Şiaşkotan adası (rus. Остров Шиашкотан) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Ada səkkiz bucaqlı formaya malikdir. Adanın uzunluğu 25 km, eni isə 9 km, sahəsi 122 km² təşkil edir. Adanın şimalında Çuprov yarımadası, cənubunda isə Nikonov yarımadası yerləşir ki, onlarda eni 1 km olan Makarov bərzəxi ilə birləşir. Şimalında Sinarka (934), cənubunda isə Kuntomintar vulkanları yerləşir. Adada vaxtı ilə Makaron adlı kənd olmuşdur. Aynuların köçürülməsindən sonra bura tamamən tərk edilmişdir. Çoxlu sayda axarlar və kiçik çaylar vardır. Ətrafında dəniz kələmi sıx su altı cəngəllik əmələ gətirir. Burada Şimal dəniz şirinə və nerpalara rast gəlinir. Adaya təhlükəsiz yan almaq üçün əlverişli yer yoxdur. 29 km şimal-şərqdən Xarimkotan adasından Severqin boğazı, 20 km cənub-qərbdən isə Ekarma adasından Ekarma boğazı ilə ayrılır. 20 km cənubunda (Kruzenştern boğazı) Tələlər adaları yerləşir.
Şiaşkotan adası | |
---|---|
rus. Остров Шиашкотан | |
Ümumi məlumatlar | |
Sahəsi | 122 km² |
Uzunluğu |
|
Eni | 9 km |
Hündür nöqtəsi | 934 m |
Əhalisi | 0 nəfər (2010-cu il) |
Yerləşməsi | |
48°49′ şm. e. 154°07′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |