Dum metal

Dum metal (ing. Doom metal) — olduqca ağır riflər və melodik vokal Heavy metalın 1980-cı ildə yaranan növü olan janr. Bu janr eyni ildə yaranan Speed metal-a qarşı cavab kimi yaranıb da demək olar. Mövzusu əsasən eşqə, hüznə, ölümə, din, duyğular, melanxoliya və həyata yönəlməkdədir.

İlkin yaranışı

[redaktə | mənbəni redaktə et]

Black Sabbath və Pentagram heavy metaldakı sürəti yavaşladaraq və mahnı sözlərinə daha çox qaranlıq, melanxoliya əlavə edərək bu növün yaranmasına başçılıq edən qruplardır. 1980-cı illərdən başlayaraq bu yeni növ Doom metal olaraq adlanmışdır.

1970-in sonundan 1980-in ortalarına qədər Trouble, Saint Vitus, Candlemass, Pentagram ve Witchfinder General kimi qruplar tərəfindən inkişaf etdirilən Doom metal özünəməxsus yeraltı 1 məşhurluq yaratsa da, bu illərdə metal musiqisində Thrash metal və Speed metal cərəyanı daha üzdə idi.

Cathedralin Forest of Equilibrium adlı albomun başçılığı ilə Solitude Aeturnus, Count Raven, The Obsessed, Penance, Sleep, Revelation, Confessor, The 3rd and the Mortal kimi qruplar doom metalı bugünkü vəziyyətinə çatdırdılar.1980-ci illərin sonlarında doom metal fərqli metal növlərindən ilhamlanaraq yeni alt növlərə bölünməyə başladı.

Bu alt növlərdən ən bilinəni şübhəsiz, Death metal riffləri və vokallarını Doom metal tərzinə çevirən Doom/Death metal`dır.Brutal/growling vokallar və death metal riflərinin istifadə olunduğu sürətli hissələr death/doom-un əsas xüsusiyyətlərindəndir.Disembowelment və Winter növü təmsil edən qruplardandır.

Bu alt növlərdən biri də Epic Doom dur. Epic Doom da çox ciddi bir klassik heavy təsiri vardır. Əsas xüsusiyyətlərindən , vokalistlərin təmiz, xora bənzər opera tərzi oxumaqlarıdır. Əsasən mifologiyadan yararlanmış, lakin digər mövzularda da, daha çox minor səslənən musiqi üslubu və kompozisiyaları ilə fərqlənir. Daha çox bilinənlərdən Candlemass *[1]

1990-cı illərdə daha da yavaşladılmış və ağır riflər əlavə olunmuş daha minimalist Funeral doom yarandı.Olduqca statik və təkrarlanan səslərin istifadə edilməsiylə meydana gəlmışdir.Bəzi mahnılarda sadəcə 10-15 dq drum və gitar riflərinin təkrarı ilə davam edir,vokal growllardan ibarət olsa da təmiz vokal da istifadə olunur.Əsas məqsədi isə qaranlıq bir atmasfera yaratmaqdır.Yaradıcı qruplar Thergothon, SkepticismFuneral’dır.Hazırkı aparıcı qruplar Esoteric, Mournful Congregation, Evoken, Ahab, Shape of Despair və Anlipnes-dir.

Drone Doom isə tamamilə Noise və Ambient təsirli və minimalist bir növdür. Olduqca statik və təkrarlanan səslərin istifadə edilməsiylə meydana gəlir, dinlənilməsi isə həddindən artıq çətin və yorucudur. Uzun mahnılar təkrar edən quruluşda ağır irəliləyir, vokallar əsasən dərindən qışqırıq tərzində olur və ya 30 dq-lik mahnı sadəcə musiqidən ibarət ola bilir(vokalsız). Musiqi boşluq hissi verir, ritm və tempdən məhrumdur.Təmsilciləri Sunn O))), EarthBoris’tir.

Black/Doom metal isə Doom metalı Black metal təsirləriylə görüşdürən həddindən artıq depressiv bir növdür. Black metal riffləri və vokalları istifadə edilir.Yaradıcısı Bethlehem qrupudur.Təmsilçiləri Forgotten Tomb, XasthurNortt.

Gothic doom,doom metala tam zidd olan romantizmin əsasında qurulmuşdur.Klassik doom metal alətərinə əlavə olaraq kəman istifadə olunur və qadin vokal üstünlük təşkil edir.Tərzin qabaqcıl təmsilcisi My Dying Bride ’dır. Funeral'ın son albomu From These Wounds, gothic doom-a əsl nümunədir.

Sludge doom, hardcore-un yavaşladılmış və qaranlıq aura daşıyan növü olaraq tanınır.Mahnı sözləri klassik doom-dan biraz fərqlidir.Əsas mövzular nifrət və heçlikdir.Cult of Luna, Eyehategod, CorruptedCrowbar vacib sludge doom gruplarındandır.

Başqa Doom metal tərzlərindən fərqli olaraq bu növ qəmli musiqidən çox uzaqdır.Dinləyiciləri və ifaçıları arasında narkotik istifadəsi olub olmadığı müzakirə mövzusu olsa da Stoner doom adı bir başa narkotiklə əlaqələndirilir.Əsas xüsusiyyətləri olan yavaşladılmış gitar rifləridir. Stoner metalin əsas təmsilçiləri;Priestess , Electric Wizard, Sleep, Acid King, Acrimony, Sons of Otis qruplarıdır. Azərbaycanda isə bu üslubun ilk nümayəndəsi Pyraweed qrupudur.

  • Bir çox məşhur qrupların tərzləri doom metal olaraq adlandırılır. Qəmli musiqi yaradan metal/rock qruplarının tərzləri çox vaxt doom metal kimi adlandırılsa da,bu qruplar doom metalın xarakteristik xüsusiyyətlərini daşımırlar.Dünyaca məşhur Anathema , Katatonia ve Paradise Lost kariyeralarına doom metalla başlasalar da məşhurlaşdıqdan sonra doom metalla "qəmli" musiqiləri xaricində heç bir əlaqələri yoxdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Doom metal qruplarının siyahısı