Eklampsiya

Eklampsiya — ağır preeklampsiya və eklampsiya, az hallarda rast gəlinsə də, hamiləliyin çox ciddi fəsadı hesab olunur. Eklampsiyadan ölüm halları 1,8%, eklampsiyanın başqa ağırlaşmaları 35% təşkil edir. Ağır preeklampsiya hamilə qadınların ölümünə səbəb olan xəstəliklər sırasında qanaxma və emboliyalarla birlikdə ilk 3 yeri bölüşdürür. Preeklampsiya kəskin böyrək çatışmazlığı, serebrovaskulyar və kardiovaskulyar ağırlaşmalar, DDL sindrom ilə təzahür edir, bununla da ana ölümü riskinin artmasına səbəb olur.

Eklampsiya
XBT-10 O15
XBT-10-KM O15, O15.9
XBT-9 642.6
XBT-9-KM 642.64[1]
DiseasesDB 4068
MedlinePlus 000899
MeSH D004461
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eklampsiya preeklampsiyanın ağırlaşmasıdır;

  • Hamiləliyin 3-cü trimestrində və doğuşdan sonra ilk 48 saat ərzində baş verə bilər;
  • Hamiləliyin 20-ci həftəsindən başlayaraq və ya doğuşdan 23 gün sonra da meydana çıxa bilər;
  • Başqa serebral problemlərlə əlaqəsi olmur;
  • Qıcolma tutmalarının və komanın baş verməsi ilə səciyyələnir.[2]

Risk faktorları

[redaktə | mənbəni redaktə et]

Risk faktorları arasında mikrovaskulyar patologiyaya səbəb olan xəstəliklər üstünlük təşkil edir:

• Xroniki hipertenziya • Şəkərli diabet • Damar və birləşdirici toxuma xəstəlikləri • Antifosfolipid sindromu • Böyrək xəstəlikləri • Digər risk faktorları hamiləliyin özü ilə və ya hamilə qadının sağlamlıq vəziyyəti ilə əlaqədardır.

Hamiləliklə əlaqəli faktorlar: • Xromosom anomaliyaları

• Çoxdöllü hamiləlik

• Oositin donasiyası və ya donor sperması ilə inseminasiya

• Dölün anadangəlmə inkişaf qüsurları

• Hamiləlik zamanı sidik traktı infeksiyaları

Ana ilə əlaqəli faktorlar:

• Yaşı 35-dən artıq

• Yaşı 20-dən az

• Ailə anamnezində preeklampsiya

• İlk hamiləlik

• Əvvəlki hamiləlikdə preeklampsiya

• Spesifik tibbi şərtlər: hamiləlik diabeti, piylənmə, trombofiliya

• Stress

Ağır preeklampsiyanın və eklampsiyanın mümkün fəsadları:

• Ağciyərlərin ventilyasiya pozğunluğu

• DDL sindrom

• HELLP sindrom

• Böyrək çatışmazlığı

• Ağciyər ödemi

• Böyüklərin kəskin respirator distress sindromu

• Serebrovaskulyar ağırlaşmalar

• Ürəkdayanma

• Ölüm[3]

  1. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  2. "AĞIR PREEKLAMPSİYA VƏ EKLAMPSİYANIN DIAQNOSTIKASI VƏ INTENSIV TERAPIYASININ ÜMUMI PRINSIPLƏRI Aydın Qədirov". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-19.
  3. "Eklampsiyanın gedişi". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]