Ebbott Barbara — ABŞ-lı dilçi və semantika üzrə mütəxəssis. Onun tədqiqat sahələri arasında məna nəzəriyyəsi, pragmatika, referensiya (istinad etmə) və məntiqin dilə tətbiqi kimi mövzular yer alır.[2]
Ebbott Barbara | |
---|---|
Doğum tarixi | 1943 |
Elm sahələri | semantika[d][1], Praqmatika, dilçilik[1], dil fəlsəfəsi[1] |
İş yeri |
|
Təhsili |
Ebbott, müəyyənlik və qeyri-müəyyənlik, presuppozisiyalar (gizli qəbul edilmiş məna) və təbii növ terminlər kimi dilin əsas anlayışlarını tədqiq etmişdir. Onun ən məşhur əsərlərindən biri "İstinad"(2010) əsəridir. Əsərdə dilin istinad vasitələrini və dil istifadəçilərinin necə əlaqələr qurduğunu, eyni zamanda mühitin və kontekstin məna yaratmada rolunu analiz edir. Bu əsər onun referensiya nəzəriyyəsi sahəsindəki önəmli töhfələrindən biridir.[3] Ebbott həm də dilin fərqli kontekstlərdəki ifadə formalarını və unikal nəzəriyyələrini öyrənmişdir ki, bunlar onun definiteness (müəyyənlik) və indefiniteness (qeyri-müəyyənlik) mövzularına dair məşhur nəzəriyyələrində əks olunub.[4] Ebbott müxtəlif beynəlxalq konfranslarda təqdimatlarla çıxış edərək semantika və pragmatika sahəsində yeni ideyalar irəli sürüb. O, Journal of Pragmatics və Natural Language and Linguistic Theory kimi akademik jurnallarda redaksiya heyətinin üzvü olaraq da fəaliyyət göstərmişdir. Abbottun dil fəlsəfəsinə dair məqalələri və nəzəriyyələri bu sahədə geniş şəkildə sitat gətirilir və onun əsərləri dil elmi üzrə tədqiqatlar üçün mühüm resurs hesab edilir.[5] Ebbott, həmçinin Miçiqan Dövlət Universitetində (MSU) dərs deyərək gələcək dilçilərə tədris edib və akademik mühitin inkişafında mühüm rol oynayıb. O, 1993-cü ildə MSU tərəfindən tələbələrə müsbət imkanlar yaratdığı üçün təltif olunmuşdur.[6][7]