EKU (ing. European Currency Unit (₠ or ECU)) — Avropa ölkәlәri tәrәfindәn yaradılmış kollektiv Avropa valyuta (hesab) vahidi. EKU, real valyutanın bir çox xüsusiyyətlərinə sahib idi:
10 Avropa ölkәsi EKU-nu öz valyutaları әsasında dәyәrlәndirir, onlar EKU-nu tәmin etmәk üçün 2800 t qızıl (sadәcә qeydlәrdә) vә Amerika dollarını depozitә qoymuşlar. Tәdricәn vahid statusu ilә yanaşı, EKU beynәlxalq hesablaşmaların tәnzimlәnmә alәti olan real pul vәsaitlәri statusunu da qazanır[2].
Qızılın dünya pulu kimi müxtәlif surroqatlarla әvәz olunmasına gәtirәn dünya valyuta sistemi böhranından sonra kollektiv valyuta vahidlәri yayılmağa başlamışdır. Belә valyuta vahidlәrinin daxil edilmәsinin vacibliyi, milli valyuta kursunun (hesablaşma pulu kimi) müqayisәsi mәqsәdilә onlardan istifadә olunması ilә müәyyәn edilir[3]. Kolletiv valyutalar kağız әsginazlar vә ya metal sikkәlәr formasında buraxılmaması, sadәcә hesablarda (book money) pul şәklindә qeyd edilmәsi ilә milli valyutalardan fәrqlәnirlәr. Belә pulların mәzәnnәsini qeyri-mәhdud kreditorlara malik tәsisçi ölkәlәr müәyyәn edirlәr. 1970-ci illәrin sonlarından ölkәlәrin kollektiv valyutaları sayәsindә beynәlxalq hesablara xidmәt etmәk mümkün olan dünya puluna çevirmәyә çalışdıqları daha dәqiq tendensiyalar yaranmağa başlamışdır. EKU xüsusi beynәlxalq borc kapitalı bazarında iştirak etmәk haqqı olan tamhüquqlu Avropa valyutası kimi tәsdiq olunmuşdur[4].
Currency | 1979-03-13– 1984-09-16 |
1984-09-17– 1989-09-21 |
1989-09-21– 1998-12-31 |
---|---|---|---|
Belçika Belçika frankı (BEF) | 9.64% | 8.57% | 8.18% |
Almaniya Almaniya markası (DEM) | 32.98% | 32.08% | 31.96% |
Danimarka Danimarka kronu (DKK) | 3.06% | 2.69% | 2.65% |
İspaniya İspaniya pesetası (ESP) | – | – | 4.14% |
Fransa Fransa frankı (FRF) | 19.83% | 19.06% | 20.32% |
Böyük Britaniya Funt sterlinq (GBP) | 13.34% | 14.98% | 12.45% |
Yunanıstan Yunan draxması (GRD) | – | 1.31% | 0.44% |
İrlandiya İrlandiya funtu (IEP) | 1.15% | 1.20% | 1.09% |
İtaliya İtaliya lirası (ITL) | 9.49% | 9.98% | 7.84% |
Lüksemburq Lüksemburq frankı (LUF) | – | – | 0.32% |
Niderland Hollandiya quldeni (NLG) | 10.51% | 10.13% | 9.98% |
Portuqaliya Portuqal eskudosı (PTE) | – | – | 0.7% |