EastMed

Şərqi Aralıq Dənizi qaz kəməri (yaxud EastMed layihəsi) - Aralıq dənizinin şərqindən İtaliyaya qədər çəkilməsi planlaşdırılan təbii qaz boru kəməri. 2019-cu ilin 20 mart tarixində ABŞ-nin dövlət katibi Mayk Pompeonun iştirakıyla Yunanıstan, yunan Kipriİsrailin hökumət rəhbərləri arasında Şərqi Aralıq Dənizi (EastMed) qaz boru xəttinin çəkilməsi barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən, Yunan Kiprinin cənubundan hasil olunacaq təbii qaz Kiprdən dənizlə Yunanıstanın Krit adasına, oradan Yunanıstanın əsas ərazisinə, buradan isə İtaliyaya çəkiləcək qaz boru xətti vasitəsilə nəql olunacaq. Avropa Birliyi tərəfindən dəstəklənən layihəyə ilkin olaraq 34.5 milyon avro vəsait ayrılıb. Layihənin ümumi dəyərinin 7 milyard dollar olacağı və 7 il ərzində başa çatacağı proqnozlaşdırılır. Ancaq Liviya ilə Türkiyə arasındakı memaranduma əsasən, qaz kəməri Türkiyənin iqtisadi zonasından çəkilməlidir və buna görə Şərqi Aralıq Dənizi Qaz Forumunun rəhbərləri Ankara ilə razılaşmalı olacaqlar.