Eddie Murphy

Edvard "Eddi" Riqan Mörfi (ing. Edward "Eddie" Regan Murphy; d. 3 aprel 1961, Bruklin, Nyu-York, ABŞ) – Amerikalı aktyor, prodüser, rejissor, ssenarist və müğənnidir. 2007-ci ildə Qızıl Qlobus mükafatına layiq görülmüşdür.

Eddi Mörfi
ing. Eddie Murphy
2010
2010
Doğum adı Edvard Niqan Mörfi
Doğum tarixi (62 yaş)
Doğum yeri ABŞ ABŞ, Nyu-York, Bruklin
Vətəndaşlığı ABŞ ABŞ
Uşaqları
Atası Çarlz Edvard Mörfi
Anası Lillian
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1976-cı ildən
Boyu 175 sm
Mükafatları "Qremmi" mükafatı "Saturn" mükafatı
IMDb ID0000552
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Eddi Mörfi 1961-ci ildə Bruklinin Buşvik rayonunda anadan olmuşdur. Anası Lillian telefon operatoru , atası Çarlz Edvard isə nəqliyyatda polis məmuru, həvəskar aktyor və komik olub. 8 yaşı olanda atasını itirmişdir. Eddi və böyük qardaşı Çarli Ruzveltlə birlikdə Nyu-Yorkda yaşamışlar. Eddinin ögey atasıının adı Vernon Linçem olmuşdur. Ögey atası dondurma zavodunda usta vəzifəsində işləyirdi. Eddi Mörfi kino karyerasına 1975-ci ildə başlayıb. 1982-ci ildə çəkilən "48 Saat" filmi ona ilk uğurunu gətirir.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Arvadıının adı Nikol Mörfidir. Eddi Mörfidən 5 uşağı vardır. Onlar 2006-cı ildə boşanmışlar.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İl Film adı Orijinal adı
1982 48 saat 48 Hrs.
1983 Yerlərimizi dəyişdirmək Trading Places
1983 Eddi Merfi "Sərsəm" Eddie Murphy "Delirious"
1984 Beverli–Hillz polisləri Beverly Hills Cop
1984 Müdafiənin ən yaxşı üsulu Best Defense
1986 Qızıl Uşaq Golden Child
1987 Beverli–Hillz polisləri 2 Beverly Hills Cop
1987 Eddi Mörfi "Necə var" Eddie Murphy Raw
1988 Amerikaya səyahət Coming to America
1989 Qarlem gecələri Harlem Nights
1990 Özgə 48 saat Another 48 Hrs.
1992 Bumeranq Boomerang
1992 Fərqləndirilən centlmen Distinguished Gentleman
1994 Beverli–Hillz polisləri 3 Beverly Hills Cop 3
1995 Vampir Bruklində Vampire in Brooklyn
1996 Dəlisov Professor Nutty Professor
1997 Şəhər polisi (Metro) Metro
1998 Həkim Dulittl Doctor Dolittle (Dulittl rolunda)
1998 Müqəddəs adam Holy Man
1998 Mulan Mulan
1999 Ömürlük Life
1999 Əla oğlan Bowfinger
2000 Dəlisov Professor 2 Nutty Professor II: The Klumps
2001 Şrek Shrek
2001 Həkim Dulittl 2 Dr. Dolittle 2
2002 Hamısını aldatmaq (mən güdürəm) I Spy
2002 Şou başlayır Showtime
2002 Pluto Neşin macəraları Adventures of Pluto Nash
2003 Kabuslar evi Haunted Mansion
2003 Növbətçi atam Daddy Day Care
2004 Şrek 2 Shrek 2
2006 Arzuların qızı Dreamgirls
2007 Norbitin biclikləri Norbit
2007 Üçüncü Şrek Shrek 3
2008 Tanış olun: "Deyv" Meet Dave
2009 Təsəvvür et Imagine That
2010 Hər zaman Şrek Shrek Forever After
2011 Min söz A Thousand Words
2011 Qüllə soyğunçuluğu Tower Heist
2011 Riçard Prayor: Məgər mən nəsə dedim? Richard Pryor: Is It Something I Said?
2012 İnanılmaz dərəcədə arıqlayan insan The Incredible Shrinking Man
2014 Beverli – Hillz polisləri 4 Beverly Hills Cop IV

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

İl Albom
1982 Eddie Murphy
1983 Comedian
1985 How Could It Be
1989 So Happy
1994 Love’s All right
1997 Greatest Comedy Hits
1998 All Fucking Now

Mükafatlar[redaktə | mənbəni redaktə et]

  • 1983: Onun yumorist komediya albomuna görə "Qremmi" mükafatı
  • 1990: Ən pis ssenarisi yazılan "Qarlem gecələri" filminə görə ,, Qızıl moruq " mükafatı
  • 1997: "Ağlı çaşmış professor" filminə görə ən yaxşı aktyor (beynəlxalq film cəmiyyəti tənqidçilərin mükafatı "Academy of Science Fiction", "Fantasy & Horror Films", USA), ilk dəfə "Oskar" mükafatına layiq görülmüşdür.
  • 2007: "Arzuların qızı" filmində ikinci planda oynayan ən yaxşı aktyor (film aktyorları gildiyasının mükafatı "Broadcast Film Critics Association Award"), "Oskar" mükafatına layiq görülmüşdür.
  • 2008: "Norbitanın biclikləri" filmində görə ikinci planda oynayan ən pis aktyor ("Qızıl moruq" mükafatı)

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

  • Eddi Mörfi ilk dəfə MTV video musiqi mükafatlarını təqdim etmişdir.
  • "Dəlisov Professor" filmində 8 rol oynamışdır.
  • Eddi Mörfi Maykl Ceksonun "Remember the Time" (ing. Vaxtı yadda saxlamaq) klipində "firon" rolunu canlandırmışdır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]