"Qriffinlər" ideyası Makfarleynin ağlına hələ kollecdə oxuyarkən gəlib, amma onun reallaşdırmasına özünün ilk animasiya layihələri olan — "Larrinin həyatı" və "Larri və Stiv" üzərində işlədikdən sonra başlayıb. O, bu filmlərin əsas personajlarını, Larri və onun iti Stivi, müvafiq olaraq Piter və Brayana dəyişib. Makfarleyn 15 may1998-ci ildə yeddidəqiqəlik pilot seriya çəkərək, öz ideyasını Fox telekanalının rəhbərlərinə təqdim edib, onlar layihəyə “yaşıl işıq” veriblər və beləcə serialın istehsalına başlanılıb. 2002-ci ildə, üç mövsüm nümayiş olunduqdan sonra serialın yayımını dayandırıblar. Lakin "Qriffinlər"in DVD buraxılışlarının yaxşı satışı və Adult Swim-də yüksək reytinqlər göstərməsi, 2004-cü ildə rəhbərliyi şounun yayımını bərpa etməyə vadar edib.
Serial 24 dəfə Praym-Taym "Emmi" mükafatına namizəd olub (yeddi dəfə qalib gəlib). Şou 2009-cu ildə "Ən yaxşı komediya serialı" nominasiyasında mükafata namizəd olmuş və bununla da "Daş dövrü"(1961-ci ildə namizəd olub) cizgi filmindən sonra bu nominasiyasında mükafata namizəd olmuş ikinci animasiya layihəsi olmuşdur. Qriffinlər 13 dəfə "Enni mükafatı"na (üç dəfə qalib gəlib) namizəd göstərilib. Serial dəfələrlə kult serial adını qazanıb.[5][6][7] Serial eyni zamanda "Simpsonlar"la oxşarlığına görə tez-tez tənqidlərə məruz qalır.
Serialın uğur dalğasında Mezco Toys şirkətinin oyuncaq seriyası, "HarperCollins" nəşriyyatının çap etdiyi altı kitab, komikslər, DVD və Blu-ray buraxılışları, videooyunlar və pinbol avtomatı da daxil olmaqla, bir çox əlaqədar məhsullar istehsal olunmuşdur (2007). 2011-ci ildə "Qriffinlər"in tammetrajlı versiyası üzərində iş aparılması barədə məlumat təsdiq olunmuşdur. 27 sentyabr2009-cu ildə "Qriffinlər"in spin-offu olan "Klivlend şou"nun premyerası keçirilib.
"Qriffinlər" ideyası Makfarleynin ağlına 1995-ci ildə, Providens şəhərində yerləşən Rod-Aylend dizayn məktəbində oxuyarkən gəlib. Onun diplom işi "Larrinin həyatı" adlı qısametrajlı animasiya filmi olub.[9] Cizgi filmi animasiya studiyasının rəhbərlərinə müsbət təsir bağışladı və onlar Makfarleynə iş təklif etdilər.[10] O, 1997-ci ildə Larri adlı orta yaşlı kişi ilə onun intellektual iti Stiv arasında olan münasibətləri göstərən "Larri və Stiv" adlı diplom işinin sikvelini çəkib. Sikvel 5 fevral1997-ci ildə Cartoon Network kabel televiziyası kanalında yayımlanan, What-a-Cartoon animasiya şousunun hissəsi kimi göstərilmişdir.[11] Həmin vaxt Makfarleynin 23 yaşı var idi.[11]"Larri və Stiv" cizgi filmi, Superboul yayımının reklam blokunun nümayişi zamanı 20th Century Fox şirkətinin rəhbərlərinin diqqətini cəlb etdi və onlar Makfarleynə "Larri və Stiv" cizgi filminin baş qəhrəmanları əsasında yeni serial yaratmağı təklif etdilər.[12] Onlar Makfarleynə serialın təqdimatının yaradılması üçün 50 000 dollar vəsait ayırdılar. Makfarleyn evdə altı ay işlədikdən sonra "Qriffinlər"in hazır layihəsini onlara təqdim etdi.[13]
Yeni serial yuxarıda qeyd olunan qısametrajlı animasiya filmlərinin bəzi xüsusiyyətlərini özünə götürüb.[14] Xüsusilə, Larri və Stiv müvafiq olaraq, Piter və Brayan Qriffinlər üçün prototip idilər.[8] Makfarleyn zarafatla qeyd edirdi ki, “Larrinin həyatı” və “Qriffinlər”in arasındakı fərq ondan ibarətdir ki, birincinin premyerası tələbə yataqxanasının otağında, ikincinin təqdimatı isə Superboul oyununun nümayişindən sonra həyata keçmişdi. Makfarleyn "Simpsonlar", "Ailədəki hər kəs" və "Larri Sandersin şousu" kimi sitkomlardan öz yaradıcılığı üçün ilham aldığını söyləyib.[15] O, həmçinin uşaqlıqda baxdığı — "Fonts və dəstə", "Xoşbəxt günlər", "Rubik — qəribə kubik" kimi 1980-ci illərdə yayımlanan şənbə günü səhəri cizgi filmlərinin onda xoş təəssüratlar yaratmadığını bildirib.[16]
Başlanğıcda layihəni Ağılsız televiziyasketç şousu üçün qısametrajlı seriyalar şəklində buraxmaq planlaşdırılırdı. Amma planlar dəyişib: Ağılsız televiziya serialının cizgi filmi istehsalı üçün kifayət qədər büdcə vəsaiti yox idi.[17] Makfarleyn "Qriffinlər"i Fox telekanalının rəhbərlərinə ilk dəfə 15 may1998-ci ildə nümayiş etdirib.[18] Cizgi filminin yeddi dəqiqlik demo versiyası kanal rəhbərlərini heyran edib.[19] Makfarleyn Fox televiziyasının ayrıca serial buraxmağa hazır olması barədə məlumatı ilk dəfə, internetdə teleşirkətin "Qriffinlər"in 13 seriyasını alması haqda oxumuş anasından öyrəndiyini etiraf edib.[17]
