Ulduz sui-qəsdi

Ulduz sui-qəsdi (türk. Yıldız Suikasti) — Ulduz Həmidiyyə məscidi qarşısında II Əbdülhəmidə qarşı, onu öldürmək üçün təşkil olunmuş sui-qəsd cəhdi. 21 iyul 1905-ci ildə Daşnaksütunun üzvləri tərəfindən Sultan II Əbdülhəmidə qarşı təşkil olunmuş sui-qəsd hadisəsi XX əsrin əvvəllərində Türkiyə tarixində baş vermiş ən mühüm hadisələrdən biri hesab olunur. Sui-qəsdə cəhd edildiyi dövrdə II Əbdülhəmid 63 yaşına çatmış və 29 ildir ki, hökmdarlıq etməkdə idi.

Ulduz sui-qəsdi
Ümumi məlumatlar
Yeri
Hücumun hədəfi II Əbdülhəmid
Tarix 21 iyun 1905[1]
Ölü sayı
  • 26
Yaralı sayı
  • 58
Terrorist(lər) Daşnaksütun
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
border=none Əsas məqalə: Osmanlı erməniləri

Bomba hadisəsi kimi tarixə düşmüş bu olay erməni daşnakların işi olsa da, beynəlxalq anarxistlərdən də dəstək almışdılar. Belə ki, çox geniş plan hazırlamış təşkilatçılar sui-qəsd mövzusunda peşəkar olduğunu güman etdikləri belçikalı anarxist Edvard Yorisi də bu işə daxil etmişdilər. Jorris anlaşmaya uyğun olaraq, İstanbula gəlmiş və uzun müddət hökmdarın cümə salamlaması mərasimlərini izləmişdir. Belə ki, II Əbdülhəmid hər cümə günü Ulduz məscidindən çıxdıqdan sonra düz 1 dəqiqə 42 saniyə ərzində arabasına minir və bu zaman müddəti heç dəyişmirdi. Jorris sui-qəsddə istifadə olunması üçün Belçikada xüsusi bir araba düzəltdirmiş, həmin araba hissələr halında İstanbula gətirilərək montaj edilmişdi.

80 kiloqram partlayıcı və 20 kiloqram partlayıcı maddə daşıyan çox dəqiq bir saatlı bomba bu arabaya yerləşdirildi. Sui-qəsdin gerçəkləşdiriləcəyi gün komitəçilər diqqət çəkməməkdən ötrü bombalı arabanın içinə bir qadın da alaraq avropalı ziyarətçilər kimi mərasimə getdilər, lakin padşah namazda ikən arabanı tərk etdilər. Plana görə onun içindəki bomba II Əbdülhəmid məscid ilə fayton arabasındakı yolda yürüyərkən partlamalı və hökmdarı mütləq qətlə yetirməli idi. Lakin gözlənilməyən bir hadisə baş verdi: II Əbdülhəmid məsciddən çıxarkən qarşılaşdığı şeyxülislam Cəmaləddin əfəndi ona bir məsələ ərz etdiyi üçün hökmdar bir neçə saniyə dayanmalı oldu. Bu bir neçə saniyə erməni təşkilatçıların sui-qəsd planını alt-üst etdi və bomba II Əbdülhəmid söhbəti bitirərib pilləkənlərlə aşağı addımlamaq istəyəndə partladı. Mərasimi izləmək üçün bir çox yerli və əcnəbi, o cümlədən dövlət rəsmiləri, səfirlər və adi turistlər toplaşdığından Ulduz məscidinin önündə qələbəlik vardı. Sui-qəsd zamanı 26 nəfər həlak oldu və 58 nəfər yaralandı. Sağ qalanlar arasında isə panika yarandı. Lakin bu panika içərisində tövrünü pozmayan yeganə insan II Əbdülhəmid əlini havaya qaldıraraq hamını sakitliyə çağırdı və əmrlər verdi. Ətraf bir az sakitləşdikdən sonra sultan faytonuna minərək onu özü birbaşa Yıldız sarayına sürdü.

Hadisədən sonra

[redaktə | mənbəni redaktə et]

Təmkinli və soyuqqanlı hərəkətinə görə xalqın və turistlərin alqışına tuş gələn II Əbdülhəmid saraya daxil olduqda buradakı əcnəbi elçilər tərəfindən də alqışlandı. Heç bir şəkildə proqramını pozmayan sultan diplomatlarla 20 dəqiqə görüşdükdən sonra istirahət etmək və olayın təfərrüatını öyrənmədən ötrü hərəmxanaya çəkildi. Bir çox dövlət liderləri Osmanlı hökmdarına teleqram göndərdilər. Hadisədən sonra komitəçilərin bir qismi, o cümlədən Jorris yaxalandı. Maraqlısı budur ki, padşah edama məhkum edilməsinə baxmayaraq illik həbs cəzasından sonra Jorrislə anlaşaraq Avropadakı təşkilatlar və anarxiya məsələsində gizli məlumatlar verməsi şərti ilə onu əfv etdi. Belçikalıya 500 qızıl hədiyyə verən II Əbdülhəmid onu Avropada öz xəfiyyəsi kimi çalışdırmağa çalışdı. Baş katib Tahsin Paşanın yazdığına görə, Jorris Avropadan dəyərli hesabatlar göndərmiş və bu məlumatların sayəsində düşmənlərin bir sıra planları pozulmuşdu.

Hadisə ilə əlaqədar fikirlər

[redaktə | mənbəni redaktə et]

Bomba hadisəsini dövrün vacib şəxslərindən olan admiral Ser Henri Vuds Paşa belə təsvir edirdi: Padişahın hadisə qarşısında soyuqqanlı davrandığını, yanındakı əsgərlərə əmrlər verdiyini, təlaşsız şəkildə faytnonuna mindiyi və faytonu özünün sürdüyünü bildirmişdir. Əbdülhəmidin şeyxülislam Mehmed Cəmaləddin Əfəndi ilə olan söhbəti sui-qəsddən xilas etmişdi.[2]

Əbdülhəmidin sui-qəsd cəhdindən sağ qurtulması xoşuna gəlməyən şair Tofiq Fikrət hadisə ilə bağlı "Bir Lâhza-i Ta'ahhur" (Bir Anlıq Durğunluq) adlı şeirində bu misraları yazmışdır:

Ey şanlı ovçu, tələni beyhudə qurmadın.
Attın, fəqət heyif ki, əfsuslar olsun ki, vurmadın.

  1. https://www.ermenihaber.am/am/news/2016/12/12/%D4%B9%D5%B8%D6%82%D6%80%D6%84%D5%AB%D5%A1-%D5%B8%D6%82%D5%AC%D5%A9%D5%A1%D5%B6-%D4%B1%D5%A2%D5%A4%D5%B8%D6%82%D5%AC-%D5%80%D5%A1%D5%B4%D5%AB%D5%A4-%D5%B4%D5%A1%D5%B0%D5%A1%D6%83%D5%B8%D6%80%D5%B1/95714.
  2. Arpacı, Seyfullah (2005). "Sultan II Abdülhamid" (Türkçe). Isik Yayinlari. s. 250. ISBN 9752781330.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]