Eduard Azaryan

Eduard Albertoviç Azaryan (erm. Էդուարդ Ազարյան; rus. Эдуард Альбертович Азарян; 11 aprel 1958, İrəvan) — SSRİ gimnastı, Olimpiya çempionu (1980), dünya çempionatının mükafatçısı (1978), dördqat SSRİ çempionu. SSRİ əməkdar idman ustası (1980). MOİK-də çıxış etmişdir.

Eduard Azaryan
Şəxsi məlumatlar
Doğum tarixi 11 aprel 1958(1958-04-11) (65 yaş)
Doğum yeri
Atası Albert Azaryan
Boyu 175 sm
Gimnastika karyerası
Gimnastika növü bədii gimnastika

Həyatı[redaktə | mənbəni redaktə et]

Eduard Azaryan kiçik yaşlarından atası, üçqat olimpiya çempionu Albert Azaryanın rəhbərliyi altında gimnastika ilə məşğul olmağa başlamışdır. 1978-ci ildə Eduard Azaryan çoxnövçülükdə SSRİ çempionu olmuş və SSRİ yığmasının üzvü olmuşdur. Elə həmin il fərdi çoxnövçülük üzrə Dünya Kubokunun bürünc mükafatçısı və komanda çempionatında dünya çempionatının gümüş mükafatçısı olmuşdur. 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarında Eduard Azaryan SSRİ yığma komandasının tərkibində komanda birinciliyində Olimpiya çempionu adını qazanmışdır.[1]

1992-ci ildən ABŞ-də yaşayır. Aliso Viexoda (Kaliforniya) yaratdığı gimnastika mərkəzində məşqçiliklə məşğuldur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "1980 Summer Olympics". www.databaseolympics.com. 19 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 December 2012.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]