Animasiya əllə çəkildiyindən, bir seriyanın yaradılmasına təxminən 10 ay vaxt gedir. Buna görə də şou, bir seriyasının yaradılmasına təxminən üç həftə vaxt sərf olunan "Cənubi Park"dan fərqli olaraq, nadir hallarda dünyada baş vermiş son hadisələri özündə əks etdirir.[41] Makfarleynin birlikdə işləməli olduğu ilk ssenari müəllifləri, əvvəllər heç vaxt animasiya şousu üçün ssenari yazmamışdılar: buna qədər onlar yalnız oyun sitkomlarının yaradılmasında iştirak etmişdilər.[42]
Makfarleyn köhnə dramatik radio tamaşaların "böyük pərəstişkarı" olduğunu bildirib. Hər bir ayrıca buraxılışı "qorxunc" ad altında çıxan, 1940-cı illərin çoxseriyalı radio tamaşası olan "Saspens" belə tamaşalardan biri idi. Məhz bu radio tamaşa Makfarleyni "Ölümündə kölgəsi var" və "Ağıl qətldən üstündür" seriyalarına süjetlə heç bir əlaqəsi olmayan adlar qoymağa ruhlandırıb. İlk dörd seriyadan sonra belə adlandırmalardan imtina edilib. Ssenari müəlliflərinin serial üzərində işlədikləri ilk aylarda ayrıca kabinetləri olmadığından, onlar, "Dağ hökmdarı" yaradıcılarının komandasının yerləşdiyi ofisdə işləməyə məcbur idilər.[43]
2007—2008-ci illərdə ABŞ ssenaristlər gildiyasınıntətili zamanı Fox telekanalı Makfarleynin yekun razılığı olmadan seriyaların buraxılışını davam edirdi. Makfarleyn "Variety" jurnalına müsahibəsində studiyanın bu hərəkətini bərk tənqid etmişdir. Amma hüquqi baxımdan şirkətin Makfarleyn olmadan da serial üzərində işləmək hüququ var idi.[44] Studiya Makfarleynin iştirakı olmadan iki seriya buraxıb.[45] Tətil 12 fevral2008-ci ildə başa çatıb.[46]
"Qriffinlər"in "Ölümündə kölgəsi var" adlı ilk seriyasının premyerası, Superboul XXXIII yayımından dərhal sonra, 31 yanvar1999-cu ildə keçirilib. 22 milyon tamaşaçı tərəfindən izlənilən ilk seriya, böyüklər üçün nəzərdə tutulmuş səhnələrin çoxluğu səbəbindən mübahisələr doğurmuşdur.[47]"Mən heç vaxt bu ölünü görməmişəm" adlı ikinci seriyasının premyerası isə, 11 aprel1999-cu ildə, yerli vaxtla saat 20:30-da keçirilmişdir.[19] İlk mövsümün sonunda "Qriffinlər" 12.8 milyonluq tamaşaçı auditoriyası ilə Nilsen reytinqində 33-cü yerdə qərarlaşdı.[48] İkinci mövsüm isə 23 sentyabr1999-cu ildə, yeni taymslotda – cümə axşamı, saat 21:00-da efirə çıxmışdır. "Qriffinlər"NBC telekanalında yayımlanan "Freyzer" teleserialı ilə rəqabət aparırdı, bu səbəbdən onların reytinqi xeyli azalmışdı.[19] Şou üç aylıq fasilədən sonra, 7 mart2000-ci ildə yeni taymslotda – çərşənbə axşamı, saat 20:30-da ekranlara qayıdıb. Serial ABC kanalında yayımlanan və Nilsen reytinqinin hazırladığı siyahıda ilk üç yeri tutan "Dövlətli olmaq istərdinmi?" intellektual oyunu ilə rəqabət aparmağa məcbur oldu.[19] "Qriffinlər" 6.32 milyon nəfərlik auditoriya ilə həmin siyahıda yalnız 114-cü yeri tuta bilmişdi.[49]
"Qriffinlər"in ikinci və üçüncü mövsüm ərzində müxtəlif günlərdə və taymslotlarda efirə çıxması onun reytinqinin daha da aşağı düşməsinə səbəb oldu.[50]15 may2002-ci də Fox telekanalı payızda yayımlayacağı verilişlərinin proqramını elan etdi. "Qriffinlər"in adı bu proqramların arasında yox idi. Həmin il serial rəsmən ləğv olundu.[51]
Fox şounun təkrar yayım hüququnu satmağa cəhd edirdi, ancaq bunda maraqlı olan telekanalları tapmaq çətin idi. Sonda yayım hüququnu Cartoon Network kanalı alıb. 20th Century Fox televiziyasının prezidentinin sözlərinə görə kanal yayım hüququnu "demək olar ki, pulsuz" əldə edib.[52]"Qriffinlər"in təkrar yayımının premyerası 20 aprel2003-cü ildə Adult Swim-in gecə blokunda keçirilmişdir. Serial öz auditoriyasını 239% artırmış və blokda ən uğurlu olmuşdur.[19][53] Bir az əvvəl, həmin il aprelin 15-də Fox serialın ilk 28 seriyasından ibarət DVD buraxmışdır. Şou mədəni fenomen olub: bir aydan da az bir müddət ərzində təxminən 400 000 nüsxəsi satılıb.[19] Tezliklə satılan DVD sayının həcmi 2,2 milyon nüsxəyə çatıb.[54]"Qriffinlər"Comedy Central kabel televiziyası kanalında yayımlanan "Şapellin şousu"sketçinin ilk mövsümündən sonra, tarixdə DVD-si ən çox satılan ikinci televiziya şousu olub.[55] Cizgi serialı bundan əlavə, 2003-cü ildə DVD-si ən çox satılmış televiziya şousu olub.[56]"Qriffinlər"in DVD buraxılışlarının yaxşı satışını və Adult Swim-də yüksək reytinqlər göstərməsini nəzərə alan Fox telekanalının rəhbərliyi şounun yayımını bərpa etmək barədə qərar qəbul edib.[57]2003-cü ilin noyabr ayında teleşirkətin serialın 35 yeni seriyasını buraxmağı planlaşdırdığı məlum oldu.[58]
