Jozef Lui Fransua Bertran (11 mart 1822[1][2][…] – 5 aprel 1900[1][3], Paris[6][7][…]) — Fransa riyaziyyatçısı. Sadə ədədlərin paylanması haqqında hipotez vermişdir (Bertran postulatı). Riyazi analiz və qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir[8].
Jozef Lui Fransua Bertran | |
---|---|
fr. Joseph Bertrand | |
Doğum tarixi | 11 mart 1822[1][2][…] |
Vəfat tarixi | 5 aprel 1900[1][3] (78 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | ehtimal nəzəriyyəsi, differensial həndəsə[d], ədədlər nəzəriyyəsi |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Fizik Aleksandr Jak Fransua Bertrandın oğlu və arxeoloq Aleksandr Bertrandın qardaşı.
Fransanın Ekole Politexnik və Kollecində professor idi. O, 26 il Paris Elmlər Akademiyasının üzvü və onun daimi katibi olub.
1845-ci ildə o, ədədlər arasında ən azı bir sadə ədədin mövcudluğu fərziyyəsini irəli sürdü.(n vən-2n istənilən n>3) Bertrandın postulatı adlanan bu müddəa 1850-ci ildə P. L. Çebışev tərəfindən sübut edilmişdir.
Bertrand həmçinin ehtimal nəzəriyyəsinin paradokslarını formalaşdırmaqla tanınır və bu elmin təməli üzərində səmərəli müzakirələrə təkan verir. Bertrandın iqtisadiyyatdakı paradoksları da məşhurlaşdı.
İqtisadiyyatda oliqopoliya nəzəriyyəsini, xüsusən də rəqabətin Kurno modelini yenidən nəzərdən keçirdi. Onun tərtib etdiyi rəqabət modeli göstərir ki, qiymət rəqabəti şəraitində Kurnotun gəldiyi nəticə doğru deyil. Bu modeldə tarazlıq mükəmməl rəqabətin qiymət səviyyəsində əldə edilir.