Üçüncü Şrek (cizgi filmi, 2007)

Üçüncü Şrek (ing. Shrek the Third) — 2007-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır.

Üçüncü Şrek
ing. Shrek the Third
Janr anime elementləri ilə animasiya
Növü Fantezi
Macəra
Komediya
Drama
Məhəbbət
Rejissor Kris Miller
Raman-Hui
Prodüser Aron Uorner
Rolları səsləndirənlər Mayk Mayers
Eddi Mörfi
Kameron Diaz
Antonio Banderas
Bəstəkar Harri Qreqson-Vilyams
Dil İngilis dili
Ölkə ABŞ ABŞ
Studiya DreamWorks Animation SKG
Distribüsiya DreamWorks Animation SKG
Davametmə müddəti 93 dəqiqə
İl 2007
Büdcə $160 milyon
Gəlir $798 958 162
Əvvəlki Şrek 2
ID 0413267
Rəsmi sayt

Kral Harold xəstələndiyi üçün taxt üçün varis lazımdır. Bu vəzifə Şrekin üzərinə düşür, amma bunun əvəzində Şrek çox sevdiyi bataqlıqdan ayrılmaq məcburiyyətində qalacaqdır. Bu mövzuyla əlaqədar olaraq Eşşək ilə Çəkməli Pişiyi vəzifələndirir, taxt üçün ən doğru varis olan adamı seçmək lazımdır. Həmin adam Fionanın əmisi oğlu Şahzadə Arturdur. Digər tərəfdən çox uzaqlarda əvvəllər Fionanı əjdahanın əlindən xilas etmək istəyən, lakin Fionanın yerində başqa adamın olduğunu görəm Şahzadə Yaraşıqlı Çarminq, taxtı ələ keçirmək üçün pəri əfsanələrindən yığdığı pis adamlar ordusu ilə şəhəri ələ keçirir. Ancaq Çarminqin şəhəri müdafiə etməyə qərarlı olan Fiona ilə anası Kraliça Lillianın pəri nağıllarındakı yaxşı insanları yanlarına topladığından xəbəri yoxdur.

Şrek, Eşşək və Çəkməli Pişiyin, "gələcəyin kralı" olaraq gördükləri Arturu daha mükəmməl olması üçün dəyişdirmə səyi davam edərkən, digər tərəfdən Fiona və şahzadələr ordusu isə Şahzadə Çarminqi dayandırmaq məcburiyyətindədir. Bunu bacarmasalar, ortada Artur hökm sürəcəyi adında bir krallıq qalmayacaqdır.

Şahzadə Çarminq xüsusi bir tamaşa hazırlayır. Bu tamaşada Şrek mütləq ölməlidir, lakin xoşbəxtlikdən Şrekin dostları vaxtında ona yetişirlər. Dostlar Şreki Çarminqin əlindən azad edirlər. Tac qoyma mərasimi keçirilir və Artur başına tac qoyaraq kral olur. Şrek yenidən öz sevimli bataqlığına qayıdır. Burada Şahzadə Fionanın troller div oğlu olur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]