Echium vulgare

Adi qızartıotu (lat. Echium vulgare) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin qızartıotu cinsinə aid bitki növü.

Adi qızartıotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

İkiillik bitkidir. Gövdəsi bir və ya bir neçə sayda, sadə və ya yuxarı hissədə budaqlanan, hündürlüyü (20) 30–50 (100) sm, xırda yumşaq bozumtul-ağ tüklüdür. Çiçək qrupu ensiz və seyrək süpürgəşəkilli, qıvrımlardan ibarətdir. Yarpaqları lansetvari, bir ədəd çıxıntılı orta damarlı, bozumtul və yarımsıxılmış və ya yarımaralı tükcüklüdür, aşağıdakılar çiçəkləmə zamanı solur, kürəkvari-lansetvari, uzunluğu 5–10 sm, eni 8–15 mm-dir, gövdə yarpaqları oturaq lansetvari və ya lansetvari-xətvari, yuxarıdakılar isə zəif enlənmiş qaidəli, iti ucludur. Qıvrımları boş dəstələrə, süpürgə şəklində yığılmışdır, uzunluğu 5–20 sm, eni 5–10 sm-dir. Kasacığın çiçəkləmə zamanı uzunluğu 5–7 mm-dir. Çiçək tacı göybənövşəyi və ya demək olar ki, göy rəngli, enli olmayan zəngşəkillidir. Fındıqçaları üçbölümlü-yumurtvari, boz rəngli, çox və sıx olmayaraq qabarcıqlıdır.

Böyük Qafqazın Quba sahəsi, Abşeronun rayonlarında aşağı dağ qurşağından orta dağ qurşağına kimi yayılmışdır. Əkin sahələrində alaq, qaya və daşlı sahələrdə, çay ətrafı çınqıllı yerlərdə bitir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 139.