Edvard Yoris

Edvard Yoris (nid. Edward Joris; 1876, Antverpen1957) — Belçikalı anarxist. Ulduz sui-qəsdi ilə tanınır.[1]

Edvard Yoris
nid. Edward Joris
Doğum tarixi 1876
Doğum yeri
Vəfat tarixi 1957
Fəaliyyəti siyasətçi, aktivist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1876-cı ildə doğulub. O, 13 yaşında məktəbi buraxmış və kargüzar işləməyə başlamışdır. Solçuluqla məşğul olan Yoris 1895–1898-ci illərdə Belçika Fəhlə Partiyasının yerli şöbəsinin və həmkarlar ittifaqının katibi idi. Edvard Qrin təxəllüsü ilə anarxist "Ontwaking" qəzetinə töhfələr vermişdir.[2]

1901-ci ildə İstanbula səyahət etmiş, o, burada qısa müddətliyinə fransızca və ingiliscə ticarət yazışmaları ilə məşğul olmuşdur. Daha sonra o, "Singer sewing machine" şirkətində iş tapmışdır. Sevgilisi Anna Nellens İstanbula gəlmiş və onlar evlənmişdirlər.[2]

Yoris bir dostu yoluyla Erməni İnqilabi Federasiyasına, ordan da Sultan II Əbdülhəmid üçün hazırlanan sui-qəsd planına qoşulmuşdur. Sui-qəsdçilər müzakirə üçün bir araya gəlmiş və partlayıcı maddə və odlu silahları onun evində saxlamışdırlar.[2] Sui-qəsd 21 iyul 1905-ci ildə həyata keçirilmiş, 26 nəfər həlak olmuş, 58 nəfər yaralanmış, lakin sultanın özünə heç bir zərər dəyməmişdir. Yoris hadisədən 6 gün sonra həbs edilmişdir. 25 noyabrda məhkəmə qarşısına çıxarılmış və 18 dekabrda ölümə məhkum edilmişdir. Belçikanın diplomatik təzyiqi nəticəsində hökm heç vaxt icra edilməmişdir.[3] Belçikadakı solçu aydınlar tərəfindən Belçika hökumətinin onun sərbət buraxılması ilə bağlı təyziqilərini davam etdirməsi üçün bir dəstək komitəsi qurulmuşdur.[4] Yoris 23 dekabr 1907-ci ilə qədər həbsdə tutulmuş və ardından Belçikaya qayıtmışdır.[2] Həbsxanadan yazdığı məktublar daha sonra sui-qəsddə iştirakı barədə yazılacaq kitabın əsasını təşkil etmişdir.[5]

Yoris Belçikaya qayıtdıqdan sonra kitab satıcısı olaraq çalışmış və "Human Rights League" təşkilatının Antverpen şöbəsində katiblik etmişdir. Birinci Dünya müharibəsindən sonra o, işğalçı qüvvələrin "Flamenpolitik" siyasətiylə işbirliyi etməkdə təqsirli bilinmiş və Niderlanda qaçmışdır. 1929-cu ildəki bir əfvdən sonra Belçikaya qayıtmış və reklam işçisi kimi fəaliyyət göstərmişdir. O, 1957-ci ildə ölmüşdür.[2]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
  1. Gaïdz Minassian, "The Armenian Revolutionary Federation and Operation 'Nejuik'", in To Kill a Sultan: A Transnational History of the Attempt on Abdülhamid II (1905), edited by Houssine Alloul, Edhem Eldem and Henk de Smaele (Palgrave Macmillan, 2018), p. 53.
  2. 1 2 3 4 5 Maarten Van Ginderachter, "Edward Joris: Caught between Continents and Ideologies?" in To Kill a Sultan: A Transnational History of the Attempt on Abdülhamid II (1905), edited by Houssine Alloul, Edhem Eldem and Henk de Smaele (Palgrave Macmillan, 2018), pp. 67–98.
  3. Richard Bach Jensen, The Battle against Anarchist Terrorism: An International History, 1878–1934 (Cambridge University Press, 2014), p. 307.
  4. Christophe Verbruggen, Schrijverschap in de Belgische belle époque: een sociaal-culturele geschiedenis (Ghent and Nijmegen, 2009), pp. 161–166.
  5. Walter Resseler and Benoit Suykerbuyk, Dynamiet voor de sultan: Carolus Edward Joris in Konstantinopel (Antwerp, b+b, 1997).
  6. "Payitaht'ın 3 Yeni As'ı Payitaht'a 3 Yakışıklı Aktör Katıldı". 2024-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-18.