Duopoliya

Duopoliya (yun. δύο duo (iki) + yun. πωλεῖν polein (satmaq)) — oliqopoliyanın bir növü. Duopoliyada iki şirkət bazar üzərində dominant və ya müstəsna nəzarətə malik olur. Sadə quruluşuna görə, oliqopoliyanın ən çox tədqiq olunmuş növüdür. Duopoliyalar fərdi istehlakçının seçiminin şirkətə təsir göstərə bilmədiyi rəqabət bazarında istehlakçılara satışı həyata keçirir. Duopoliyalar və oliqopoliyaların müəyyənedici xüsusiyyəti odur ki, satıcıların verdiyi qərarlar bir-birindən asılıdır.

İqtisadiyyatda duopoliya modelləri

[redaktə | mənbəni redaktə et]

İki əsas duopoliya modeli mövcuddur:

  • Kurno modelində hər iki şirkət digərinin hasilatını təhmin edir və buna sabit bir miqdar kimi yanaşır. Buna əsaslanaraq, həmin şirkət öz istehsalını təşkil edir.
  • Bertran modelində isə şirkətlərin apardığı oyunda onların hər biri qiymət azalmasına cavab olaraq digər şirkətin qiymətləri dəyişməyəcəyini güman edir. Hər iki şirkət bu məntiqdən istifadə etdikdə Neş tarazlığına çatacaqlar.

Duopoliyanın xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Bazarda yalnız iki satıcının mövcud olması.
  • Müstəqillik: hər hansı bir şirkət qiymətdə dəyişiklik edərsə, rəqabətdə qalmaq üçün digər şirkətlər də ona uyğun olmalıdır.
  • Monopoliya elementlərinin mövcudluğu: Mallar arasında fərq çoxaldıqca, hər malın öz sadiq müştəriləri olduğuna görə şirkət daha çox monopolistləşir.

Bazar kimi siyasi sistem də iki partiya tərəfindən idarə edilə bilər. Bu zaman digər partiyalar və onların ideologiyaları sıxışdırılaraq sistemdən kənar edilir. Bu və ya digər partiya müəyyən müddətə hökumətə rəhbərlik edir (hakim partiya), digəri isə məhdud səlahiyyətlərə malik olur (müxalifət partiyası). Düverje qanununa görə, belə olmasına səbəb heç bir ikinci tur və ya alternativ səsvermə keçirilmədən "Qalib gələn hakimdir" prinsipinin tətbiq edilməsidir. ABŞ və Latın Amerikası ölkələrində ikipartiyalı sistem mövcuddur.

Duopoliyanın ən tipik nümunəsi elektron ödəniş sistemi bazarında hakim mövqe tutan VisaMasterCarddır. Onlar 2000-ci ildə ABŞ Ədliyyə Departamentinin qaldırdığı antiinhisar iddiası üzrə cavabdeh qismində çıxış edirdilər.[1][2]

Apple şirkətindən iOSGoogledan Android, mobil əməliyyat sistemi bazarının 99%-dən çoxunu təşkil edir.[3][4]

  1. "Complaint - ATR - Department of Justice". www.usdoj.gov. 1 June 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 April 2018.
  2. "Credit Card Antitrust Suit". mit.edu. 9 August 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 April 2018.
  3. 99.6 percent of new smartphones run Android or iOS Arxivləşdirilib 2017-07-14 at the Wayback Machine. The Verge. 16 February 2017.
  4. Mobile Operating System Market Share United States Of America Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine. GlobalStats Statcounter. Aug 2018 - Aug 2019.