Maykl (Mayk) Riçard Pompeo (ing. Michael Richard «Mike» Pompeo; 30 dekabr 1963[1], Orinc[d], Kaliforniya) — ABŞ siyasətçisi. 2011-ci ildən Kanzas şatatını ABŞ Nümayəndələr Palatasında təmsil edir.
Mayk Pompeo | |
---|---|
ing. Michael Richard Pompeo | |
| |
26 aprel 2018 – 20 yanvar 2021 | |
Sonrakı | Deniel Smit[d] |
ABŞ nümayəndəsi[d] | |
3 yanvar 2017 – 23 yanvar 2017 | |
ABŞ nümayəndəsi[d] | |
6 yanvar 2015 – 3 yanvar 2017 | |
ABŞ nümayəndəsi[d] | |
3 yanvar 2013 – 3 yanvar 2015 | |
ABŞ nümayəndəsi[d] | |
5 yanvar 2011 – 3 yanvar 2013 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 dekabr 1963[1] (60 yaş) |
Doğum yeri |
|
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | vəkil, iş adamı, icraçı direktor, zabit, siyasətçi |
Dini | Presviterianlıq[3] |
Hərbi xidmət | |
Mənsubiyyəti | Amerika Birləşmiş Ştatları |
Qoşun növü | Amerika Birləşmiş Ştatları Quru Qoşunları[2] |
Rütbəsi | kapitan[d] |
|
|
whitehouse.gov/people/mi… | |
Vikianbarda əlaqəli mediafayllar |
18 noyabr 2016-cı ildə ABŞ-nin 45-ci, yeni seçilmiş Prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini tutmaq təklifini qəbul edib[4].
Pompeo Vest Point hərbi akademiyasından birinciliklə məzun olmuşdur (1986). Bir müddət Soyuq Müharibə dövründə orduda xidmət eləmişdir. Daha sonra isə Harvard Universitetində hüquq təhsili almışdır. Harvard Law Review adlı jurnalın redaktəsini etmişdir. Qısa müddətlik vəkillik işinin ardından hərbi təyyarələr üçün parçalar emal edən Thayer Aerospace adlı firmanı qurmuşdur. Neft ehtiyatlarında istifadə edilən vasitələri istehsal edən Sentry İnternational firmasında rəhbərlik etmişdir. 2010-cu ildə Kanzas ştatından Nümayəndələr Palatasının üzvü olmuşdur. Kəşfiyyat komissiyasında vəzifə göstərmişdir. 2012-ci ildə Liviyanın Benqazi şəhərində Amerika səfiri və bir çox diplomatın ölümü ilə nəticələnən hücumu araşdıran komissiyada vəzifə almışdır. MKİ rəhbərliyinə gələndə İnsan haqları təşkilatları ABŞ Senatına, Pompeonun MKİ Rəhbərliyini bəyənməmə çağırışı etmişdir. Vəzifəsini davam etdirərkən Donald Trump tərəfindən Reks Tillersondan sonra xarici işlər naziri təyin olunmuşdur. Trump onun üçün "Mike Pompeo, ölkəmizə şərəflə xidmət etmiş, həyatını, vətəndaşlarımızın təhlükəsizliyi üçün vuruşaraq keçirmişdir. O, Amerika və müttəfiqlərinin təhlükəsizliyini təmin edən kəşfiyyat cəmiyyətinin məğlubedilməz lideri olacaq" ifadələrini işlətmişdir.[5][6]
Mühafizəkar düşüncəyə yaxın olan Pompeo abortun əleyhinədir. Barak Obamanın Quantanamo bazsını bağlamaq planına qarşı çıxdı. 2013-cü ildə "İslamçı terroristləri tənqid etməyən müsəlman din adamlarının terror hücumlarında iştirakçı olduqlarına" aid fikirləri, demokratlar və müsəlman lobbisi təşkilatların reaksiya verməsinə və qınağına səbəb oldu. O boğulma hissi verən su tapşırıqları haqqında "həyati məlumatlar əldə etmək" üçün istifadə oluna biləcəyini bildirdi. Gizli sənədləri ifşa etdirən keçmiş Milli Təhlükəsizlik Qurumunun (NSA) əməkdaşı Edvard Snovdeni vətən xaini olaraq gördü və edam fikrini dəstəklədi. İranla 2015-ci ildə əldə olunan nüvə razılaşmasına qarşı çıxdı. Hökumətin vətəndaşları dinləmə səylərini dəstəklədi.[5][6]
Pompeo, 1986-cı ildə Leslie Libert ilə ailə həyatı qurmuşdur və daha sonra ikinci dəfə ailə həyatını Suzan Pompeo ilə qurmuşdur. Bir oğulları var. Mayk və həyat yoldaşı Suzan Pompeo, Yevangelik Presbiteryen kilsəsinə mənsubdurlar. Pompeo, yerli kilsə dyakonu olaraq xidmət edir və Bazar məktəbində dərs deyir.