Makfarleyn üç illik fasilənin əlverişli olması qənaətinə gəlmişdi. Çünki animasiya şousu, adətən, fasiləsiz olaraq yayımlanırdı. Mövsümün sonunda tamaşaçılar seks və cismani funksiyalarla bağlı zarafatları izləyirdilər. Bütün bunlar isə yaradıcı heyətin yorğunluğundan və “beyin əngəlindən” xəbər verirdi. Makfarleyn yaradıcı heyətin şounu və onun personajlarını şou bağlanana qədər necə idisə, o cür də saxlamağa çalışdığını bildirib.[59]1 may2005-ci ildə yayımlanan "Şimali Kuahoq üzərindən şimala", "Qriffinlər"in nümayişinin bərpasından sonra efirə çıxan ilk seriya olub. Seriyanın ssenari müəllifi Makfarleyn rejissoru isə Piter Şin olmuşdur.[60] Bərpa olunmuş serialın ilk seriyası 11.85 milyon tamaşaçı tərəfindən izlənilib.[61]
13 iyun2002-ci ildə rusiyalı vəkil İqor Smıkov, "Simpsonlar" və "Qriffinlər" cizgi seriallarının homoseksuallıq, zorakılıq və qəddarlıq təbliğ etdiyini əsas gətirərək onların uşaq saatlarında yayımının dayandırılması tələbi ilə məhkəmədə "REN TV" kanalına qarşı iddia qaldırıb.[62][63] O, həmçinin 50 000 rubl (sonda məbləğ 300 minə qədər artırılıb) həcmində kompensasiya tələb edib. Smıkov iddia edirdi ki, onun altı yaşlı oğlu "Qriffinlər"ə baxdıqdan sonra ondan kokainin nə olduğunu soruşub. Təxminən üç il sonra, 2005-ci ilin aprelində Moskvanın Xamovniki rayon məhkəməsi İqor Smıkovun iddiasını rədd edib. Məhkəmə prosesinin iştirakçıları Smıkovun özünün iştirak etmədiyi dinləmələr zamanı "Qriffinlər"in "Əgər yalan danışıramsa, ölərəm" adlı seriyasına baxıblar. Məhkəmə prosesinin bəzi iştirakçıları seriyaya baxış zamanı gülürdülər.[64]
2007-ci ilin martında amerikalı aktrisa Kerol Börnett, onun icazəsi olmadan "Kerol Börnett şou"dakı eksklüziv adı və xidmətçi obrazını istifadə etdiyinə görə, 20th Century Fox şirkətini məhkəməyə verib. O, həmçinin "Qriffinlər"də onun şousuna aid musiqinin dəyişdirilmiş versiyasının istifadə edildiyini iddia edirdi. Aktrisa kompensasiya qismində 2 milyon dollar tələb edib.[65][66][67]4 iyun2007-ci ildə iddia rədd edilib.[68]
3 oktyabr2007-ci ildə ABŞ-nin Bourne Co. Music Publishers şirkəti "Qriffinlər"in üçüncü mövsümünün "Sən nə vaxt Vaynşteyn olmaq istəsən" adlı seriyasında istifadə olunmuş "I Need a Jew" mahnısının, onlara məxsus olan "When You Wish upon a Star" mahnısına parodiya olduğunu iddia edib.[69][70] Şirkət 20th Century Fox, Fox Broadcasting Company, Cartoon Network, Set Makfarleyn və Uolter Мörfini müəllif hüquqlarını pozmaqda ittiham edərək, məhkəməyə verib. Şirkət serialın nümayişinin dayandırılmasını və təyin olunmamış məbləğdə dəymiş ziyanın ödənilməsini tələb edib.[71] Birləşmiş Ştatların Dairə Məhkəməsinin hakimi Debora Betts, 2009-cu il martın 16-da, "Qriffinlər"də istifadə olunmuş mahnının heç bir müəllif hüquqlarını pozmadığını qərara alıb.[72]
5 dekabr2007-ci ildə amerikalı gülüş ustası Art Metrano müəllif hüquqlarının pozulması ittihamı ilə məhkəmədə "Qriffinlər" serialına qarşı iddia qaldırdı və 2 milyon dollar həcmində kompensasiya tələb etdi. Onun fikrincə, hüquqlar Metranonun səhnədəki nömrəsinə bənzəyən — İsanın sehrli-məzhəkəli nömrəsi pozmuşdu.[73] İddiada 20th Century Fox, Makfarleyn, Kallaqan və Borşteyn təqsirləndirilirdilər.[74] Bu məsələ 2010-cu ildə aşkarsızlıq şərtləri və qeyri-mühakimə yolu ilə nizama salındı.[75]
