Edvin Hamilton Devis

Edvin Hamilton Devis (22 yanvar 1811[1], Ross[d], Ohayo[3]15 may 1888[2][3], Nyu-York, Nyu-York ştatı[3][2]) Amerikalı həkim və Missisipi vadisində mövcud olan kurqanların ilkin tədqiqatlarını həyata keçirən həvəskar arxeoloq olmuşdur. Devis XIX əsrdə ABŞ-də hindulara məxsus tarixəqədərki artefaktların ən böyük şəxsi kolleksiyasını toplamışdır.[5]

Edvin Hamilton Devis
Doğum tarixi 22 yanvar 1811(1811-01-22)[1]
Doğum yeri
Vəfat tarixi 15 may 1888(1888-05-15)[2][3] (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Qrandviev qəbiristanlığı[d][4]
Fəaliyyəti antropoloq, arxeoloq
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edvin Hamilton Devis 22 yanvar 1811-ci ildə Ohayo ştatında anadan olmuşdur. O, 1838-ci ildə Cincinnati Tibb Kollecini bitirmiş[6] və 1850-ci ilə qədər Nyu York Tibb Kollecində tibb və terapevtika (müalicə işi) kafedrasına çağırılana qədər Ohayo ştatının Çillikote şəhərində təcrübə keçmişdir. Davis "American Medical Monthly" jurnalının redaktorlarından biri idi.[7]

O, 1841-ci ildə Lusi Vudbric ilə evlənmiş və bu evlilikdən doqquz övladı olmuşdur.[6] 15 may 1888-ci ildə Nyu Yorkdakı evində vəfat edən Davis[6][8] Ohayo ştatı Çillikote şəhərində Qrandvyu qəbiristanlığında dəfn edilmişdir.[9]

Arxeoloji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Amerikanın qədim dövr tarixi mövzusu Devisin diqqət mərkəzində olduğundan 1836-cı ildə qədim kurqanların kəşfiyyatında Çarlz Uitlsiyə kömək etmişdir. O, 1845-ci ildən 1847-ci ilə kimi E. G. Skuerin köməyi ilə Devis aborigenlərin yaşadığı ərazidə öz vəsaiti hesabına iki yüz kurqan aşkar edərək tədqiqat aparmışdır.[7] Davis və Skuerin ən mühüm nailiyyətləri tədqiq etdikləri yerlərin təhlili və sənədləşdirilməsinə sistemli yanaşmaları idi. Onların sırasında 1846-cı ildə kəşf etdikləri Ohayo ştatının Peebles şəhərindəki Serpent Mound abidəsinin, eləcə də Çillikote şəhərindəki "Mound City Group"un xəritələşdirilməsini göstərmək olar. "Mound City Group" abidəsi sonralar Davis və Skuerin məlumatlarından istifadə olunaraq bərpa edilmiş və "Hopewell Culture" Milli Tarix Parkının bir hissəsinə çevrilmişdir.

1848-ci ildə Davis və Skuerin tədqiqatlarının nəticələri "Mississippi Vadisinin Qədim Abidələri" kitabında öz əksini tapmışdır. Bu kitab sonralar Smitsonian İnstitutunun bilik seriyasının birinci cildini təşkil etmişdir.[7] Əsər Amerika elmi tədqiqatlarında, Şimali Amerikanın tarixdən əvvəlki kurqanların sahiblərinin kimliyi barəsində tədqiqində və arxeologiyanın elm kimi ilkin inkişafında mühüm töhfə hesab olunur.[10] Əsərdə kurqanların avropalı amerikalıların müasir yerli Amerika mədəniyyətlərində gördükləri ilə əlaqəli olmayan dizayn və tikinti mürəkkəbliyini nümayiş etdirdiyi qeyd olunur.

1854-cü ilin yazında Devis Bostondakı Louell İnstitutunda, ondan sonra isə Bruklin və Nyu-Yorkda arxeologiya üzrə mühazirə kursu oxumuşdur.[7] 1858-ci ildə isə Amerika Qədim Dövrlər Cəmiyyətinin üzvü seçilmişdi.[11]

Davis ABŞ-də kurqandan aşkar edilən materialların ən böyük kolleksiyasını toplamışdır ki, sonralar bu kolleksiya Solsberidəki Blekmor Muzeyinin kolleksiyasının mühüm bir hissəsini təşkil etmişdir. 1931-ci ildə həmin kolleksiya ABŞ hüdudlarından kənarda qədim yerli Amerika artefaktlarının ən böyük kolleksiyasını yaratmaq üçün Britaniya Muzeyi tərəfindən alınmışdır.[12] Həmin kolleksiyaya daxil olan məmulatların duplikatları isə Amerika Təbiət Tarixi Muzeyində saxlanılır.

  1. 1 2 https://en.wikisource.org/wiki/Appletons%27_Cyclop%C3%A6dia_of_American_Biography/Davis,_Edwin_Hamilton.
  2. 1 2 3 4 The New-York Tribune, New-York Tribune (ing.). NYC: 1841. ISSN 1941-0646
  3. 1 2 3 4 5 6 https://books.google.com/?id=THRMAAAAYAAJ&pg=PA319&lpg=PA319.
  4. Find a Grave (ing.). 1996.
  5. "Grandview Cemetery". Grandview Cemetery. November 18, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 29, 2012.
  6. 1 2 3 The National Cyclopaedia of American Biography. XIII. James T. White & Company. 1906. səh. 319. İstifadə tarixi: 2020-08-21 – Google Books vasitəsilə.
  7. 1 2 3 4 "Ancient Monuments of the Mississippi Valley". World Digital Library. 1848. 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.01.16.
  8. The National Cyclopaedia of American Biography. XIII. James T. White & Company. 1906. səh. 319. İstifadə tarixi: 2020-08-21 – Google Books vasitəsilə.
  9. "Grandview Cemetery". Grandview Cemetery. November 18, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 29, 2012.
  10. Stiebing 1984, p.136
  11. "American Antiquarian Society Members Directory". 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  12. British Museum Collection

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]