Malta cəngavərləri

Malta Suveren Hərbi Ordeni və ya Malta cəngavərləri (lat. : Cavalieri Ospitalieri ) ― XI əsrdə yaranmış dini və hərbi orden.

Malta Suveren Hərbi Ordeni
it. Sovrano Militare Ordine Ospedaliero di San Giovanni di Gerusalemme di Rodi e di Malta
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
Tuitio Fidei et Obsequium Pauperum, Defence of the faith and assistance to the poor, Защита на вярата и помощ на бедните
Rəsmi dilləri
Paytaxt Roma
Saat qurşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qospital Cəngavərləri vəya St. Jean Cəngavərləri təriqəti (Latınca: Cavalieri Ospitalieri / Xəstəxana Cəngavərləri) 1070-ci illərdə qurulan bir cəngavər təriqətidir. Sonralar Rodos Cəngavərləri, daha sonra Malta Cəngavərləri kimi tanınmışdır. İlk başçısı təxminən 1100-cü illərdə seçilmiş olan Peter Gerard idi. Qüds krallığı qurulduqdan sonra Godfroi de Bouillon təriqətə torpaq bağışlayır. 1113-cü ildə Papa II. Paschal onları təriqət kimi tanıyır. 1120-ci illərdə silahlanmağa başlayan təriqətin ilk hərbi fəaliyyətləri 1136-cı ildə həyata keçirilmişdir. Katolik kömək dərnəyi kimi bu günə qədər gəlib çıxan bu təriqət tarixdə bəzi dönəmlərdə müstəqil dövlət kimi güclü bir donanmaya sahib olmuş, Avropa, İslamOsmanlı tarixində böyük izlər qoymuşdur. Mərkəzi İtaliyaRomada yerləşən təriqətin bugünkü rəsmi adı İtalyan dilində Sovrano Militare Ordine Ospedaliero di San Giovanni di Gerusalemme di Rodi e di Malta yəni Qüds, Rodos ve Maltalı St. Jean Suvere Hərbi Qonaqpərvər Təriqəti və ya qısaca Malta təriqətidir.

Təriqətin yaranması

[redaktə | mənbəni redaktə et]

Qüds — St. Jean (Əziz Yuhanna) Kilsəsi yaxınlığında dini dəstək məqsədli xəstə hacıların müalicəsi üçün yaranan xəstəxananın təkmilləşməsi yaranmışdır. 1099-cu ildə Səlib yürüşü nəticəsində Qüdsün fəth olunmasından sonra xəstəxananın baş rahibi Gerard Qüdsdəki fəaliyyətlərini daha da genişləndirdi. Provence'larla İtalyanların Fələstin yolu üstündəki şəhərlərində məntəqələr qurdurdu. Xəstəxanada müalicə olan bəzi cəngavərlər öz mallarının bir hissəsini bura hədiyyə etdilər. Bəziləri isə Qüdsdə qalaraq xəstəxanada xidmət etməyə başladılar. Beləliklə zənginləşən xəstəxana xəstə və yoxsullara xidmət göstərdiyi kimi, Müsəlmanlara qarşı müharibədə güclü bir qurum halını aldı. 1291-ci ildə Akka'nın yıxılması və Səlib krallıqlarının ortadan qalxmasından sonra, məzhəb üzvləri bir gün yenə fəth etmək ümidi ilə Fələstinə yaxın ola bilmək üçün Kiprdə yerləşib səlib döyüşçülərinə və xəstələrə burada köməklik göstərməyə qərar verdilər.

Rodos və Maltaya gəlmələri

[redaktə | mənbəni redaktə et]

1309'da Rodosu ələ keçirən təriqət burada bir xəstəxana yaradaraq adanı müstəqil dövlət kimi idarə etməyə başladı. Şərqi Aralıq dənizində güclü bir donanmaya sahib oldular. 1522-ci ildə Osmanlılar Rodosu fəth etdilər, ancaq 1530-cu ildə Müqəddəs Roma-Alman imperiyasının imperatoru V Karl Malta adasını təriqətə bağışladı. Cəngavərlər Osmanlı hücumlarına qarşı çıxdıqca donanmalarını daha da gücləndirdilər və inkişaf etmiş bir xəstəxana qurdular. Təriqətin ən parlaq dönəmi də bu illər sayılır. Osmanlı təhdidinin azaldığı 17–18-ci əsrlərdə təriqət yavaş-yavaş zəifləməyə başladı. 1798-ci ildə Malta adası Napoleon Bonapartın əlinə keçdi və təriqətin mərkəzi 1834-cü ildə Romaya köçürüldü.

Bugünkü işləri

[redaktə | mənbəni redaktə et]

Malta təriqəti, günümüzdə suveren bir dövlətdən kənar bir aktyor rolundadır. Birləşmiş Millətlər Təşkilatına müşahidəçi qismində qatıla bilən təriqətin özlərinə xas torpaqları yoxdur. Özünü tərəfsiz və humanist bir yardım qurumu olaraq tanıdan təriqətin 104 ölkə ilə diplomatik əlaqəsi vardır. Bir çox ölkə cəngavərlərə diplomatik toxunulmazlıq və üstünlük vermişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]