Set Makfarleyn serialın üç əsas qəhrəmanını səsləndirir: Piter Qriffini, Brayan Qriffini və Styui Qriffini.[76] Makfarleyn Rod-Aylend dizayn məktəbində oxuduğu zaman bir mühafizəçinin danışığını eşitmiş, həmin söhbətdən ilhamlanaraq, onu nümunə götürmüş və bunun nəticəsində Piterin səsi meydana gəlmişdir.[57] Styuinin səsi ingilis aktyor Reks Harrisonun[77] — "Mənim gözəl xanımım" filmindəki danışıq tərzinə əsaslanıb.[78] Makfarleyn həmçinin, Qriffinlərin qonşusu Qlenn Kuaqmayr,[76] xəbərlər verilişinin aparıcısı Tom Taker,[79] və Loisin atası Karter Pyuterşmidt[80] kimi bəzi epizodik[81] və ikinci dərəcəli personajları da səsləndirir. Brayan roluna keçirilən dinləmələrdə, amerikalı aktyor və ssenari müəllifi Vilyam Meysinin də iştirak etdiyi məlumdur.[82]
Aleks Borşteyn — Piterin arvadı Lois Qriffini, Asiyalı müxbir Trisiya Takanavanı, Loretta Braunu və Loisin anası Barbara Pyuterşmidti səsləndirir.[83] Borşteyn MADtv şousunda işlədiyi zaman ona pilot seriyanı səsləndirməyi təklif etdilər. O, eyni zamanda Los-Ancelesdə səhnə tamaşasında kürən saçlı ana rolunda çıxış edirdi. Bu rolda o, öz əmisiqızının səsini yamsılayırdı. Aktrisa eyni səslə həm də Loisi səsləndirir.[83][84] Məlumdur ki, Borşteyn serialın dördüncü və beşinci mövsümlərinin baş prodüseri olub.[85]
Set Qrin — Neyl Qoldmanı və Kris Qriffini səsləndirir.[81][86] Qrin dinləmələr zamanı "Quzuların səssizliyi" filmindəki Buffalo Bilin səsiylə danışdığını bildirib.[87][88]
Leysi Çebert 1999-cu ildən 2000-ci ilədək Meq Qriffini səsləndirirdi. 2000-ci ildən bu personajı Mila Kunis səsləndirir.[81] Məlumdur ki, pilot seriyada Меqi Set Makfarleynin bacısı Reyçel Makfarleyn səsləndirib. Serialın dördüncü mövsümünün "Məni dəyişməyə çalışmayın" adlı seriyasında, mahnı oxuyan Meqi səsləndirməsi üçün xüsusi olaraq, Tara Stronq dəvət edilmişdi.[89]
Mayk Henri — Klivlend Braunu, Kiçik Klivlend Braunu, Herberti və digər ikinci dərəcəli personajları səsləndirir.[90][91] Henri Makfarleynlə hələ Rod-Aylend dizayn məktəbində oxuduğu zaman tanış olmuşdu. Onlar təhsillərini bitirdikdən sonra da əlaqə saxlamağa davam ediblər. Bir neçə ildən sonra Makfarleyn Henri ilə əlaqə yaratmış və onu şounun bir hissəsi olmağa dəvət etmişdi; o səsləndirmə aktyoru və ssenari müəllifi olmağa razılaşdı. Şounun ilk dörd mövsümü ərzində o, qonaq aktyor kimi təqdim olunurdu, ancaq beşinci mövsümdən başlayaraq, onu əsas aktyor heyətinin üzvü kimi təqdim edirlər.[91]
Piter Qriffin, Styui Qriffin, Brayan Qriffin, Qlenn Kuaqmayr, Tom Taker, Karter Pyuterşmidt və digərləri
Lois Qriffin, Loretta Braun, Barbara Pyuterşmidt, Trişa Takanava və digərləri
Kris Qriffin, Neyl Qoldman və digərləri
Meq Qriffin
Klivlend Braun, Kiçik Klivlend Braun, Herbert və digərləri
Co Suonson
Cari aktyor heyətinin digər üzvləri: Adam Vest mer Adam Vesti;[92] Cennifer Tilli Bonni Suonsonu;[93] Conni Brennan Mort Qoldmanı; Karlos Alazraki Conatan Uidi;[94][95] Adam Karolla və Norm Makdonald Ölümü;[96] Lori Alan Diana Simonsu;[97]Fil LaMarr isə Olli Vilyams ilə Hakimi səsləndirir.[98] Animator Butç Hartman[99] və amerikalı aktrisa Aleksandra Brekenric bir çox epizodik, ssenari müəllifi Denni Smit isə nəhəng cücə Erni kimi müxtəlif ikinci dərəcəli personajları səsləndirir.[100]
Çox zaman müxtəlif personajların səsləndirilməsi üçün qonaq aktyor qismində məşhurlar dəvət olunur. Onlar əsasən özlərini səsləndirirlər. "Ağıl qətldən üstündür" adlı birinci mövsümün dördüncü seriyasında qonaq aktyor qismində çəkilmiş amerikalı aktrisa və müğənni Lesli Aqqams, serialın tarixində özünü səsləndirmiş ilk məşhur olmuşdur.[101]"Bütün itlər cənnətə düşmürlər" adlı yeddinci mövsümün on birinci seriyasında qonaq aktyor qismində "Ulduz yolu: Növbəti nəsil" serialının — Patrik Stüart, Conatan Freyks, Brent Spayner, Levar Barton, Qeyts Makfadden, Maykl Dorn, Uil Uinton, Marina Sirtis və Denis Krosbidən ibarət aktyor heyəti iştirak etmişdir. Bu seriya Qriffinlərin yeddinci mövsüm ərzində ən çox qonaq aktyor dəvət olunduğu seriyadır.[102][103]
Set Makfarleyn"Qriffinlər"in icraçı prodüseri və məsləhətçisidir. O, layihənin mövcud olduğu müddətdən bu günədək bu vəzifələrdə çalışır. Şounun ilk icraçı prodüserləri Devid Sukerman,[104] Loli Aries, Devid Pritçard və Mayk Volf idi.[105] Sitkomun yaradılmasında müxtəlif vaxtlarda Deniel Palladino, Kara Vallou və Denni Smit kimi icraçı prodüserlər iştirak edib. Serialın icraçı prodüserlərindən biri olan Devid Qudman, layihəyə üçüncü mövsüm üzərində iş gedən zaman prodüser köməkçisi qismində qoşulmuşdur.[106]Loisi səsləndirən Aleks Borşteyn serialın dördüncü və beşinci mövsümü ərzində icraçı və baş prodüser vəzifələrində çalışıb.[107]
