Ekarma adası

Ekarma (yap. 越渇磨島) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə[1] daxildir. Adada yaşayış yoxdur.

Ekarma adası
rus. Экарма
Ümumi məlumatlar
Sahəsi 30 km²
Uzunluğu
  • 7,5 km
Eni 5 km
Hündür nöqtəsi 1170 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
48°57′ şm. e. 153°57′ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Ekarma adası xəritədə
Ekarma adası
Ekarma adası
Ekarma adası xəritədə
Ekarma adası
Ekarma adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada Ekarma vulkanının su səthi hissəsini təşkil edir. Maksimal hündürlüyü 1170 metrdir. Ada paralel olaraq 8 km, meridian istiqamətdə isə 5 km məsafədə uzanır. Sahəsi 30 km² təşkil edir. İçməli su yoxdur. Ancaq isti kükürdlü sulsra rast gəlinir. Sahillərində ot bitkiləri bitir. Üstəlik giləmeyvələrə belə rast gəlinir. Ətrafında dəniz kələmi geniş ərazini əhatə edir. Sahillərində dəniz samuru yayılmışdır. Burada çoxlu sayda quş koloniyaları məskən salır[2]. Ekarma boğazı il Şiaşkotan adasından 8 km (cənub-şərq), Çirinkotan adasından isə 29 km (qərb) yerləşir.

  1. "Saxalin vilayətinin rəsmi nümayəndəsi və qubernatorunun saytı: Şimali-Kuril şəhər dairəsi". 2013-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-24.
  2. Чудо-остров Онекотан, чудеса которого мы так и не увидели — Россия — Зеленый чемодан Arxivləşdirilib 2017-07-02 at the Wayback Machine (rus.)