Ehram Məcidov

Ehram Məcidov - Beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti. [1]

Ehram Məcidov
Ehram Xudu oğlu Məcidov
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri Günəşli kəndi, Biləsuvar rayonu
İdman növü Kikboksinq

Həyatı[redaktə | mənbəni redaktə et]

Ehram Xudu oğlu Məcidov 1979-cu ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Xanlar Qafarov adına İsmətli kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Beynəlxalq Universitetinə qəbul olmuşdur. [1]

İdman karyerası[redaktə | mənbəni redaktə et]

Ehram Məcidov 8 yaşından idmanla məşğul olmağa başlayıb. 1986-cı ildə Biləsuvar rayonunda fəaliyyət göstərən boks dərnəyinə qatılıb. 1990-cı ildən 1994-cü ilədək isə KARATE DO idman növü ilə məşğul olub. 1995- ci ildə fəaliyyət göstərən “Dinamo idman cəmiyyətində” müəllimləri - mərhum Rauf Cabbarov və Balasən Eynullayevdən boks idman növü üzrə dərs alıb. 2000-ci ildə idman karyerasını müəllimi Çingiz Eyvazovun yanında kikboksinq sahəsində davam etdirib. 2004-cü ildən idmançı kimi fəaliyyət göstərdiyi “Neftçi sağlamlıq mərkəzində” baş məşqçi olaraq çalışmış. 2010-2015-ci illərdə kikboksinq üzrə böyüklərdən ibarət millinin, 2015-2016-cı illərdə isə gənclər və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi olub. 2015-ci ildə Azərbaycanda keçirilən I Avropa oyunları ilə bağlı Biləsuvar rayonunda Avropa məşəlini alovlandırıb. O, eyni zamanda Azərbaycan Kunq-Fu Federasiyasının ümumi işlər üzrə vitse-prezidenti (2018-ci ilin mayından) və “Xocalı” idman klubunun direktorudur. [1] [2]

Uğurları[redaktə | mənbəni redaktə et]

1996-cı ildə Bakıda böyüklər arasında keçirilən boks idman növü üzrə yarışda Bakı çempionu adını qazanıb. [1]

1997-ci ildə Gənclər arası yarışda Gənclər üzrə Respublika çempionu olub. 1997-ci ildən 2000-ci ilə qədər baş məşqçi Şamil Əlimcənovun rəhbərliyi ilə keçirilən məşqlərə qatılaraq, bir sıra ölkədaxili və beynəlxalq turnirlərin qalibi olmuşdur. [1]

O, 2001, 2006, 2007, 2008, 2009-cu illərdə dünya çempionu adını qazanmışdır. [1]

“Super- fight” döyüşlərində WAKO üzrə peşəkar döyüşdə qalib gələrək, Avropa kəmərini adını qazanıb. [1]

2010-cu ildən Prezident mükafatçısı olan Ehram Məcidov Əməkdar idman ustası və Əməkdar məşqçidir. [1] [2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 "Arxivlənmiş surət". 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  2. 1 2 "Arxivlənmiş surət". 2021-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.