Serialın süjeti Rod-Aylend ləhcəsilə danışan işçi sinifinə aid yöndəmsiz irland-amerikan əsilli katolik olan[108] Piter Qriffinin ailəsinin ətrafında fırlanır. Piter varlı Pyuterşmidt ailəsindən olan və Yeni İngiltərə ləhcəsilə danışan evdar qadın və musiqi müəlliməsi olan Loislə evlidir.[109] Piter və Loisin üç uşağı var: oxuduğu məktəbdə cəmiyyətlə ayaqlaşa bilməyən və elə çox vaxt öz ailəsi tərəfindən ələ salınan yeniyetmə qız Meq; artıq çəkisi olan, xarakteri və əməlləri ilə bir çox cəhətdən atasına oxşayan yeniyetmə oğlan Kris, və qeyri-ənənəvi cinsi mənsubiyyətli və böyüklərə xas ədalı balaca yaramaz Styui. Qriffinlər ilə birlikdə martini içən, danışa bilən, lakin bunlarla yanaşı heyvana xas vərdişləri də özündə saxlayan insanabənzər köpək Brayan da yaşayır.[110]
Qriffinlər ailəsi ilə yanaşı, animasiya serialında başqa personajlar da var. Bu personajlara ailənin qonşuları aiddir: seks manyakı, təyyarə pilotu, subay yaşayan Qlenn Kuaqmayr; afroamerikalı qastronom sahibi Klivlend Braun və həyat yoldaşı Loretta (daha sonra Donna Tabbs); paraplegik polis məmuru Co Suonson, həyat yoldaşı Bonni Suonson və onun körpə qızı Susi Suanson; nevrotik yəhudi əczaçı Mort Qoldman, həyat yoldaşı Muriel Qoldman və onların zəhlətökən uşağı Nil; böyük uşaq təcavüzkarı Herbert. Televiziya xəbərləri aparıcıları Tom Taker və Diana Simmons, asiyalı müxbir Trisiya Takanava və Blaccu-Weathermeteoroloqu Olli Vilyams da tez-tez görünən personajlardandır. Aktyorlar Adam Uest və Ceyms Vuds müxtəlif seriyalarda qonaq personaj qismində çıxış edirlər.
Serialdakı əsas hadisələr Rod-Aylend ştanın Providens dairəsinin Kuahoq adlı uydurma şəhərətrafı qəsəbəsində cərəyan edir. Makfarleynin təhsil aldığı Rod-Aylend dizayn məktəbi Providensdə yerləşir. Məhz bu amil Qriffinlərin yaşayış yerinin seçiminə təsir göstərib. Serialda real həyatda da Providensdə mövcud olan bəzi binaları görmək olar.[111][112] Makfarleyn şouda tez-tez Rod-Aylendin Potaket kimi real yer adlarından və Baddi Çiançi kimi tanınmış şəxslərindən istifadə edir. Makfarleyn Rod-Aylendin yerli 64 telekanalına verdiyi müsahibəsində bildirib ki, Kuahoq şəhərinin modeli Rod-Aylend ştatında yerləşən Kranston şəhəri əsasında hazırlanmışdır.[113]
Serialın yumorunun böyük bir hissəsini çox vaxt ümumi süjetlə heç bir əlaqəsi olmayan — siyasət, köləlik, əlillik, feminizm, piylənmə, din, pedofiliya və sair kimi müxtəlif həssas və mübahisəli mövzularda edilən zarafatlar təşkil edir.[114][115][116][117] Serialda tez-tez məşhurlarla bağlı edilən zarafatlara da rast gəlmək olar.[117] Sitkomun bəzi personajlarının özünəməxsus cümlə və ifadələri vardır. Məsələn, Kuaqmayrın "Giggity giggity goo!"su və ya Piterin "Holy crap!"ı kimi.[118]
"Qriffinlər"də özünə istehza da var. Buna misal olaraq, "Fox Broadcasting Company" haqqında edilən zarafatları və personajların "dördüncü divar"ı qıraraq, tamaşaçılara müraciət etmələrini göstərmək olar. 2005-ci ildə "Qriffinlər"in nümayişinin bərpasından sonra efirə çıxan ilk seriyada ("Şimali Kuahoq üzərindən şimala"), Piter, "Qriffinlər"in yayımının dayandırılması zamanı kanalın onların əvəzinə başqa şouları yayımlamasını lağa qoyur.[119][120][121]
"...Yol" — baş rollarında Binq Krosbi və Bob Houplinin çəkildiyi "...Yol" filmlər seriyasına parodiya olaraq çəkilmiş xüsusi seriyalar silsiləsidir.[122][123][124][125] Bu seriyaların əsas personajları, süjetə görə, Kuahoqdakı evlərindən çox uzaqda olan xarici dövlətlərə, elmi-fantastik və ya fövqəltəbii yerlərə düşən Brayan və Styuidir. Silsilə musiqi nömrələri ilə də məşhurdur.[126][127] Silsilədən olan birinci seriya — "Rod-Aylendə yol", serialın ikinci mövsümünün bir hissəsi kimi, 30 may2000-ci ildə göstərilmişdir.[128] Silsilədən olan sonuncu seriya — "Hindistana yol", on dördüncü mövsümün bir hissəsi kimi, 22 may2016-cı ildə göstərilib.[129] Silsilə ümumilikdə səkkiz seriyadan ibarətdir.
