Elçin Eminov

Elçin Eminov (d. 12 yanvar 1991) — Azərbaycanlı uşu sandaçı[1]. 6 qat Avropa çempionu[2], 2013-cü ildə baş tutan III İslam Həmrəyliyi Oyunlarında bürünc medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə gümüş medal qazanıb.

Elçin Eminov
Şəxsi məlumatlar
Tam adı Elçin Eminov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (33 yaş)
İdman növü Uşu

Elçin Eminov 2013-cü ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 56 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Elçin Eminov, 1/8 final mərhələsində Malayziya idmançısı Ooi Lih Yanq üzərində 2:0 hesablı, 1/4 final mərhələsində isə Yəmən idmançısı Yusif İsgəndər üzərində 2:0 hesablı qələbə qazandı və yarışların yarım-final görüşünə vəsiqə qazandı. 1/2 final mərhələsinin görüşündə isə o, İran idmançısı Əli Bəxtiyara 0:2 hesabı ilə məğlub oldu və və III İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.

Elçin Eminov 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 56 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Elçin Eminov, 1/4 final mərhələsində Qırğızıstan idmançısı Əvəzbəy Amanbəyov üzərində 2:0 hesablı, 1/2 final mərhələsində isə İndoneziya idmançısı Yusuf Vidiyanto üzərində 2:0 hesablı qələbə qazandı və yarışların həlledici, final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İran idmançısı Mehdi Məhəmmədiyə 0:2 hesabı ilə məğlub oldu və və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.

  1. "Elçin Eminov uşu üzrə dördqat Avropa çempionu olub".
  2. "Elçin Eminov 6-cı dəfə Avropa çempionu olub". bakusport.az. 2024-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]