Anil Ambani

Anil Ambani (ing. Anil Dhirubhai Ambani, hind. अनिल अंबानी; d. 4 iyun 1959, Mumbay, Maxaraştra, Hindistan) — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Anil Dhirubhai Ambani Group" şirkətinin səhmdarı.[1]

Anil Ambani
ing. Anil Ambani
2012-ci il
2012-ci il
Doğum tarixi (65 yaş)
Doğum yeri Mumbay, Maxaraştra, Hindistan
Vətəndaşlığı Hindistan Hindistan
Atası Dxirubxay Ambani
Anası Kokilaben Ambani
Milliyyəti hind
Təhsili
Fəaliyyəti sahibkar, baş icraçı direktor, sədr[d], siyasətçi
relianceadagroup.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anil Ambani 4 iyun 1959-cu ildə Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində anadan olmuşdur.[1]

Atası Dxirubxay Ambani "Reliance Industries" şirkətinin qurucusudur.[1] O, kiçik oğlu olan Anilə də yüksək təhsil vermişdir. Anil, Mumbay Universitetində bakalavr dərəcəsi almışdır.[1] Daha sonra isə təhsilini davam etdirmək üçün ABŞ-yə gedir və Pensilvaniya Universitetində magistr dərəcəsinə yiyələnir.

Anil Ambani Hindistanda Bollivud film sənayesinin ən böyük istehsalçılarından biridir.

Qardaşların münaqişəsi

[redaktə | mənbəni redaktə et]

Atalarının sərvətini bölüşdürmək Anil və böyük qardaşı Mukeş üçün heç də asan olmamışdır. Ataları vəfat etdikdən sonra onlar bir müddət ailə sərvətini birgə idarə edirlər. Hətta uğurları ABŞ-nin "Time" jurnalında "Asiyanın sahibi ailələr" başlığı ilə manşetə də çıxır. Amma onların bu mehribançılığı uzun çəkmir. Qardaşlar arasında narazılıq yaranır. Belə ki, Anil iş həyatında Mukeşin kölgəsində qalmaqdan bezir. Ailədə baş verən münaqişə 7 ay bütün ölkə gündəmində olur. Nəticədə qardaşların anası Kokilaben Ambani ailə sərvətini onlar arasında bölüşdürməyi qərara alır. Mukeş özündə neftkimya, tekstil, enerji sənayelərini, eləcə də "Reliance Industries"un adını özündə saxlayır. Anilə isə "Reliance Capital" (sığorta şirkəti, bank), "Reliance Communications" (Hindistanın ən böyük ikinci mobil operatoru) verilir. O, biznes yoluna "Reliance Anil Dhirubhai Ambani Group" adı altında davam edir. Anlaşmaya görə, qardaşlar 10 il boyunca bir-birinə rəqib olacaq heç bir sahəyə investisiya qoymamaq öhdəliyi götürürlər.[1]

Həyat yoldaşı Tina

Anil Ambani keçmiş Bollivud aktrisası olan Tina Munim ilə evlidir. Onların bu nikahdan 2 oğlu var: Jai Anmol və Jai Anşul.[2][3][4]

Heç bir sahədə qardaşı Mukeş Ambanidən geri qalmaq istəməyən Anil keçmiş Bollivud ulduzu olan arvadına rəfiqələri ilə gəzmək üçün 49 milyon dolarlıq yaxta sifariş vermişdir.[1]

  1. 1 2 3 4 5 6 Leyla Əliyeva. "Milyonçu" layihəsi: Altı yüz qulluqçu ilə 27 mərtəbəlik binada qalan milyarder Arxivləşdirilib 2014-08-26 at the Wayback Machine. publika.az, 25.07.2014  (az.)
  2. About Us — Our Chairman- Chairman's Profile Arxivləşdirilib 2016-09-15 at the Wayback Machine. relianceadagroup.com  (ing.)
  3. "Tina Ambani kids". Bollywood kids. 17 April 2008. 9 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2014.
  4. "Tina Munim profile". IMDB. 16 April 2014. 8 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]