"National Review" jurnalından Ketrin Seypp serialı "ədəbsiz, amma çox gülməli" adlandırıb.[130] "The New York Times" qəzetindən Kerin Ceyms Qriffinləri "dəhşətli dərəcədə satirik ailə" kimi qiymətləndirib.[131]2009-cu il aprelin 21-də serial həftəlik "The Sydney Morning Herald" qəzetinin versiyası üzrə "Həftənin şousu" adına layiq görülüb. Qəzet sitkomu həmçinin, "pop-mədəniyyətinin şedevri" adlandırıb.[132] "The Seattle Times" qəzetindən Freyzer Mur serialı "axmaq və zərərli" adlandırıb.[133] "The New Yorker" jurnalından Nensi Franklin bildirib ki, "serial ən yaxşı cizgi şoularından birinə çevrilib" və əlavə edib ki, " "Qriffinlər" keyfiyyət baxımından "Simpsonlar"ı üstələyib".[134] Şou 2009-cu ildə Hulu saytında ən məşhur axtarış sorğuları siyahısında birinci yeri tutmuş, baxış sayına görə isə, "Saturday Night Live"dan sonra ikinci olmuşdur.[135]IGN saytının redaksiyası bəyan edib ki, yarım saat ərzində bu qədər gülüş yarada bilən başqa televiziya komediyası tanımırlar.[136]"Empire" jurnalının redaksiyası isə bildirib ki, serialı sevməklərinin səbəblərindən biri "orada hər mövzuda zarafatların edilməsi və müqəddəs heç nəyin olmamasıdır".[82]
Bəzi məşhurlar "Qriffinlər"in pərəstişkarları olduqlarını etiraf ediblər. Belə ki, amerikalı aktyor Robert Dauni (oğul) şounun yaradıcılarına zəng vurmuş və oğlunun bu serialın pərəstişkarı olduğunu bildirərək, seriyanın yaranma prosesində öz köməyini təklif etmişdi. Sonradan xüsusi olaraq, Dauni üçün personaj düşünülmüşdür.[137] Amerikalı aktyor Dueyn Conson"Böyük adam hippokampda" (8-ci mövsüm, 2010-cu il) adlı seriyadakı iştirakını şərh edərkən serialın "böyük pərəstişkarı" olduğunu deyib.[138]Rihanna[139] və Britni Spirs[140] də həmçinin şoununun pərəstişkarları hesab olunurlar. Amerikalı dizayner, teleaparıcı və yazıçı Loren KonradMakfarleynlə ilk dəfə serialın beşinci mövsümünün "Konrad, biz səni sevirik" adlı seriyasının səs yazılışı zamanı görüşüb.[141][142] Konrad uzun illərdi ki, "Qriffinlər"ə baxdığını və serialdakı ən sevimli personajının Styui olduğunu bildirib.[141]
Serial və onun yaradıcıları 24 dəfə Praym-Taym "Emmi" mükafatına namizəd olsalar da, yalnız 7 dəfə mükafatı qazana biliblər. Set Makfarleyn2000,[143]2016[144] və 2017-ci illərdə "Ən yaxşı səsləndirmə" nominasiyasında,[145]2002-ci ildə isə, Valter Mörfilə birlikdə "Ən yaxşı orijinal musiqi və söz" nominasiyasında mükafatın qalibi olub.[146]Qriffinlər2009-cu ildə "Ən yaxşı komediya serialı" nominasiyasında mükafata namizəd olmuş və bununla da "Daş dövrü"(1961-ci ildə namizəd olub) cizgi filmindən sonra bu nominasiyasında mükafata namizəd olmuş ikinci animasiya layihəsi olmuşdur.[117][147] Şou 13 dəfə "Enni mükafatı"na namizəd olub və 3 dəfə — 2006(iki nominasiyada) və 2008-ci illərdə mükafatın qalibi ola bilib.[148][149][150][151][152][153] Serial 2012-ci ildə "Vizual media üçün ən yaxşı mahnı" nominasiyasında "Qremmi mükafatı"na namizəd olub.[154]Qriffinlər "Yeniyetmə Seçimi" və "Xalqın Seçimi" mükafatları da daxil olmaqla bir çox başqa mükafatlara da namizəd göstərilmiş və qalib gəlmişdir.[155][156][157]2006-cı ildə Styui "Wizard" jurnalının dərc etdiyi "Bütün zamanların ən 100 yaramazı" siyahısında 95-ci yeri tutmuşdur.[158]2009-cu ildə Böyük Britaniyanın "The Times" qəzeti dərc etdiyi "Ən yaxşı 50 ABŞ televiziya şousu" siyahısında "Qriffinlər"i 45-ci yerə qoyub.[159]IGN"Qriffinlər"i "Ən yaxşı 100 cizgi serialı" siyahısında yeddinci, "Praym-taym zamanı yayımlanan ən yaxşı 25 cizgi serialı" siyahısında isə altıncı yerə layiq görüb.[136][160] Serial "Empire" jurnalının dərc etdiyi "Bütün zamanların ən möhtəşəm 50 teleşousu" siyahısında 12-ci yeri tutmuşdur.[82]2005-ci ildə Böyük Britaniyanın "Channel 4" kanalı tamaşaçı səsverməsi əsasında yaradılan "Ən möhtəşəm 100 cizgi filmi" reytinqini dərc edib. "Qriffinlər" bu reytinqdə beşinci yeri tutub.[161]2009-cu ildə Brayan yeddinci mövsümün "420" adlı seriyasındakı çıxışına görə, "High Times" jurnalı tərəfindən "İlin stouneri" mükafatına layiq görülmüş və bununla da bu mükafatı qazanmış ilk animasiya personajı olmuşdur.[162] "TV Guide" jurnalı "Qriffinlər"i 2007-ci ildə tərtib etdiyi "Bütün zamanların ən yaxşı 30 kult şousu" siyahısında on beşinci,[5]2013-cü ildə tərtib etdiyi "Bütün zamanların ən yaxşı 60 cizgi filmi" siyahısında isə doqquzuncu yerə layiq görüb.[163]
