Dulixi

Dulixi ( q.yun. Δουλίχιον),[1] həm də Dolixa ( q.yun. Δολίχα) və ya Dolixe ( q.yun. Δολίχη ) — bir çox qədim müəlliflər tərəfindən şəhər, digərləri tərəfindən Yunanıstanın Akarnaniya regionu yaxınlığında, İoni dənizinin sahilində bir ada kimi qeyd olunan yer. "İliada"da, "Gəmilər kataloqu"nda qeyd edilmişdir ki, Fileyin oğlu Meget Dulixidən və dənizin o tayında, Elida ilə üzbəüz yerləşən Exinadlar adlandırdığı müqəddəs adalardan Troyaya 40 gəmi gətirmişdir.[1]

Başqa bir versiya budur ki, Dulixi Kefaloniya adasından təxminən 3 kilometr aralıda yerləşir, lakin zəlzələdən sonra batdığı bildirilir.[2]

  1. 1 2 Hom. Il. 2.625 Arxiv surəti 25 yanvar 2017 tarixindən Wayback Machine saytında
  2. Hazlitt, Classical Gazetteer, "Dulichium" Arxiv surəti 9 sentyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-09-09 at the Wayback Machine