Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[1][2][…], Qre[d] – 31 mart 1877[1][3][…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur.
Antuan Ogüsten Kurno | |
---|---|
fr. Antoine-Augustin Cournot | |
Doğum tarixi | 28 avqust 1801[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 31 mart 1877[1][3][…] (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | iqtisadiyyat, riyaziyyat |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə,
Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir.
1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi.
Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır. 1838-ci ildə dərc olunmuş "Sərvət nəzəriyyəsində riyazi prinsiplərin tədqiqi"[5] kitabında Kurno riyazi formul və simvolların iqtisadi təhlilə tətbiqindən istifadə etmişdi. Bu kitab çox tənqid olunmuş və Kurnonun sağlığında çox da uğur əldə edə bilməmişdi. Alim eyni kitabı iki dəfə yenidən yazmağa cəhd etmişdi. Bununla belə, həmin kitabın bu gün də iqtisadiyyata təsiri hiss olunmaqdadır. Bu gün bir çox iqtisadçı bu kitabın müasir iqtisadi təhlil üçün ayrılma nöqtəsi olduğuna inanır. Kurno funksiya və ehtimal nəzəriyyələrini iqtisadi təhlilə təqdim etmişdir. O, tələb və təklif qaydasının qiymət funksiyası kimi ilk düsturunu irəli sürmüş və faktiki olaraq Alfred Marşallın işini təqribən otuz il qabaqlayaraq tələb və təklif əyrisinin qrafikini çəkmişdi.
Kitabında təsvir etdiyi Kurno duopoliya modeli həmçinin Neş tarazlığı (təmiz/xalis strategiya) və optimal strategiya konsepsiyalarını ictimaiyyətə təqdim edirdi.
Kurno hesab edirdi ki, iqtisadçılar riyazi vasitələrdən yalnız ehtimal olunan hədləri müəyyən etmək və daha az sabit faktları daha mütləq şərtlərlə ifadə etmək üçün istifadə etməlidirlər. Daha sonra o, riyaziyyatın iqtisadiyyatda praktik istifadəsinin mütləq şəkildə ciddi ədədi dəqiqliyi ehtiva etmədiyini bildirirdi.
Bu gün Kurnonun gördüyü işlər ekonometrikada da tanınır. O, həm də Leon Valrasın atası və özünün sinif yoldaşı Ogüst Valrasın siyasi iqtisadiyyat və riyaziyyat müəllimi idi. Kurno və Ogüst Valras, Leonu təhrik edirdilər ki, siyasi iqtisadiyyatda özünü sınasın. Bütün bunlarla yanaşı, Kurno, həmçinin Leon Valras və onun tarazlıq nəzəriyyəsi üçün ilham mənbələrindən biri olmuşdur.
İqtisadiyyat sahəsində görkəmli riyaziyyatçı özünün oliqopoliya nəzəriyyəsinə görə tanınır: həmin nəzəriyyə onun şərəfinə Kurno rəqabəti adlandırılıb.[6]
Kurno determinizm (fizikada) və indeterminizm üzrə apardığı tədqiqatlarla yadda qalıb.
Həyatda heç nəyin təsadüfən baş vermədiyinə inanan Pyer Simon Laplasdan; və təsadüf və səbəbiyyətin bir-biri ilə əlaqəsi olmadığını düşünən Aristoteldən fərqli olaraq, Kurno onların hər ikisini bir araya gətirərək, təsadüfiliyi iki müstəqil səbəbli hadisənin qarşılaşması[7] kimi müəyyən edirdi. Bu tərif hətta mükəmməl müəyyənedici hadisələrdə də təsadüfiliyin olmasına imkan verir və əlaqəli olmayan siqnalların (məsələn, temperatur və səs) birləşməsi ilə təsadüfi say yaratmaq üçün istifadə olunur.