Serial müəyyən zamanlarda bəzi tənqidçilər tərəfindən mənfi rəylər almışdır. Belə ki, mühafizəkar ictimai təşkilat olan Parents Television Council (PTC), seriala premyerası olan gündən "hücum etmiş" və çox vaxt onun müxtəlif seriyalarını "Həftənin ən pis teleşousu" kimi qiymətləndirmişdir. PTC "Qriffinlər"i televiziyada yayımlanan "ən zərərli" teleşou hesab edir. Buna səbəb kimi isə sitkomun "cəmiyyətdə dözümsüzlüyün artmasına yardımçı olmasını"[164][165][166] və dini mənfi şəkildə təqdim etməsini göstərir.[167][168] PTC həmçinin "Qriffinlər"i 2000, 2005 və 2006-cı illərdə "Praym-taym zamanı ailə baxışı üçün yayımlanan ən pis şoular" siyahısına əlavə edib.[169][170][171] Sitkomun pis nüfuzuna görə, bəzi sponsorlar və reklamçılar onunla əməkdaşlıqdan imtina ediblər.[172][173] Serial həmçinin "Simpsonlar"la oxşarlığına görə də tənqidçilər tərəfindən mənfi rəylərə məruz qalır.[174][175]
Serial eyni zamanda bir neçə qalmaqalların obyekti olub. Belə ki, serialın birinci mövsümünün "Oğul da çəkir" adlı seriyasında Piterin söylədiyi ing."Canada sucks" kəlməsi Kanada teleauditoriyası arasında mübahisələrə səbəb olub.[176]2009-cu ildə isə Venesuela hakimiyyəti serialın marixuana istifadəsini təbliğ etdiyini əsas gətirərək, onun yerli televiziya ilə yayımına qadağa qoyub. Onlar arqument kimi Brayanın Kuahoqda narkotiklərin leqallaşdırılması üçün kampaniya apardığı yeddinci mövsümün "420" adlı seriyasını göstəriblər.[177][178] Səkkizinci mövsümün "Super-medium" adlı seriyasında Daun sindromundan əziyyət çəkən Elen adlı personaj anasının Alyaskanın sabiq qubernatoru olduğunu deyir. Bu isə, həqiqətən Alyaska ştatının qubernatoru olmuş və eyni zamanda bu sindromdan əziyyət çəkən[179] övladı olan Sara Peylin tərəfindən hiddətlə qarşılanıb.[180][181] Dördüncü mövsümün "Klivlend — Loretta Kuaqmayr" adlı seriyasında Piter və bərbərxana kvartetinin xəstəxana palatasında yatan xəstəyə QİÇS olması barədə xəbəri mahnı və rəqs formasında verməsi, QİÇS xəstələrinə yardım edən təşkilatların ciddi narazılığına səbəb olub.[182][183]
"Qriffinlər"Avstraliyada9 aprel1999-cu ildə Seven Network kanalında, 2000-ci ildə Fox8 kanalında və 27 sentyabr2010-cu ildə 7mate kanalında yayımlanmağa başlamışdır.[184] Serial Kanadada31 yanvar1999-cu ildə Global kanalında[185] və 1 sentyabr2003-cü ildə Teletoon kanalında debüt etmişdir. 2015-2016 mövsümündə serial City kanalına köçürülmüşdür.[186] Teletoon-la yanaşı, veriliş TVtropolis (hazırda DTour), Adult Swim (4 iyul2002-ci ildən) və FXX kanalları üçün sindikatlaşdırılmışdır. Veriliş həmçinin, Hindistanda Star World Premiere kanalı,[187] İrlandiyada 3e kanalı[188] və Yeni Zelandiyada Four kanalı vasitəsilə yayımlanır.[189]
Böyük Britaniyada"Qriffinlər"in premyerası 1999-cu ilin sentyabrında Channel 4 və Sky One kanallarında baş tutmuşdur. 2005-ci ilin yanvarında FX (hazırda Fox) verilişi yayımlamağa başlamışdır.[190]2005-ci ilin oktyabrında BBC Two[191] verilişi yayımlamağa başlamış, amma veriliş 2006-cı ilin sentyabrında BBC Three kanalına köçürülmüşdür.[192]2015-ci ilin martında "Qriffinlər"in 14-cü mövsümü və Makfarleynin digər bütün cizgi işləri ITV2 kanalına köçürüləcəyi və premyerasının 29 fevral2016-cı ildə baş tutacağı açıqlanmışdır.[193][194] Buna baxmayaraq, BBC 2017-ci ilə qədər köhnə seriyaların müəllif hüquqlarına sahib olmuşdur.[195][196]
