Duha dili

Duha diliMonqolustanın şimalında yaşayan Monqolustan əhalisini təşkil edən 24 tayfadan biri[2] olan duhaların danışdığı ana dildir. Duha tayfası həm də Monqolustandakı dörd türk tayfasından biridir. 2010-cu ilin məlumatlarına əsasən bu dilin əsas daşıyıcısı olan duhaların sayı cəmi 282 nəfər idi[3]. Amma bu dildə danışanlarının sayının təxminən 500 nəfər olduğu ehtimal edilir[1].

Duha dili
Orijinal adı тyъha тыл
Ölkə Monqolustan Monqolustan
Danışanların ümumi sayı 500[1]
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
türk dilləri
Ortaq türk dili
Sibir türk dilləri
Sayan dilləri
Tofalar dili
Duha dili
Dil kodları
Atlas of the World’s Languages in Danger 720
LINGUIST List 1hv
ELCat 3196
Glottolog dukh1234
Dilin daşıyıcılarının yayıldıqları ərazi

Duha dili türk dillərinin Sibir qolunun Sayan qrupuna aid olan tayqa altqrupuna mənsubdur[2].

Duha dilində əsas sözlərin əksəriyyəti türk kökənlidir. Məsələn, "gis" - "qız", "hün" - "gün", "utə-" - "uyu-", "per-" - "ver" və sair[2].

Duha dilində əsas saylar da türk kökənlidir və bunlardır: "pir" və ya "piree" - "bir", "ixə" - "iki", "üş" və ya "üüş" - "üç", "tört" və ya "töört" - "dört", "peş" və ya "peeş" - "beş", "altə" - "altı", "jetə" və ya "jeetə" - "yeddi", "ses" - "səkkiz", "tos" - "doqquz", "on" - "on", "jeer" və ya "jeersə" - "iyirmi", "üjon" və ya "üjön" və ya "üjen" - "otuz", "törton" və ya "törtön" və ya "törten" - "qırx", "pejon" və ya "pejön" və ya "pejen" - "əlli", "alton" və ya "altan" - "altmış", "jeton" və ya "jetön" və ya "jeten" - "yetmiş", "seson" və ya "sesen" - "səksən", "toson" və ya "tosan" - "doxsan", "jüs" - "yüz", "min" - "min", "saya" - "on min"[2].

Duha dilinə monqol dilindən də çox sayda alınma söz toplanıb.

Yox olma təhlükəsi

[redaktə | mənbəni redaktə et]

XX əsrin ikinci yarısından etibarən duha dilinə monqol dilinin təsiri daha aydın şəkildə görünməkdədir. Bunun da əsas səbəbi duhalı uşaqların monqol məktəblərində və monqol dilində tədris almasıdır. Demək olar ki, hazırda uşaqlar və gənc nəsil duha dilini bilmir. Duhalar yeni nəsillərin duha dili bilməməklərini məktəbdə monqol dilində təhsil almaqları ilə əsaslandırırlar[2].

Duha dilində indi yalnız yaşlı adamlar öz aralarında danışırlar və bu da yaşlı nəsil dünyanı tərk etdikdən sonra bu dili də öləcəyi ehtimalını və təhlükəsini yaradır. Ona görə də duha dili YUNESKO-nun yayımladığı təhlükə altında olan dillər atlasında "ciddi şəkildə təhlükə altında olan dil" kimi göstərilmişdir[4].

İnanc sisteminə təsiri

[redaktə | mənbəni redaktə et]

Duhalar şamanizmə tapınırlar[2]. Duha mədəniyyətində şamanizm duha dili ilə sıx surətdə bağlıdır. Duha şamanları ruhlarla duha dilində danışırlar. Onlar belə hesab edirlər ki, çağırdıqlar qüvvələr, ruhlar başqa dilləri bilmirlər. Ona görə də yeni nəsil duha dilini bilmədiyi üçün şamanlıq edə, ruhlarla anlaşa bilməzlər. Həm də hesab olunur ki, gənc nəsil dili bilmədikcə, öyrənmədikcə ayinlərdə deyilən dualar, xüsusi sözlər də işlədilmədiyi üçün unudulacaq[2].

  1. 1 2 Elisabetta Ragagnin (2011), Dukhan, a Turkic Variety of Northern Mongolia, Description and Analysis Arxivləşdirilib 2013-10-04 at the Wayback Machine, Harrassowitz Verlag, Wiesbaden
  2. 1 2 3 4 5 6 7 Şahnaz Kamalova. Türkdilli Duhalar – yox olmaq təhlükəsilə üz-üzə Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine. 525-ci qəzet. 8 fevral 2013, səh. 7  (az.)
  3. "Хүн Ам, Орон Сууцны 2010 Оны Улсын Тооллогын Үр Дүн" (PDF). 2013-10-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-25.
  4. "Endangered Languages of Indigenous Peoples of Siberia: The Soyot Language". 2014-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-25.