Ebola virusu xəstəliyi

Ebola virusu xəstəliyi (ing. Ebola virus disease, EVD)[1][2][3][6], həmçinin Ebola hemorragik qızdırması[7][8][9] kimi tanınır (ing. Ebola haemorrhagic fever, EHF, lat. Ebola febris haemorrhagica) — kəskin viruslu yüksək yoluxucu xəstəlik. Nadir, lakin olduqca təhlükəli bir xəstəlikdir. Epidemiyanın başlaması Mərkəzi və Qərbi Afrikada qeydə alındı, ölüm 25–90% arasında dəyişdi (orta hesabla 50%). Hal-hazırda Ebola üçün etibarlı bir peyvənd yoxdur, ancaq ölkələr 2015-ci ildə yayıldığı üçün artıq peyvəndi ciddi qəbul etdilər.

Ebola virusu xəstəliyi
XBT-10 A98.4
XBT-10-KM A98.4
XBT-9 065.8
DiseasesDB 18043
MedlinePlus 001339
MeSH D019142
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

— Ebola virusu insanlara əsasən qan və digər bədəndaxili mayelər, eləcə də virus daşıyıcısı olan heyvanlardan keçir. Yarasa, meymun və digər heyvan növləri virus daşıyıcısı ola bilər;

— Ebola insandan insana qan və digər bədəndaxili mayelərlə əlaqə yoluyla keçir;

— Dəfn mərasimlərində ölü insana toxunmaq yoluyla da virusa yoluxmaq mümkündür;

— Virusun inkubasiya müddəti (infeksiyaya yoluxma anıyla xəstəliyin əlamətlərinin müşahidəsi arasındakı müddət) 2 gündən 21 gün arasında dəyişə bilir;

— Qanlarında və daxili əzalarında virus daşıdıqları müddətcə insanlar infeksiya daşıyıcısı hesab olunur

Yoluxmanın əlaməti

[redaktə | mənbəni redaktə et]

İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qara ciyər fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir müalicə və vaksin yoxdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

https://interaztv.com/society/21502 Arxivləşdirilib 2020-02-04 at the Wayback Machine

  1. "Болезнь, вызванная вирусом Эбола". Информационный бюллетень № 103 (rus). Ümumdünya Səhiyyə Təşkilatı. 2016-01. 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-04.
  2. Международная классификация болезней и состояний, связанных со здоровьем, 10-го пересмотра] : [арх. 14 августа 2016]. — Министерство здравоохранения РФ, 2015. A98.4 Болезнь, вызванная вирусом Эбола //
  3. "A98.4 Ebola virus disease". ICD-10 (ingilis). WHO. 2016. 2017-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-04.
  4. Т. Ф. Ефремова. Толковый словарь Ефремовой. 2000.
  5. Новейший медицинский энциклопедический словарь. ЭКСМО. Владимир Бородулин. 2009. 411. ISBN 978-5-699-31648-9.
  6. В некоторых источниках указано ударение на первый слог: Э́бола[4][5].
  7. Эбола геморрагическая лихорадка // Большая медицинская энциклопедия / Б. В. Петровский. — Советская энциклопедия, 1986. — Т. 27 том. — С. 531.
  8. Большой энциклопедический словарь медицинских терминов / Э. Г. Улумбеков. — ГЭОТАР-Медиа, 2013. — С. 335. — 2242 с. — ISBN 5970420107, 9785970420102.
  9. "Что такое лихорадка Эбола и почему её эпидемии опасаются во всем мире?" (rus). Эхо Москвы. 2014-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-18.