Elida (q.yun. Ἦλις və ya Ηλεία, lat. Elis) — Yunanıstanda, Peloponnesin şimal-qərbində tarixi vilayət. Arxaik və klassik dövrlərdə ərazi Elida polisinin nəzarəti altında idi. Qədim dövrdə Elida ərazisində Olimpiya Oyunlarının keçirildiyi ümumyunan Olimpiya ziyarətgahı var idi.
Makedoniya və Roma dövründə Elida Peloponnesin şimal-qərb hissəsini əhatə edirdi. Cənubdan Neda çayı boyunca Messeniya ilə, şərqdə Erimantos çayı boyunca Arkadiya ilə, şimalda Laris çayı və Skillida silsiləsi boyunca Axeyya ilə və qərbdə İoni dənizi ilə həmsərhəd idi.[1]