Edviq

Edviq (İdviq; ing. Ēadwiġ; təq. 940[1], Uesseks krallığı[d]1 oktyabr 959, Qloster[d][1]) — Uesseks sülaləsindən olan İngiltərə kralı. Kral I Edmundun birinci həyat yoldaşı Elfqitadan olan böyük oğlu.

Edviq
Ēadwiġ
İngiltərə kralı
955 23 noyabr – 959 1 oktyabr
ƏvvəlkiEdred
SonrakıEdqar
Şəxsi məlumatlar
Doğum tarixi təq. 940[1]
Doğum yeri
  • Uesseks krallığı[d]
Vəfat tarixi 1 oktyabr 959(0959-10-01)
Vəfat yeri
Dəfn yeri
  • Vinçester kafedralı[d]
Fəaliyyəti monarx
Atası I Edmund
Anası Elfqita
Həyat yoldaşı Elqiva
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edviq 14 yaşında İngiltərənin kralı elan olunmuş, kral elan olunduqdan sonra dayısı Edredin əsas məsləhətçisi olan Abbat Dunstanı sürgün etdirmişdir.

Dunstanın sürgünü və Edviqın ölümü

[redaktə | mənbəni redaktə et]

Dunstan ilə Edviq arasında mübahisə Edviqın tacqoyma mərasimində baş vermişdi. Belə ki, qonaqlar onun şərəfinə badələr qaldıranda Edviq gələcək həyat yoldaşı Elqiva ilə birlikdə mərasimi tərk etmişdi. Dunstanın əmri ilə Edviq güclə mərasimə gətirilmişdi. Buna cavab olaraq Edviq Dunstanı dövlət maliyyəsini xərcləməkdə təqsirləndirərək sürgün etdirmişdir.

Dunstanı sürgün etməklə Edviq Dunstanın tərəfdaşlarını özünə düşmən etdi. 958-ci ildə MersiyaNortumbriya zadəganları Edviqın balaca qardaşı Edqarı kral elan etdilər. Daha sonra Edviqı həyat yoldaşı Elqiva ilə boşanmağa məcbur etdilər və onu İrlandiyaya sürgün etdilər.

Edviq 1 oktyabr 959-cu ildə naməlum səbəblər nəticəsində ölmüşdür.

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #1018553002 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]