Dxirubxay Ambani

Dxirubxay Ambani (ing. Dhirubhai Ambani, hind. धीरूभाई अंबानी; d. 28 dekabr 1932, Çorvad, Britaniya Hindistanı – ö. 6 iyul 2002, Mumbay, Hindistan) — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Industries Ltd"nin qurucusu.[1]

Dxirubxay Ambani
ing. Dhirubhai Ambani
Doğum tarixi
Doğum yeri Çorvad, Britaniya Hindistanı
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Mumbay, Hindistan
Vəfat səbəbi insult
Vətəndaşlığı Hindistan Hindistan
Həyat yoldaşı Kokilaben Ambani
Uşaqları Mukeş, Anil, Nina, Deepti
Milliyyəti hind
Fəaliyyəti sahibkar
Fəaliyyət illəri 1958-ci ildən

Dxirubxay Ambani 28 dekabr 1932-ci ildə Çorvadda anadan olmuşdur.

2002-ci ildə 60 milyard dollar sərvəti ilə dünya ən varlı adamlarının siyahısında ikinci sırada yer almış Dxirubxay Ambani öz biznesinə cəmi 350 dollarla başlamışdır.[1] Belə ki, o, ilk əvvəl səyyar satıcı olmuşdur.[1] Bir qədər gəlir əldə etdikdən sonra əlindəki vəsaiti tekstil sənayesinə yatırır və Əhmədabad zonasında fabrik açır.[1] 1966-cı ildə məşhur "Reliance Industries" şirkətini yaradır və Hindistanın ən varlı adamlarından birinə çevrilir.[1]

6 iyul 2002-ci ildə Mumbayda vəfat etmişdir.

Dxirubxay Ambani Kokilaben Ambani ilə evli idi. Onların bu nikahdan 2 oğlu və 2 qızı var: Mukeş, Anil, Nina və Deepti.

Dxirubxay oğullarına yüksək təhsil vermişdir.[1] Vəfatından sonra onun sərvətini bölüşdürmək qardaşlar üçün heç də asan olmamışdır. Ataları vəfat etdikdən sonra onlar bir müddət ailə sərvətini birgə idarə edirlər. Hətta uğurları Amerikanın "Time" jurnalında "Asiyanın sahibi ailələr" başlığı ilə manşetə də çıxır. Amma onların bu mehribançılığı uzun çəkmir və qardaşların arasında narazılıq yaranır. Belə ki, Anil iş həyatında Mukeşin kölgəsində qalmaqdan bezir. Ailədə baş verən münaqişə 7 ay bütün ölkə gündəmində olur. Nəticədə qardaşların anası – Dxirubxayın həyat yoldaşı Kokilaben Ambani ailə sərvətini onlar arasında bölüşdürməyi qərara alır. Mukeş neftkimya, tekstil, enerji sənayelərini, eləcə də "Reliance Industries"un adını özündə saxlayır. Anilə isə "Reliance Capital" (sığorta şirkəti, bank), "Reliance Communications" (Hindistanın ən böyük ikinci mobil operatoru) verilir. O, biznes yoluna "Reliance Anil Dhirubhai Ambani Group" adı altında davam edir. Anlaşmaya görə, qardaşlar 10 il boyunca bir-birinə rəqib olacaq heç bir sahəyə investisiya qoymamaq öhdəliyi götürürlər.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]