Ehsan Əflan oğlu Zahidov (1 iyun 1963, Şamaxı) — Azərbaycan Respublikası DİN-in Mətbuat xidmətinin rəisi (2017–2023), ehtiyatda olan polis polkovniki.
Ehsan Zahidov | |
---|---|
Ehsan Əflan oğlu Zahidov | |
1 fevral 2017 – 10 iyul 2023 | |
2010 – 1 fevral 2017 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyun 1963 (61 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili |
|
İxtisası | jurnalist, hüquqşünas |
Rütbəsi |
Polis polkovniki (ehtiyatda) |
|
|
Təltifləri |
Zahidov Ehsan Əflan oğlu 1963-cü il iyun ayının 1-də Şamaxı rayonunda anadan olub. 1970–1980-ci illərdə orta təhsilini Qaradağ rayonu Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbdə almışdır. 1982–1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika ixtisası üzrə ali təhsil almışdır. Ailəlidir, 3 qızı və 1 oğlu var.
1983–1985-ci illərdə Macarıstan Respublikasında hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi veteranıdır. 1990–1991-ci illərdə Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən etibarən daxili işlər orqanlarında çalışır. 1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil almışdır. Ehsan Zahidov uzun müddət Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edib. 2010-cu ildə Daxili İşlər Naziri Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Ehsan Zahidov Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini vəzifəsinə təyinat alıb. 2017-ci il fevral ayının 1-də Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrinə əsasən, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək Mətbuat xidmətinin rəisi təyin edilib. 10 iyul 2023-cü ildə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.[1]
2005-ci ildə Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun əmri ilə "Əla" xidmətlərinə görə döş nişanı ilə təltif edilib.