xilasediciləri | Baywatch | Mitç Buçannon | Also producer | [21][22] | |
Qaya və çətin yer | Rock and a Hard Place | Özü | Həmçinin prodüser, sənədli film | [23] | |
Cumanci: Cəngəlliyə xoş gəlmisiniz | Jumanji: Welcome to the Jungle | Spenser | Həmçinin icraçı prodüser | [24][25] | |
2018 | Rempeyc | Rampage | Devis Okoye | Həmçinin icraçı prodüser | [26][27] |
Göydələn | Skyscraper | Vill Sauyer | Həmçinin prodüser | [28][29] | |
2019 | Ailəmlə döyüş | Fighting with My Family | Özü | Cameo və icraçı prodüser | [30] |
Şazam! | Shazam! | Qara Adam | Cameo və icraçı prodüser | ||
Forsaj: Hobbs və Şou | Fast & Furious Presents: Hobbs & Shaw | Lyuk Hobbs | Həmçinin prodüser | [31] | |
Cumanci: Növbəti mərhələ | Jumanji: The Next Level | Breyvston | Həmçinin prodüser | [32] | |
2021 | Cəngəllik kruizi | Jungle Cruise | Frenk Volff | Həmçinin prodüser | |
Baş qəhrəman | Free Guy | Benk Robber #2 | Cameo səsləndirmə | [33] | |
Qırmızı bildiriş | Red Notice | Con Hartli | Həmçinin prodüser | ||
2022 | DC Liqa super ev heyvanları | DC League of Super-Pets | Kripto | Səsləndirmə; həmçinin prodüser | |
Qara Adam | Black Adam | Qara Adam | Həmçinin prodüser | [34] | |
2023 | Forsaj 10 | Fast X | Lyuk Hobbs | Cameo | [35] |
Bir vaxtlar studiya | Once Upon a Studio | Maui | Səsləndirmə; qısa film | ||
2024 | Red One | Red One † | Kallum Drift | Postistehsal | [36] |
Moana 2 | Moana 2 † | Maui | Səsləndirmə, postistehsal |
İl | Azərbaycan dilində adı | Orijinal adı | Rol | Qeyd | İst. |
---|---|---|---|---|---|
1999 | 70-ci illərin şousu | That '70s Show | Roki Conson | Epizod: "That Wrestling Show" | |
Şəbəkə | The Net | Brodi | Epizod: "Last Man Standing" | ||
2000 | Ulduz yolu: Səyahətçi | Star Trek: Voyager | Çempion | Epizod: "Tsunkatse" | |
2000–2017 | Saturday Night Live | Saturday Night Live | Özü | Ev sahibi; 5 epizod | |
2007 | Kori evdə | Cory in the House | Özü | Epizod: "Never the Dwayne Shall Meet" | |
Hanna Montana | Hannah Montana | Özü | Epizod: "Don't Stop Til You Get the Phone" | ||
2009 | Veyverli Pleysli sehrbazlar | Wizards of Waverly Place | Özü | Epizod: "Art Teacher" | |
Kids’ Choice Awards (2009) | 2009 Kids' Choice Awards | Özü | Ev sahibi; TV xüsusi | ||
2010 | Qriffinlər | Family Guy | Özü | Epizod: "Big Man on Hippocampus" | |
Transformerlər: Praym | Transformers: Prime | Kliffcamper | Səsləndirmə; epizod: "Darkness Rising, Part 1" | [37] | |
2013 | Qəhrəman | The Hero | Özü | Ev sahibi; həmçinin icraçı prodüser | |
2014–2015 | Wake Up Call | Wake Up Call | Özü | Ev sahibi; həmçinin yaradıcı və icraçı prodüser | |
2015 | Lip Sync Battle | Lip Sync Battle | Özü | Epizod: "Dwayne Johnson vs. Jimmy Fallon" | |
2015–2019 | Oyunçular | Ballers | Spenser Strasmor | 47 epizod; həmçinin icraçı prodüser | |
2016 | MTV Movie Awards (2016) | 2016 MTV Movie Awards | Özü | Ortaq ev sahibi; TV xüsusi | |
2017 | Həyat xətti | Lifeline | Özü | Epizod: "In 33 Days You’ll Die"; həmçinin icraçı prodüser | [38] |
2019–2020 | Titan oyunları | The Titan Games | Özü | Ev sahibi; həmçinin yaradıcı və icraçı prodüser | |
2021–2023 | Gənc Qaya | Young Rock | Dueyn Conson | Təqdimatçı; həmçinin yaradıcı və icraçı prodüser | [39] |
2021 | Attraksionun arxasında | Behind the Attraction | Özü | Epizod: "Jungle Cruise"; həmçinin icraçı prodüser | [40] |
Digər video oyunlar | |||
---|---|---|---|
İl | Başlıq | Səsləndirmə | İst. |
2002 | The Scorpion King: Rise of the Akkadian | Matayus (Əqrəb kral) | [41] |
2006 | SpyHunter: Nowhere to Run | Aleks Dekker | [42] |
2021-ci ildən | Fortnite Battle Royale | The Foundation | [43] |
İl | Başlıq | Müğənni(lər) | Rol | Qeyd | İst. |
---|---|---|---|---|---|
2000 | "Know Your Role" | Method Man | Özü | ||
"It Doesn't Matter" | Vayklef Jan | Özü | |||
2011 | "Dwayne "The Rock" Johnson WWE Entrance Video" | Cim Conson | Özü | ||
2016 | "You're Welcome (From "Moana")" | Özü | Maui | ||
2017 | "Jumanji, Jumanji" | Nik Conas və Cek Blek | |||
2020 | "The Man" | Teylor Svift | Tayler Svift | Səs; cameo | [44] |
2021 | "Face Off" | Tech N9ne, Co Kul, King Iso və özü | Özü | [45] |
Dueyn Conson — IMDb səhifəsi