2004-cü ildə Mezco Toyz şirkəti Qriffinlər ailəsinin üzvlərini əks etdirən oyuncaqlar seriyasını təqdim edib.[197] Növbəti iki il ərzində isə Piterin müxtəlif formalarından ibarət dörd yeni seriya təqdim olunub.[198]2008-ci ildə Piter Subway restoranlar şəbəkəsinin reklamında çəkilib.[199][200]ABŞ-nin "HarperCollins" nəşriyyatı 2005-2007-ci illər arasında cizgi serialına əsaslanan altı kitab buraxmışdır.[201]
26 aprel2005-ci ildə Geffen Records leyblı altında — "Family Guy: Live in Vegas" adlı saundtrek albomu buraxılıb. Alboma serialın personajlarının və bir neçə dəvət olunmuş qonaq aktyorların ifasında səslənən 14 trek daxil edilib.[211]
27 iyul2011-ci ildə "Titan Comics" nəşriyyatı "Qriffinlər" kainatına və personajlarına əsaslanan "Family Guy"komiksinin birinci nömrəsini çapdan çıxarmışdır. Komiksin redaktoru qismində Stiv Vayt, rəssamları qismində isə Entoni Vilyamsla S. L. Qellant çıxış edib.[212]
Fox Broadcasting Company "şouya olan marağı genişləndirmək üçün", 2004-cü il ərzində Family Guy Live! adlandırılan dörd tamaşa təşkil etmişdir. Bu tamaşalarda orijinal serialın aktyor heyəti köhnə seriyalardan olan səhnəcikləri oxuyurdular.[273] Aktyor heyəti, həmçinin, "Family Guy: Live in Vegas" albomundan mahnılar da ifa edib.[273]Family Guy Live!Nyu-York və Los-Anceles şəhərlərində nümayiş olunmuş və hər biri təxminən 1200 tamaşaçı tərəfindən izlənilmişdir.[274]
2009-cu ildə televiziyada Makfarleyn və Borşteynin serialda səslənmiş bir neçə mahnını ifa etdiyi "Family Guy Presents Seth & Alex's Almost Live Comedy Show" nümayiş etdirilib. Şouda həmçinin bir neçə yumoristik cizgi əlavələri də göstərilib.[275]
22 iyul2007-ci ildə Set Makfarleyn "The Holliwood Reporter" jurnalına müsahibəsində bildirib ki, serialın tammetrajlı versiyası üzərində işə başlaya bilər və hətta əlavə edib ki, bunun üçün uyğun ssenari axtarır. Makfarleyn "Qriffinlər dünyanı xilas edir" üslubunda film yaratmaq istəmədiyini söyləyib. O, həmçinin qeyd edib ki, rəsmi heç nə açıqlamır.[276]13 oktyabr2011-ci ildə "Qriffinlər" barədə filmin yaradılması haqqında sazişin imzalandığı məlum olub. Məlumata görə, ssenarist qismində Riki Blittlə birgə Makfarleynin özü çıxış edib.[277]
27 sentyabr2009-cu ildə yaradıcısı Set Makfarleyn, Mayk Henri və Riçard Eppel olan "Klivlend şou" animasiya serialının premyerası olmuşdur.[278] Onlar "Qriffinlər"in spin-offu olan bu layihə üzərində işə 2007-ci ildə başlayıblar.[279] Serialın süjeti "Qriffinlər"in ikinci dərəcəli personajı olan Klivlend Brauna və onun oğlu kiçik Klivlend Brauna əsaslanır.
19 may2013-cü ildə serialın sonuncu seriyası yayımlanıb. Şounun reytinqlərinin aşağı olması səbəbindən yayımı dayandırılıb.[280]
↑"Cavalcade Of Cartoons, No Joke: Animated Shows Make Up A Third Of The Midseason Replacements For Axed Fall Premieres". The Charlotte Observer (ingilis).
↑"Family funny business". Tribune Company (ingilis). Chicago Tribune.
↑Graham, Jefferson. "Fox revisits Family Guy". USA Today. Gannett Company.
↑Love, Brett. "Family Guy: Road to Rupert". TV Squad. America On Line. January 29, 2007. October 15, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 6, 2010. The FG team went back to familiar territory this week, bringing us another "Road to..." episode.
↑Moore, Frazier. "Return of the Family Guy". The Seattle Times (ingilis). The Seattle Times Company. 2008-07-04. 2012-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
↑Franklin, Nancy. "American Idiots". The New Yorker (ingilis). Condé Nast Publications. 2006-01-06. 2012-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-31.
Jeff Lenburg. Who's Who in Animated Cartoons: An International Guide to Film & Television's Award-Winning and Legendary Animators (Applause Theatre & Cinema Books). Nyu-York. 2006. ISBN978-1-55783-671-7.
Steve Callaghan. Family Guy: The Official Episode Guide, Seasons 1–3 (HarperCollins). Nyu-York. 2005. ISBN978-0-06-083305-3.